Quranda Hz. İbrahimin Duaları


hz_ibrahimin_kirdigi_putlarin_yerine_yenilerini_koymamak_h14398Hal-hazırda milyonlarla insanın həcc ibadətini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən hz. İbrahim Quranda təkbaşına bir ümmət kimi tanıdılır. Hz. İbrahim oğlu hz. İsmayılla birlikdə bundan minlərlə il əvvəl Allah’ın vəhyi ilə insanların toplaşacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya həccə gələcəkləri bir ev inşa ediblər. Bu evin Qurani-kərimdəki adı Kəbədir. Hər ikisi bunu ibadət olaraq etmiş və sonra Allah’a belə dua etmişlər:

O zaman İbrahim və İsmayıl evin bünövrəsini qaldırarkən (dua etdilər): “Ey Rəbbimiz! Bizdən qəbul et! Həqiqətən, Sən eşidənsən, bilənsən! (Bəqərə surəsi, 127)

 Kəbənin inşa edildiyi yer tədricən daha da inkişaf etdi və bu gün Məkkə kimi adlandırdığımız şəhər oldu. Hz. İbrahim həmin yer üçün Allah’a belə dua etmişdi:

Yadına sal ki, İbrahim ; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allah’a və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu. (Bəqərə surəsi, 126)

Hz. İbrahim və oğlu İsmayıl dualarında yalnız öz yaşadıqları dövr üçün deyil, özlərindən sonrakı nəsillər üçün də dua etmişlər:

 “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən də Sənə təslim olan ümmət et, bizə ibadət qaydalarımızı göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Bəqərə surəsi, 128-129)

Hz. İbrahimin başqa duasında Allah’a yaxınlaşmaq üçün yollar axtardığı belə xəbər verilir:

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, müdrikdir!” (Bəqərə surəsi, 260)

Ayədən də aydın olduğu kimi, İbrahim peyğəmbərin Allah’dan ölüləri necə diriltdiyini göstərməsini istəməsi imanının zəifliyindən deyildi, əksinə, iman gətirmişdi, amma iman gətirdiyi həqiqəti tam mənası ilə qavramaq istəyindən irəli gəlirdi. O, çox səmimi şəkildə Allah’ın möcüzəsinə şahid olmaq istədi, Allah bu səmimi duasını qəbul etdi.

Hz. İbrahimin atası bütpərəst idi. O, atasına dini təbliğ etmişdi, ancaq atası qəbul etməmişdi. İbrahim peyğəmbər isə Allah’dan atasını bağışlamasını istəmişdi:

(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, mənə qarşı çox lütfkardır. Mən sizi və Allah’dan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 47-48)

Hz. İbrahimin atası mömin olmadığı halda onun üçün Allah’a dua etməsinin əsl səbəbi də Quran ayələrində xəbər verilir:

Müşriklərin cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allah’a düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allah’a) çox yalvaran həlim bir kimsə idi. (Tövbə surəsi, 113-114)

Bu gün milyonlarla insanın ziyarət etdiyi Beytülhəramın, yəni Kəbənin ilk sakini hz. İbrahim duasının ardınca oğulları İsmayıl, İshaq və bütün möminlər üçün bunları arzulayıb:

Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allah’dan gizli heç bir şey qalmaz! İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allah’a həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! Ey Rəbbim! Məni də, nəslimdən olanları da ’namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim surəsi, 37-41)

Göründüyü kimi, hz. İbrahim duasında həm Allah’ın isimlərini xatırlayır, həm də Ona şükür edir. Ondan istədikləri də özünü Ona yaxınlaşdıran, axirətdə bağışlanmasına səbəb olan istəklərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma