Bütün Hadisələri Yaradan Allah’dır


Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə reallaşır. Quranda bildirildiyinə görə Allah “…Bütün386392 işləri yoluna qoyar…” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə “…Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”. (Ənam surəsi, 59)

Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin başlanğıc və sonlarını təyin edən Allah`dır. Kainatdakı bütün ulduzların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini, nə ilə qarşılaşacağını təyin edən Allah`dır. Allah Quranda “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49) hökmünü verir.

Bir başqa ayədə isə belə buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət səviyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız və yalnız qədəri müşahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu kədərləndirməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna: “Qəm yemə, Allah bizimlədir” (Tövbə surəsi, 40) – deyən hz. Məhəmməd (s.ə.v.) kimi hər an əmin, rahat və cəsur olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma