XURAFAT: Qurani-kərimdən xəbərsiz «müsəlmanların» dini


Dünyada İslam adına ortaya çıxan böyük kütlə var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu xurafatlardan1380145_478866382228056_2036446243_n ibarət batil dinlə yaşayırlar. Quranda olmayan bir şeyin olduğunu deyir, halalı haram edir, yeni bidətlər uydurur, sevgi və sülh dini olan İslamı nifrət və müharibə dininə çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən biri də bu dinə İslam adını vermələri və İslam adı altında həyata keçirdikləri fəaliyyətlərlə İslama zərər vermələridir.

Onların dinində hər şey qadağandır. Gülmək, xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq, Allah`ın verdiyi və halal etdiyi bütün nemətlər haramdır. Onların dinində nifrət, qəzəb və bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq olanı tətbiq etmirlər. Haqqın yerinə batili qoyublar. Qurana zidd olan uydurma sözləri hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik). Quranı dəyişdirməyə, yeni din meydana gətirməyə çalışırlar. Uydurduqları dini isə heç özləri də tətbiq etmirlər.

Bu qaranlıq dinin xurafatçıları sayca az olsalar da, təsir etdikləri kütlə böyükdür. Bir çox insan İslam deyildikdə ancaq bu modeli görür. Bir çoxu da İslam adı altında bu xurafatları yerinə yetirməli olduğunu düşünür. Bu xurafatçılara Qurana toxunmaq qadağan edilib, ona görə öz dinlərini bilmirlər. Ancaq xurafatı öyrənir və din kimi tətbiq edirlər.

Quranda Allah`ın halal etdiklərini haram edənlər belə tərif edilir:

De: “Allah`ın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)

 Allah xoşbəxtliyi nemət kimi yaradıb, xurafatçılar gülməyi qadağan edirlər

Müsəlman dünyanın ən xoşbəxt insanıdır. Xoşbəxt olmalıdır, çünki Allah`ı tanıyıb iman gətirib, Allah`a təvəkkül etməyi, səbir etməyi, şükür etməyi bilən varlıqdır. Gələcəklə bağlı narahatlıq keçirmir. Başına gələn çətinliklərin xeyirlə yaradıldığını bilir, qədərində olduğunu dərk edir və ölüm onun üçün son deyil, Allah`a və əbədi həyata qovuşma anıdır. Belə bir insan niyə kədərlənsin? Habelə, xoşbəxtlik uca Rəbbimizin əmridir. Kədər və bədbəxtlik ayələrdə inkar edənlərin xüsusiyyəti kimi vurğulanır:

Qoy onlar etdiklərinin cəzası olaraq az gülüb çox ağlasınlar. (Tövbə surəsi, 82)

Onlar dedilər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq”. (Muminun surəsi, 106)

Xurafatçılar Allah`ın bu hökmünü saxta hədislərlə aradan qaldırmağa cəhd edirlər. Müsəlmanlara Allah`ın inkarçılara aid etdiyi kədəri yaraşdırırlar. Ruhun və bədənin ən böyük ehtiyacı olan sevinci yox etmək istəyirlər. Cənnətdə sevinc içində olan müsəlmanları bu cənnət sevincindən məhrum etmək istəyirlər. Kədərin həqiqi mənasının fərqinə varmırlar. Bir hadisəyə kədərlənmək “kaş olmasaydı” deməklə eynidir. Bu isə – insan qəbul etsə də, etməsə də – qədərə üsyandır. Kədərlənməyi halal edərək Allah`ın hökmünə qarşı çıxdıqlarını, Allah`ın yaratdığı qədərə üsyan etdiklərini dərk etmirlər.

Musiqi, rəssamlıq və rəqsin İslama zidd olduğunu uydururlar

De: “Allah`ın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf surəsi, 32)

Zinətlər, gözəl ruzi,  sevinc, sevgi, incəsənət, rəqs, musiqi, əyləncə, xoşbəxtlik və bütün gözəlliklər Allah tərəfindən halal edilməsinə baxmayaraq, xurafatçılar bunların hamısını qadağan ediblər. “Bu haramların mənbəyi nədir?” – deyə soruşduqda ya adət-ənənə deyir, ya da uydurma hədisləri dəlil göstərirlər. Halbuki, buna dair Qurandan heç bir dəlilləri yoxdur.

Musiqi, rəqs, əyləncə, xoşbəxtlik, incəsənət, rəssamlıq, elm müsəlmanlara halaldır. Quranda bu gözəllikləri müsəlmanlara qadağan edən heç bir hökm yoxdur. Bunların hamısı nemət kimi yaradılıb və nemətlərə ən çox layiq olanlar, əlbəttə, Allah aşiqləridir.

Xurafatçı insanlar şövqsüz, zövqsüz və keyfiyyətsiz həyat tərzi istəyirlər

İndi xurafatçıların məntiqini xəyalımızda canlandırıb onların istədiyi kimi dünyanın nəyə bənzədiyini təsəvvür edək. Musiqisiz, rəsmsiz, incəsənətsiz mühit necə olar? Heç bir gözəlliyin olmadığı, qaranlıq, tənha, səssiz, əyləncəsiz, zövqsüz dünya müsəlmanlara necə layiq görülə bilər? Üstəlik, Quranda belə hökm də yoxdur.

Allah Quranda yerin, göylərin tədqiq olunmasını və beləliklə, Allah`ın yaratma sənətinin kəşf edilməsini və imanı gücləndirməyi nəsihət edirsə, elmi necə qadağan etmək olar? Yaradılış dəlillərinin kəşf edilməsinin qarşısı necə alına bilər? Cahil, musiqisiz, incəsənətsiz, elmsiz, şövqsüz həyat tərzi müsəlmanlara və İslama zərərdən başqa nə qazandırar?

İndiyə qədər tətbiq olunan bütün yanlış hökmlər İslamın səhv tanınmasına səbəb olmuşdur. Xurafatçı təfəkkürün yayılması ilə bütün dünyaya elm, incəsənət və mədəniyyət gətirən İslam ölkələri çökmüş və qaranlıq, tənha, baxımsız, cahil, keyfiyyətsiz din anlayışı formalaşdırılmışdır. İslam ölkələrinin geridə qalmasının, keyfiyyətsiz strukturun hakim olmasının və qərb tərəfindən müsəlmanlara dəyər verilməməsinin əsas səbəbi budur.

Quranda musiqini, rəqsi, əyləncəni qadağan edən hökm yoxdur

Quranda musiqini, rəqsi, əyləncəni qadağan edən hökm yoxdur. Peyğəmbərimizin (s.ə.v) sünnəsində də belə şey yoxdur. Xurafatçılar bu mövzuda qeyri-səmimi davranır, bəziləri açıq-aşkar saxtakarlıq edir, bəziləri də həqiqəti bilmirlər. Allah xoşbəxtliyi, zövqü, sevinci müsəlmanlara halal edib. Uca Rəbbimiz ayədə: “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139) – deyərək kədəri müsəlmanlara haram etmişdir.

Habelə:

– Peyğəmbərimizin (s.ə.v) hədislərində rəqs edən səhabələrdən bəhs edilir, hətta Peyğəmbərimizin oynayıb əylənənləri təşviq edən sözləri var.

– Tövratda hz. Davudun (ə.s) gözəl səsi ilə Allah`ı zikir edən və təsbih edib ucaldan mahnılar oxuduğu, musiqi alətlərində çaldığı bildirilir və hz. Davud (ə.s) bu xüsusiyyəti ilə təriflənir. Deməli, Allah bunu bəyənir. Allah bəyəndiyi üçün cənnətdə də bu gözəl neməti müjdələyir.

Kosmetika, baxımlı olmaq, gözəl geyinmək, müasirlik və mədəniyyət, bir sözlə, keyfiyyət İslamın əsaslarındandır

Müsəlman hər şeyin ən gözəlinə layiqdir. Allah dünyada verdiyi nemətlərlə inananları əbədi gözəllik yurdu olan cənnətə hazırlayır. Müsəlmanlar da cənnətin bir təzahürü kimi dünya həyatında hər anlarını cənnət mühitinə çevirirlər. Bunu istər təmizlik, istər gözəl əxlaqları, istərsə də xarici görünüşləri ilə göstərirlər.

Müsəlman, əlbəttə, baxımlı, təmiz, gözəl olmalıdır. Çünki gözəllik, baxım, estetika, incəsənət zövqü Allah`ın bəyəndiyi xüsusiyyətlərdir. Quranda müsəlman qadınların kosmetikadan istifadə etməsini və baxımlı olmasını haram edən heç bir hökm yoxdur. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar gözəl olublar. O dövrdə də qadınlar kosmetikadan istifadə edirdilər, hətta Peyğəmbərimiz (s.ə.v) başda olmaqla, kişilər də gözlərinə sürmə çəkirdilər. O dövrdə müsəlman xanımlar ənlik, kirşan, dodaq boyasından istifadə edir, əllərini və dırnaqlarını xına ilə, saçlarını da xüsusi boyalarla boyayırdılar.

5882 – İbn Abbasdan (r.ə)

Peyğəmbərin (s.ə.v) yanından saçlarını xına ilə boyamış bir adam keçdi. “Nə qədər gözəl görünür”, -buyurdu. Daha sonra saçını xına və kətəm (qara saç boyası) ilə boyamış başqa birisi keçdi. Ona da: “Bu, ondan daha gözəl görünür”, -buyurdu.  Bu vaxt saçları sarı rəngdə boyanmış başqa bir adam keçdi, ona baxıb belə buyurdu: “Bu, hamısından gözəldir”. (Mənbə: BÜYÜK HADİS KÜLLİYATI, Cem’ul-fevaid, Min Cami’il-usul ve Mecma’iz-zevaid, İmam Muhammed Bin Muhammed Bin Süleyman, Er-RUDANİ , İz Yayıncılık/2. Baskı İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)

Əlbəttə, müasir qərb ölkələri bu yanlış anlayışa görə İslamı əslindən tamamilə fərqli tanıyır və İslam dinindən uzaq dururlar. Bunda təəccüblü bir şey yoxdur. Xurafatçıların formalaşdırdığı saxta dində qadına verilən aşağı dəyər qərblilərin İslamdan uzaq durmaları üçün kafi səbəbdir. Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi o gözəl din əvəzinə xurafatlar dünyaya İslam dini kimi tanıdılır. Dünya buna görə İslamdan qorxur.

İslam adı altında tanıtdıqları bu saxta dində xurafatçılar gözəllikləri və nemətləri öz əlləri ilə məhv etdiklərinə görə Allah`ın yaratdığı gözəlliklərdən zövq almaq qabiliyyətini də itiriblər. İman həqiqətləri imanlı insana zövq verdiyi halda, onlar bir çiçəyin rəngindən, qoxusundan, bir meyvənin gözəlliyindən, bir dovşanın sevimliliyindən, səmanın gözəlliyindən belə zövq ala bilmirlər.

Dəbə uyğun və gözəl paltarlar geyinməyi, gözəl avtomobil və evləri qadağan edirlər

Əlbəttə, müsəlmanlar var gücləri ilə çətin vəziyyətdə olanları qoruyacaq və bu yolda Allah rizası üçün əllərindən gəldiyi qədər cəhd göstərəcəklər. Lakin bu vəziyyət onların baxımsız, kirli, pərişan yaşaması demək deyil. Müsəlman təkcə görünüşü ilə də yüksək təbliğ gücünə malikdir. Görünüşü nə qədər təmiz, kübar, eleqant, müasir olsa, nə qədər nikbin, şən, səmimi davransa, İslam dinini o qədər mükəmməl təbliğ edər. Bu, təkcə təbliğ zamanına deyil, bütün həyatına hakim olmalıdır.

İnsanlar qadınların alçaldıldığı  keyfiyyətsiz həyat tərzindən deyil, keyfiyyətin hakim olduğu sülhsevər İslam anlayışından təsirlənir və belə həyat tərzi ilə yaşamaq istəyirlər. Peyğəmbərimizin (s.ə.v) dövründə Peyğəmbərimizin (s.ə.v) çox kübar, şən, müasir davranışı və görünüşü  onu görənlərə çox təsir edirdi. Peyğəmbərimiz (s.ə.v) xarici qonaqlarla görüşdükdə daima dövrün ən keyfiyyətli paltarı hesab olunan Bizans cübbəsi geyinərdi. Peyğəmbərimiz (s.ə.v) hz. Dihyəni (r.ə) təbliğə göndərmişdi. Hz. Dihyə çox yaraşıqlı idi və təbliğə gedərkən daima çox bahalı paltarlar geyinirdi. Belə ki, həm görünüşü, həm də kübarlığı ilə hz. Dihyə təbliğə getdiyi bölgələrdə xalqın küçələrə tökülüb ona baxmasına səbəb olurdu.

Göründüyü kimi, müsəlmanların gözəl geyinməsi və gözəlliklərə layiq olması Peyğəmbərimizin (s.ə.v) sünnəsində də var. Quranda da Allah: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin…” (Əraf surəsi, 31) – deyərək zinətlərin və gözəl paltarların nemət olduğunu bildirir və ibadət evləri olan məscidlərdə bərbəzəkli, gözəl olmağı əmr edir.

5782 – Əbül Əxvasdan, o da atasından (r.ə): “Köhnə paltarlarla Peyğəmbərin (s.ə.v) yanına getdim. Belə buyurdu: “Mal-mülkün var?” “Bəli”, -dedim. “Necə mal-mülk?” –deyə soruşdu. “Allah`ın mənə bəxş etdiyi dəvə, inək, qoyun, at kimi hər cür mal-dövlətim var”, -dedim. “Allah sənə mal-mülk veribsə, onun əsəri və comərdliyi üstündə görünsün”, – buyurdu. (BÜYÜK HADİS KÜLLİYATI, Cem’ul-fevaid, Min Cami’il-usul ve Mecma’iz-zevaid, İmam Muhammed bin Muhammed bin Süleyman, Er-RUDANİ, İz Yayıncılık/2. Baskı İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)

5785- Cabirdən (r.ə): Ənmar müharibəsinə Peyğəmbərlə (s.ə.v) birlikdə gedirdik… “Ey Allah Rəsulu, Mədinədən bir yoldaş var. Onu da hazırlaşdırdıq, arxamızdan gəlib bizi qoruyur”, -dedim. Bu vaxt həmin adam üstündə iki cırıq paltarla gəldi. Peyğəmbər (s.ə.v) onu gördükdə soruşdu: “Bu iki cırıq paltarından başqa paltarı yoxdur?” “Heybəsində geyinmək üçün verdiyim iki paltarı da var”, -dedim. “Çağır, o paltarı geyinsin”, -deyə buyurdu. Onu çağırdım, paltarlarımı geyindi. Adam gedərkən Rəsulullah belə buyurdu: “Nə olub (təzə paltarları var ikən köhnəsini geyinir), bu onun üçün daha xeyirli deyilmi?” Həmin adam bunu eşitdi və dedi: “Ey Allah Rəsulu! Allah yolunda cihad edəndə də yeni paltar geyinim?” “Bəli, Allah yolunda cihad edəndə də”, -buyurdu. (BÜYÜK HADİS KÜLLİYATI, Cem’ul-fevaid, Min Cami’il-usul ve Mecma’iz-zevaid, İmam Muhammed Bin Muhammed Bin Süleyman, Er-RUDANİ, İz Yayıncılık/2. Baskı İstanbul 2009, səh. 257-261-262-265-271-272-273)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma