Yaralı Təqlidi Edən Quşlar


Bəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin 73271yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər.

Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:

O,  yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma