İnsanın Allah’a olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində şəfqət hiss etməsinə səbəb olur. Allah’ı sevəninsan Onun yaratdıqlarına qarşı məhəbbət, şəfqət və mərhəmət hissləri bəsləyir. Özünü və hər şeyi yaradan Rəbbimizə qarşı duyduğu bu güclü sevgi və bağlılığa görə, Quranda əmr edildiyi kimi, insanlara qarşı gözəl əxlaqlı və mərhəmətli davranır.
Allah “Onların bəzi təbəqələrinə verdiyimiz dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri şəfqət qanadının altına al (Hicr surəsi, 88)” ayəsilə möminləri mərhəmətli olmağa dəvət etmişdir.
Bu dəvəti qəbul edən möminlərin Allah’ın rizasını qazanmaq məqsədilə göstərdiyi mərhəmətin gətirdiyi gözəllik dünya ilə məhdudlaşmır. Onlar axirətdə də mərhəmətli olduqlarına görə mükafatlandırılacaqlar. Çünki Allah “sağ tərəf sahibləri” adlandırdığı Cənnət xalqının bir xüsusiyyətinin də dünyada ikən bir-birlərinə mərhəməti tövsiyə etmələri olduğunu bildirmişdir:
Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd surəsi, 17)