Peyğəmbərimizə (s.ə.v) Verilən Qeyb Xəbərləri


Qeybi ancaq üstün gücə malik olan Allah bilir. Keçmiş və gələcək olan hər hadisənin bilgisi bütün təfərrüatı ilə403813 Allah`ın dərgahındadır. Bu həqiqət Quranda belə xəbər verilir:

“Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Ənam surəsi, 59).

Zamanı yaradan və insanlara bu qavrayışı öyrədən Allah`dır. Allah`ın uca Zatı zamandan kənardır. Dünyadakı canlı və ya cansız varlıqlara aid bütün məlumatlar keçmiş və gələcəkləri ilə birgə Rəbbimizin qatında mövcuddur. Kainatda və bütün başqa aləmlərdə baş verən hər bir hadisə Allah`ın elmi daxilində və Onun nəzarətindədir. O, gizlinin gizlisini də bilir. Peyğəmbərimiz (s.ə.v) də qeybə ancaq Rəbbimizin istədiyi qədər yiyələnə bilib, əlbəttə, bu da onun möcüzələrindən biri olub. Allah Quranda elçilərindən seçdiklərinə Öz dərgahında olan qeyb bilgisindən verdiyini belə bildirir:

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Çünki Allah onların önündə və arxasında gözətçilər qoyar”. (Cin surəsi, 26-27)

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v)  Allah`ın ona qeybdən xəbər verdiyi, seçilmiş bir elçidir. Quranda bildirildiyi kimi, bu cür elçilərdən biri də hz. Yusufdur. Hz. Yusuf zindanda olarkən Allah`ın varlığının dəlillərini iki yoldaşına belə söyləmişdir:

“Dedi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allah`a inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!” (Yusuf surəsi, 37)

Bu, Allah`ın hz. Yusufa verdiyi elm və möcüzədir. Allah hz. Yusufa yuxuları izah edə bilmək, yuxu yozmaq elmini də vermişdi. Hz. Yusuf –Allah`ın istəyi ilə- gələcəkdə olacaq bəzi hadisələri əvvəlcədən bilmişdir. Hz. Yusufa verilən elmin bir oxşarı başqa peyğəmbərlərə də verilib. Quranda hz. İsanın da Rəbbimizin köməyi və izni ilə bu elmə yiyələndiyi xəbər verilib. Ayədə belə buyurulur:

“Və onu İsrail övladına peyğəmbər göndərəcək. O, İsrail oğullarına deyəcək: “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə ilə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allah`ın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allah`ın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər inanmışsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Ali-İmran surəsi, 49)

Ayədə də qeyd edildiyi kimi, hz. İsa da insanların nə yediklərini, yaxud da nə yığıb gizlətdiklərini bilməyə imkan verən bir elmlə nemətləndirilmişdi. Hz. İsanın özündən sonra gələcək və adı Əhməd olan bir peyğəmbəri müjdələməsi də Quranda xəbər verilir (bax: “Səff” surəsi, 6). Rəbbimiz Peyğəmbərimizə (s.ə.v) də qeybə dair bir çox xəbərlər vermişdi. Peyğəmbərimiz (s.ə.v) həm keçmişdə baş verən və heç kimin bilmədiyi, həm də gələcəkdə baş verəcək bir çox hadisələri Allah`ın ona bildirməsi ilə öyrənmişdi. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:

“Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin!” (Yusuf surəsi, 102)

Peyğəmbərimiz (s.ə.v) qeyb bilgilərini öz qabiliyyəti ilə və özünə xas özəlliklə əldə etməmişdi. O, yalnız Allah`ın istədiyi qədər qeybdən ona verdiyi xəbərləri ətrafındakılara təbliğ etmişdi. Hər şeyi bilən Allah`ın Öz elçisinə verdiyi məlumatlar isə keçmişdə baş vermiş, yaxud da gələcəkdə mütləq baş verəcək hadisələrə işarə edir. Bu da Peyğəmbərimizin (s.ə.v) bildirdiyi bu məlumatların hər birinin möcüzə mahiyyətində olduğunu göstərir. Ancaq Allah`ın bildirməsi ilə bəlli ola biləcək xəbərləri Peyğəmbərimiz (s.ə.v) həyatı boyunca dəfələrlə insanlara çatdırıb. Hz. Muhəmmədin (s.ə.v) həm keçmişlə, həm içində yaşadığı dövrlə, həm də gələcəklə bağlı xəbərlərdən xəbərdar olması, Rəbbimizdən qeyblə bağlı bilgilər alması da peyğəmbərliyinin dəlillərindəndir. Allah`ın ona verdiyi bir çox elmlə birlikdə Peyğəmbərimizin (s.ə.v) göstərdiyi təvazökarlıq və itaət isə Quranda belə bildirilir:

“De: “Mən Allah`ın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!”“ (Əraf surəsi, 188)

Allah`ın müqəddəs peyğəmbəri hz. Muhəmməd (s.ə.v) həm Quran ayələri ilə, həm də özəl olaraq ona gələn vəhylə keçmiş, yaşadığı dövr və gələcəklə bağlı bilgilər almış, Allah`ın istəyi ilə bir çox məsələlərdə heç kimin bilmədiyi qeyb bilgisinə malik olmuşdu. Çətin anlarda bu elm sayəsində müsəlmanları qələbə ilə müjdələmişdir. Bundan başqa, çoxlu müjdələr verib onların şövqünü artırmışdır. Peyğəmbərimizin (s.ə.v) müsəlmanlara əvvəlcədən müjdəsini verdiyi bu hadisələr bir möcüzə olaraq ardıcıllıqla gerçəkləşmişdir.

Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl xəbər verdiyi və içində yaşadığımız dövrdə də baş vermiş bir çox hadisələr var. “Kutubi-Sittə” hədisçiləri Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbni Macə və bir çox digər hədisçi Peyğəmbərimizdən (s.ə.v) nəql edilən hədislərdəki qeyb xəbərlərinin doğru olması məsələsində həmfikirdirlər. Həmçinin Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi qeyb bilgilərinin hər biri həyata keçib və gerçəkləşməkdə də davam edir, insanlar isə bu möcüzələrə şahid olurlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma