Stromatolitlər: Təkamül Nəzəriyyəsini Təkzib Edən 3.9 Milyard İllik Canlılar


Elmə məlum olan ən qədim canlı fosilləri təqribən 3.9 milyard il əvvəl yaşamış bakteriyalara aiddir. Buna görə, təkamülçülər cansızimages maddələrin öz-özünə, kortəbii təsadüflər nəticəsində əvvəlcə təkhüceyrəli bakteriyaları meydana gətirdiyini iddia edirlər. Bu nağılı dəstəkləmək üçün darvinistlər ilk bakteriyanı öz ağıllarına görə ibtidai adlandırırlar. Onların fikrincə, ibtidai xüsusiyyətlərə malik bu canlıya müxtəlif mühit və şərtlər təsadüfən təsir etmiş və daima müsbət yönlü dəyişikliklər keçirmiş, bəzi möcüzəvi xüsusiyyətləri, məsələn, öz qidasını hasil etməyi, meyoz üsulla bölünərkən birdən mitoz üsulla çoxalmağa başlamağı təsadüfən öyrənmişdir. Bu şüursuz bakteriya bununla da kifayətlənməyib düşünmüş, müxtəlif qərarlar verərək koloniyalar təşkil etmiş, habelə, digər bakteriyalarla biokimyəvi rabitə qurmuş və nəhayət indiki canlılar aləmini əmələ gətirmişdir. Darvinistlərin bu ağıl və məntiqdən kənar iddiası elmin inkişaf etmədiyi dövrlərdə qəbul edilmiş və elmi həqiqət kimi təqdim edilmişdir. Ancaq XXI əsrdə bu vəziyyət dəyişmişdir.

Dövrümüzdə elm dünyasındakı irəliləyişlər ilk ibtidai bakteriya iddiasını bir anda alt-üst etmişdir. Çünki inkişaf edən texnologiya işığında aparılan tədqiqatlar yer üzünün ən kiçik canlılarının darvinistlərin iddia etdiyi kimi ibtidai canlılar olmadığı, çox mühüm kompleks xüsusiyyətlərinin olduğu və ancaq üstün ağıl və bənzərsiz elm ilə bir anda yaradıldığı üzə çıxmışdır. Elm bütün canlılar kimi bakteriyaları da Allah’ın yaratdığını aşkar etmişdir.

Bakteriyaların varlığı yer üzündəki həyat üçün labüddür

Kuranmocuzeleri   6

Gözlə görünməyən tərkib hissələrindən ibarət fasiləsiz işləyən və həyatımıza dəstək olan kimya laboratoriyası bütün təbiəti bürüyüb. Hər biri bir yaradılış möcüzəsi olan bakteriyalar da təbiətdən laboratoriya kimi istifadə edən peşəkar kimyaçılardandır. Bakteriyaların xüsusiyyətlərinin böyük qismi hələ elmə məlum deyil. Çünki bu canlıların 0.001 mm-ə yaxın ölçüsü daxili quruluşlarının lazımınca tədqiq edilməsinə mane olur. Buna baxmayaraq, əldə edilən faktlar bu canlılardakı sistemləri bizə tanıdır.

Bakteriyalar təkamülçülərin irəli sürdüyü kimi ibtidai deyil, əksinə, mərhələli təkamül prosesi ilə əmələ gəlmədiklərini sübut edən mürəkkəb quruluşdadırlar. Təbiətdə hər biri müxtəlif xüsusiyyətə malik bakteriya növləri var. Sianobakteriyalar isə bütün bu müxtəlif xüsusiyyətlərini daşıyan ən kompleks bakteriya növüdür. Ancaq bu tərif sianobakteriyaların xüsusiyyətləri və həyata keçirdiyi reaksiyaları açıqlamaq üçün kafi deyil. Sianobakteriyalar xüsusi hüceyrə quruluşuna və kompleks hüceyrədaxili rabitə sistemlərinə malikdirlər.

Sianobakteriyalar 3.9 milyard il əvvəl də mükəmməl fotosintez edən, azot fiksasiyasını (qaz halında istifadəyə yararsız azotun istifadəyə yararlı birləşmələrə çevrilməsi) həyata keçirən, bakteriya qamçısı (flagella) olmadan hərəkət edən, bu hərəkəti həyata keçirmək üçün zülallardan istifadə edən, bir sözlə, tam mütəşəkkil möcüzəvi canlılardır.

Sianobakteriyaların təkamülü təkzib edən möhtəşəm xüsusiyyətləri

Mavi-yaşıl yosun da adlanan sianobakteriyalar enerjilərini fotosintez ilə əldə edən, elmə məlum olan ən qədim prokariot, yəni birhüceyrəli canlılardır. Bu canlılar hüceyrədaxili reaksiyalarda istifadə etdikləri karbonu atmosferdəki karbondioksiddən hasil edirlər. Eyni zamanda, azot qazını molekula çevirirlər. Bu reaksiyaların eyni yerdə həyata keçməsi üzərində ciddi düşünməli xüsusdur və təkamülçülərin ibtidai iddiasını kökündən məhv edir.

Azot fiksasiyası prosesindən məsul olan nitrogenaz fermenti oksigenə çox həssasdır. Ona görə, sianobakteriya hüceyrələrində azot fiksasiyası və oksigen ehtiva edən fotosintez prosesi eyni anda baş verə bilməz. Bu maneənin aradan qaldırılması üçün bəzi sianobakteriyalar azot fiksasiyası prosesini xüsusi hüceyrə növü olan heterosistalarda həyata keçirirlər.

Heterosista hüceyrələr özünəməxsus quruluşlarına görə sianobakteriyaların bir-biri ilə uyğun olmayan iki prosesi həyata keçirməsini təmin edir.

Oksigenin daxil olmasının qarşısını almaq məqsədilə heterosista hüceyrələr tərkibində qlikolipid və qoruyucu homogen təbəqə kimi polisaxarid olan xüsusi qılafla örtülüdürlər. Sukeçirməz zəncirlərin bir-birləri ilə reaksiyası yolu ilə 4 nanometr böyüklüyündə təbəqə əmələ gəlir və bu yolla qazlarla həll olmuş maddələrin keçiriciliyinin qarşısı alınır. Heterosistalarda iki təbəqəli lipiddən ibarət 4 membran var və bunların quruluşuna görə funksiyaları da fərqlidir.

Beləliklə, birlikdə həyata keçirilməsi mümkün olmayan fotosintez yolu ilə karbondioksid fiksasiyası və oksigensiz mühitdə azot fiksasiyası bir-birindən təcrid edilir və sianobakteriyalar funksiyalarını yerinə yetirirlər.

Təkamülçülər üçün müəmma: sianobakteriya fosilləri

Avstraliyanın Apeks Çert bölgəsindəki qaya təbəqələrini tədqiq etdikdə yaşı 3.9 milyard ilə çatan sianobakteriya fosillərinə, yəni stromatolitlərə rast gəlinib.

Stromatolit sianobakteriya kimi mikroorqanizmlərin qalıqlarını çöküntü ilə birləşib yapışması, toplanması və donması nəticəsində dayaz sularda əmələ gəlir. Prekembri dövründə əmələ gəlməyə başlayan stromatolitlər dəniz suyu ilə daşınan kalsium-karbonat (əhəng daşı) parçalarının, göy-yaşıl yosunların əmələ gətirdiyi sapvarı yığınların üstünə yapışaraq formalaşdırdığı genişlənməyə meyilli təbəqəli orqanizmlərdir. Bu orqanizmlərin zəngin xlorofil tərkibi var. Geoloji dövrlər ərzində dəniz səthinin altında müxtəlif ölçüdə, kürə və ya qübbə şəklində formalaşıblar.

Kuranmocuzeleri

Möcüzəvi mikro canlı olan sianobakteriyaların təkamül nəzəriyyəsinin canlıların təsadüfən əmələ gəlməsi iddiasını təkzib edən xüsusiyyətlərini belə xülasə edə bilərik:

Kuranmocuzeleri   2

Möcüzəvi mikrocanlı sianobakteriyanın böyük fəaliyyətləri:

  • Sianobakteriyalar dünyanın illik oksigen miqdarının 30%-ni hasil edirlər. Bu, dünyadakı bütün yaşıl bitkilərin hasil etdiyi miqdara bərabərdir.
  • Bu bakteriyaların ölçüsü çox kiçikdir, ancaq sayca çoxdurlar. Bir litr suda 100-dən çox sianobakteriya olur və okean canlılar aləminin 10-20%-ni təşkil edirlər. Görünməsələr də, yer üzündə çox geniş yayılıblar.
  • Bu bakteriya növü fotosintez, azot fiksasiyası (azotun canlılar tərəfindən istifadəyə yararlı şəklə salınması) və tənəffüs kimi bir-birindən fərqli prosesləri bir hüceyrənin içində həyata keçirir. Bu isə yuxarıda izah etdiyimiz hüceyrə qılafı sistemi tələb edir. Məsələn, bu bakteriyanın azotu fiksə etmək üçün oksigensiz, bütün digər reaksiyalar üçün oksigenli mühitə ehtiyacı var, bunların hər biri müxtəlif qılaf sistemləri tələb edir. Bu quruluşuna görə sianobakteriyalar bakteriyalar aləminin ən mürəkkəb növlərindən biridir.
  • 1980-ci ildə sianobakteriyalarda sirkad ritmi olduğu müşahidə edilmişdir. Sirkad ritmi çoxhüceyrəli canlılarda müşahidə olunan, orqanizmin özünü xarici mühitə görə avtomatik tənzimləməsidir. Sianobakteriyaların günün 12 saatında oksigeni hüceyrənin daxilinə qəbul edərək fotosintez və tənəffüs, qalan 12 saatda isə azot fiksasiyası prosesini həyata keçirdikləri müşahidə olunmuşdur.
  • Sianobakteriyalar suyun içində qamçıları olmadan hərəkət edə bilirlər. Bu canlıların hər hansı üzvləri olmadan hərəkət etməsinin sirri 20 ildən çox davam edən tədqiqatlara baxmayaraq, hələ də aşkar edilməmişdir. Ən üst hüceyrə təbəqəsini təşkil edən “S təbəqə” adlı altı bucaqlı təbəqə üç ölçülü və simmetrikdir. Bu təbəqənin hüceyrənin hərəkətində mühüm rol oynadığı düşünülür. Çünki simmetriyanı təşkil edən “swm6” adlı gen hər hansı mutasiyaya məruz qaldıqda hüceyrənin hərəkət etmədiyi müşahidə olunmuşdur.
  • Xərçəng, virus əleyhinə və ultrabənövşəyi şüadan qoruyan maddələr hasil edən sianobakteriyalardan bu xüsusiyyətlərinə görə insanlar üçün faydalı genetik elmi fəaliyyətlərdə istifadə edilir. Məsələn, Nostoc ellipsosporum növündən olan sianobakteriyanın hasil etdiyi Cyanovirin-N adlı virus əleyhinə zülal HİV vurusunu zərərsizləşdirir. Bu zülal HİV virusunun hüceyrələrə yapışmasını təmin edən oliqosaxaridlərə birləşmə xüsusiyyətinə malikdir. Bununla bağlı tədqiqatlar hələ davam etdirilir.

Kuranmocuzeleri 777

Stromatolit fosili

Kuranmocuzeleri   4

Stromatolit fosili

Kuranmocuzeleri   5

Stromatolit fosili

Kuranmocuzeleri   6

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma