Fermentlər Həyatımızı Necə Asanlaşdırır?


fermentlerDövrümüzdə təbiətdən ilham alaraq icad olunan bir çox texnologiya məhsulu var. Məsələn, gözə baxıb video və fotokameralar, iynəcədən nümunə götürüb vertolyot dizayn edilmişdir. Fermentlər də son dövrlərdə elm adamlarının bu sahədə nümunə götürdüyü maddələrdən biridir.

Fermentlər hüceyrəni nizamla işləyən çox qabaqcıl miniatür fabrikə çevirən zülallardır.

Bir ferment mikroskopik ölçüdə yüzdən çox quruluş vahidinin  üçölçülü birləşməsindən ibarət kimyəvi möcüzədir. Bu kimyəvi maddənin ikinci möcüzəvi cəhəti isə təbiətdə bizə hazır şəkildə təqdim olunmasıdır. Məhz bu üstünlüklərinə görə, mikroskopik ölçüdəki fermentlərdən müasir sənayedə birbaşa istifadə olunur.

Fermentlər çirkli paltarları necə təmizləyir?

Evdə istifadə etdiyimiz yuyucu toz fermentlərdən ilham alınaraq istehsal edilən sənaye məhsuludur. Yuyucu tozlarda istifadə edilən fermentlərin ən başlıcası proteazalardır. Bu fermentlər çox əhəmiyyətlidir, çünki məlum olduğu kimi, proteazalar həzm sistemində zülalları parçalayan fermentlərdir. Ona görə, paltarlarınızdakı zülal ləkəsi bu ferment sayəsində asanlıqla təmizlənir. Məsələn, ot, qan, yumurta kimi ləkələri bu fermentlər aradan qaldırır.

Yuxarıda sadaladığımız ləkə əmələ gətirən maddələr, əsasən, paltarların liflərinin arasına möhkəm yapışırlar. Bu fermentlər bir növ yapışqan funksiyası daşıyaraq onları olduqları yerdən qoparırlar.

Yuyucu tozların tərkibində, eyni zamanda, yağları parçalayan lipaza fermenti də var. Bunlar da təxmin etdiyiniz kimi, yağ ləkələrini təmizləyir. Paltarın üstündəki yağ molekullarına birləşir, onları parçalayır və amin turşusu hissələrinə çevirirlər.

Toxuculuq sənayesində kimyəvi maddələr əvəzinə fermentlərdən istifadə olunur

Pambıq və pambıq qarışığı olan parçalar toxunarkən toxumanı təşkil edən uzun ipliklər yapışqan maddə ilə örtülür. Məqsəd toxuma əsnasında iplərin qopmasının qarşısını almaqdır. Bu prosesdə istifadə olunan maddə isə nişasta və nişastanın törəmələridir. Ancaq toxuma prosesi başa çatdıqdan sonra parça digər proseslərdən keçirilmək üçün nişastadan təmizlənməlidir. Bu proses, əslində, turşular, turşulu əsaslar, oksidləşdirici maddələr kimi güclü kimyəvi maddələrlə həyata keçirilə bilər. Ancaq dövrümüzdə bunlara ehtiyac qalmadan fermentlər vasitəsilə bu proses asanlıqla həyata keçirilir. Amilaza fermenti parçaya zərər vermədən nişastanı dərhal parçalayır. Bu prosesdə fermentdən istifadə edilməsinin bir üstünlüyü də fermentin ətraf mühitə ziyan vurmamasıdır. Proses nəticəsində meydana gələn tullantı sular ətraf mühitə daha uyğundur.

Fermentlər parçaları necə parıldadır?

Toxuculuq sənayesində parçaların parıldadılmasında da fermentlərdən istifadə edilir. İpliyin üstündə əmələ gələn tükcüklər, yəni fibrinlər fermentlər vasitəsilə parçalanıb aradan qaldırılır. Boyamadan əvvəl hidrogen peroksidlə ağardılan parçalarda katalaza fermentindən istifadə edilir. Katalaza çox böyük sürətlə hərəkət edən fermentdir. Buna görə, çox az miqdarda katalaza fermenti hidrogen peroksidi təmizləmək üçün kifayət edir.

Fermentlərdən meyvə şirələrinin hazırlanmasında necə istifadə olunur?

Fermentlərdən şəkər, heyvan yemi, meyvə şirəsi, kağız və dəri sənayesi kimi sahələrdə də çox istifadə edilir. Meyvə şirəsi istehsalında, xüsusilə alma şirəsinin hazırlanmasında müxtəlif problemlər üzə çıxır. Bu problem xüsusi fermentlərin köməyi ilə aradan qaldırılır. Alma şirəsinin tərkibində külli miqdarda nişasta olur. Əgər şəffaf meyvə şirəsi əldə etmək lazımdırsa, nişasta parçalanmalıdır. Bu problem nişasta parçalayıcı fermentlərlə həll edilir.

Fermentlər təbiətdən necə əldə edilir?

Bunun üçün Allah’ın təbiətdə yaratdığı çox böyük imkan var: mikroorqanizmlər. Bir mikroorqanizmdə 1000-dən çox ferment növü var. Alimlər müxtəlif ferment növlərini əldə etmək üçün dünyanın hər yerindən cürbəcür mikroorqanizmlər toplayıb tədqiq edir. Lazımi funksiyanı yerinə yetirən ferment tapılana qədər mikroorqanizmlər üzərindəki tədqiqatlar davam edir. Lazımi ferment tapıldıqda isə həmin mikroorqanizmin genetikası dəyişdirilir və lazım olan fermenti daha çox hasil edir. Sonra mikroorqanizm fermentasiya edilərək həmin fermentlər əldə edilir. Fermentasiya nəticəsində əmələ gələn tullantılardan isə gübrə kimi istifadə olunur. (Bilim ve Teknik, Tubitak Yayınları, Ekim 1999, sf. 74-80) Bundan əlavə, bitkilərdən, iribuynuzlu heyvanların mədəaltı vəzisindən, toyuq və camışların həzm orqanlarından da fermentlər əldə edilir.

Fermentlər haqqında qısa məlumatlar

  • Fermentlər ancaq müəyyən temperatur və pH səviyyəsində funksionaldırlar.
  • Fermentlər, əsasən, 30-70ºC temperaturda canlı qalırlar, bu, optimal temperatur adlanır (Bilim ve Teknik, Ekim 1999, sf. 75). Bu, çox xüsusi temperatur intervalıdır, çünki insan orqanizminin orta temperaturu 36.5 ºC-dir. Bu temperatur isə insan bədəninə aid fermentlərin işləməsi üçün ən uyğun temperaturdur.
  • Optimal temperaturdan yüksək temperaturda fermentlər təsirsiz olsa da, temperatur düşdükdə yenidən reaksiya qabiliyyəti qazanırlar. Lakin bu yüksək temperatur davam etsə və ya daha da artsa, fermentlər reaksiya qabiliyyətlərini tamamilə itirirlər. Çünki fermentlər üçölçülü quruluşdadırlar və yüksək temperaturda üçölçülü quruluşlarını itirirlər. Fermentlərin bu quruluşu parçalanır və əvvəlki sistemindən məhrum olur. Nəticədə, funksiyasını itirir.
  • Aşağı temperaturda da fermentlər funksiyalarını itirirlər. Lakin aşağı temperatur fermentlərin quruluşunu pozmur. Temperatur əlverişli olduqda fermentin reaksiya qabiliyyəti yenidən qayıdır. Bu metoddan dondurulmuş qida sənayesində çox istifadə edilir. Qidalar dondurularaq uzun müddət saxlanılır, donu açıldıqda isə yenidən aktivləşən fermentlər sayəsində yenidən əvvəlki qida dəyərləri böyük ölçüdə bərpa edilir.

Fermentlər yaradılış möcüzəsidir

İnsan elm və texnologiyadan istifadə edərək aşağıdakı prosesləri həyata keçirməyin yollarını tapmaq üçün xeyli çalışmışdır.

Məsələn, təkcə nişastanı parçalamaq üçün çox çətin şərtlər tələb olunmuş, çoxlu sayda kimyəvi maddədən istifadə edilmiş, sənaye məhsulu üçün lazımi nəticə tam əldə edilmədiyi kimi, tullantı maddələr də zəhərli olmuşdur. Ancaq fermentlər sanki ancaq bu vəzifədən məsul olduqlarını bilirmiş kimi hadisə yerinə gedib, lazımi maddəni tapıb onu tamamilə aradan qaldırırlar. Tullantı maddəsi kimi bu parçalanan maddəni təşkil edən amin turşuları və digər kiçik maddələr qalır, bunlar da təbiətə canlıların quruluş vahidləri kimi geri qayıdır.

Heç bir insan, heç bir texnologiya

  • Bir zülala ancaq bir maddəyə istiqamətlənib onu parçalamaq xüsusiyyəti verə bilməz;
  • Parçanın üstündə ancaq yağ molekulunu parçalamağı öyrədə bilməz;
  • Zülalı məhz insanların ehtiyacına uyğun şəkildə müəyyən temperaturda funksional edə bilməz;
  • Gördüyü iş nəticəsində əmələ gələn tullantı maddələri faydalı edə bilməz.

İnsan bir zülalı, onu təşkil edən amin turşularının düzgün düzülüşünü belə əmələ gətirə bilmir. Ona görə, bütün bunları həyata keçirmək üçün təbiətdə hazır şəkildə mövcud olan, bütün insanların xidmətinə verilmiş fermentlərdən istifadə edir. Onu tədqiq etdiyi mikroorqanizmlərin tərkibində hazır halda tapır. Tədqiq etdikcə daha çox fermentlə qarşılaşır. Həyatını asanlaşdıran çox mühüm köməkçi asanlıqla, hər yerdən əldə edə biləcəyi mikroorqanizmlərin içində qablaşdırılmış hədiyyə kimi ona təqdim edilmişdir.

Onları mikroorqanizmlərin içində yaradan da, onlara özünəməxsus xüsusiyyətləri verən də, onları kəşf etdirən, üzərilərində tədqiqat aparmaq üçün lazımi qabiliyyəti, biliyi, imkanı verən də Allah’dır.

kimyəvi maddələr

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma