“İnsan embrionundakı qəlsəmələr” cəfəngiyatı hansı elmi saxtakarlığa əsaslanır?


fosilfootprint1Canlıların doğuşlarına qədər olan müddət ərzində ana bətnində təkamülə dəlil olan bəzi dövrlər keçirməsi tezisi təkamül nəzəriyyəsinin əsassız iddiaları arasında xüsusi yer tutur. Çünki təkamülçü ədəbiyyatda “rekapitulyasiya” kimi tanınan bu tezis elmi səhv olmasından başqa, həm də elmi saxtakarlığı da ifadə edir.

Hekkelin rekapitulyasiya cəfəngiyatı

Rekapitulyasiya iddiası təkamülçü bioloq Ernst Hekkel (Ernst Haeckel) tərəfindən XIX əsrin sonlarında ortaya atılmışdır. Bu terminin ifadə etdiyi təkamülçü tezis “ontogenez filogenezin təkrarıdır” (ontogeny recapitulates phylogeny) şəklində ifadə edilən bir iddia irəli sürür. Bunun mənası budur ki, canlı embrionları inkişaf prosesi zamanı sözdə təkamüli əcdadlarının keçirdikləri təkamül prosesini təkrarlayırlar. Məsələn, insanın ana bətnində əvvəlcə balıqlara, sonra sürünənə bənzədiyini, sonra da insan xüsusiyyətlərini göstərdiyi irəli sürülür. Embrionun inkişaf dövrü ərzində qəlsəməyə malik olması iddiası da elə bu tezisdən qaynaqlanır.

Lakin bu tezis bir xurafatdan ibarətdir. Rekapitulyasiyanın ortaya atılmasından sonrakı illər ərzində elmi irəliləyişlər tezisin əsaslılığının araşdırılmasına imkan yaratdı. Sonda tezisin bunu ortaya atan təkamülçülərin xəyal güclərindən və məqsədli təhriflərindən başqa əsası olmadığı məlum oldu. İnsan embrionunun ilkin dövrlərində ortaya çıxması iddia edilən qəlsəmələrin, əslində, insanda orta qulaq boşluğu, yevstaxi borusu, paratiroid və timus (çəngələbənzər) vəzlərinin əmələ gəlməsindən əvvəl inkişaf dövründəki formaları olduğu məlum oldu. Təkamülçülər tərəfindən insan embrionunun yumurtanın sarı kisəsinə bənzədilən hissəsinin rüşeym üçün qan hazırlayan bir hissə olduğu müəyyən edildi. Təkamülçülər embrionda quyruğa bənzətdikləri hissənin isə insanın onurğa sümüyü olduğu üzə çıxmış və təkamülçülərin quyruq bənzətməsinin bu hissənin ana bətnində ayaqlardan əvvəl inkişafa başlamasından irəli gəldiyi məlum olmuşdur.

Rekapitulyasiya iddiasının elmi cəhətdən yanlışlığı bu gün qabaqcıl təkamülçü elm adamları tərəfindən də qəbul edilir. Neodarvinizmin banilərindən olan Corc Qeylord Simpson (George Gaylord Simpson): “Hekkel təkamül inkişafını səhv şəkildə ortaya qoydu. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq qəti şəkildə məlumdur”, – deyə yazır.( G. G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, s. 241) “American Scientist”də dərc edilən bir məqalə isə bu həqiqəti oxuyucularına belə bildirmişdir:

Biogenetika qanunu (rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə ölmüşdür. 1950-ci illərdə dərsliklərdən çıxarılıb. Əslində, elmi mübahisə kimi 1920-ci illərdə sonu çatmışdı.( Keith S. Thompson, “Ontogeny and Phylogeny Recapitulated”, American Scientist, cild 76, may/iyun 1988, s. 273)

Eyni həqiqət “New Scientist” jurnalının 16 oktyabr, 1999-cu il tarixli sayında da bildirilmişdir:

Hekkel nəzəriyyəsini “biogenetik qanun” adlandırdı və bu düşüncə qısa müddətdə rekapitulyasiya kimi tanındı. Əslində isə Hekkelin kəskin qanununun səhv olması yaxın gələcəkdə göstərildi. Məsələn, erkən inkişaf dövründəki insan embrionunun heç vaxt bir balıq kimi qəlsəmələri olmur və embrion heç vaxt yetkinləşmiş bir sürünənə və ya meymuna bənzər mərhələlərdən keçmir. (Ken McNamara, “Embryos and Evolution”, New Scientist, 16 oktyabr 1999)

Göründüyü kimi, tezisin ortaya atılmasından sonrakı irəliləyişlər rekapitulyasiyanın heç bir elmi əsasının olmadığını göstərdi. Ancaq eyni irəliləyişlər tezisin sadəcə elmi xətadan deyil, açıq-aşkar saxtakarlıqdan qaynaqlandığını da göstərəcəkdi.

Hekkelin şəkil saxtakarlığı

Rekapitulyasiya tezisini ortaya atan Ernst Hekkel nəzəriyyəsini dəstəkləmək üçün bəzi şəkillər də dərc etmişdi. Sonrakı illərdə və hələ Hekkel həyatda ikən aparılan araşdırmaların ortaya qoyduğu nəticə çox təəccüblü idi. Hekkel balıq və insan embrionlarını bir-birinə bənzədə bilmək üçün saxta şəkillər çəkmişdi! Saxtakarlığının üzə çıxmasından sonrakı açıqlamaları isə daha çox təəccüb doğururdu:

         “Etdiyim bu saxtakarlıq etirafından sonra özümü alçaldılmış və qınanmış hiss etməliyəm. Lakin mənim təsəllim budur ki, mənimlə bərabər günahkar olan bir çox adam, bir çox etibarlı müşahidəçi və məşhur bioloq da var ki, onların nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezis və jurnallarında mənimki qədər edilmiş saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxem halında yenidən qurulmuş şəkillər var.( Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)

          Tanınmış elmi jurnallardan olan “Science”də Hekkelin embrion şəkillərindəki saxtakarlığa toxunmuşdu. “Londondakı Müqəddəs Corc Tibb fakültəsinin Xəstəxanasından Maykl Riçardsonun (Michael Richardson) bildirdiyinə görə Hekkel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə bənzər göstərmək üçün böyüklük ölçüləri ilə oynamış, bəzən embrionları bir-birindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekkel fərqləri gizlətmək üçün növlərin adını qeyd etməkdən çəkinmiş və təkcə bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox yaxın olan balıq növlərinin embrionlarında belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər var. Riçardson: “(Hekkelin şəkilləri) biologiyanın ən böyük saxtakarlıqlarından birinə çevrilmişdir”, – deyir”. (Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Rediscovered”, Science, 5 sentyabr 1997 )

Hekkelin saxtakarlığının hələ 1901-ci ildə ortaya çıxmasına baxmayaraq, bir əsrə yaxın bir müddət boyu bu mövzunun sübut edilmiş elmi qanun kimi təkamülçü KİV-lərdə yer alması da cəlbedicidir. Təkamülçü düşüncə sahibləri ideologiyalarını elmi əsaslara qarşı qoyaraq özləri də bilmədən çox vacib mesaj vermişlər: təkamül elm deyil, elmi həqiqətlərə baxmayaraq, ayaqda tutulmağa çalışılan doqmadır.

“İnsan embrionundakı qəlsəmələr” cəfəngiyatı hansı elmi saxtakarlığa əsaslanır?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma