Allah canlıları təkamüllə yaradıb” fikri nə üçün səhvdir?


1293275724_yevolyuciyaKainatdakı bütün canlı və cansız varlıqlardakı üstün yaradılışı açıq şəkildə ortaya qoyub, bu cür mükəmməl sistemin kortəbii təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi tərəfdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesi ilə yaratdığını iddia etməyə başlayırlar.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allah’ın yaratdığı çox aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allah’ın təqdiridir. Biz bunun nə şəkildə olduğunu ancaq Allah’ın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik.

Bu iki mənbəyə baxdıqda təkamüllə yaratma kimi bir faktın mövcud olmadığını görərik.

Quranda Allah insanın, canlıların və kainatın yaradılışı ilə bağlı bir çox ayə nazil etmişdir və bu ayələrin heç birində təkamüllə yaradılışa dair heç bir məlumat yoxdur. Yəni canlıların bir-birlərindən törəyərək əmələ gəlməsinə işarə edən heç bir ayə yoxdur. Əksinə, ayələrdə canlıların və kainatın Allah’ın “Ol!” əmri ilə yoxdan var edildiyi bildirilir.

Elmi dəlillər də təkamül yolu ilə yaradılışın olmadığını göstərir. Fosillər müxtəlif canlı qruplarının bir-birlərindən törəyərək deyil, bir-birlərindən asılı olmadan birdən-birə və özünəməxsus quruluşları ilə ortaya çıxdığını göstərir. Yəni hər canlı qrupu bir-birindən fərqli yaradılmışdır.

Əgər təkamül yolu ilə yaradılış olsaydı, onun dəlillərinə bu gün rast gələrdik. Allah bütün yaratdıqlarını bir nizama görə səbəblər və qanunlar çərçivəsində yaratmışdır. Məsələn, gəmiləri dənizdə üzdürən, şübhəsiz ki, Allah’dır. Ancaq səbəbini araşdırdıqda suyun gərilmə qüvvəsinin də buna səbəb kimi yaradıldığını görərik. Quşların uçması da Allah’ın qüdrəti ilədir. Belə ki, onun səbəblərini araşdırdıqda aerodinamika qanunları ilə qarşılaşırıq. Beləliklə, əgər canlılar müəyyən bir proseslə mərhələli şəkildə təkamül yolu ilə yaradılsaydılar, mütləq bu keçidləri açıqlayan qanunlar və genetik məlumatın dəyişməsinə səbəb olan sistemlər olardı. Habelə, bütün fiziki, kimyəvi, bioloji qanunlar kimi onlar da aşkar edilərdi. Laboratoriyada aparılan tədqiqatlarda bir canlı növünün digər canlı növünə çevrilməsini göstərən dəlillər tapılardı. Tədqiqatlar yolu ilə bir canlıda olmayan, ancaq bu canlıya tətbiq edildikdə ona fayda verən sekresiya, hormon və digər molekulların əmələ gəlməsini təmin edən genetik məlumatın o canlının genetik məlumatına tətbiq edilməsi ilə mümkün olardı. Bununla bərabər, aparılan təcrübələrlə o canlıda bu günə qədər müəyyən edilməyən yeni bir orqanoid və buna bənzər formalar əmələ gətirilə bilərdi.

Laboratoriyada təcrübələrlə mutasiya keçirən və bundan fayda götürən canlılara rast gəlmək olardı. Hətta bu mutasiyaların sonrakı nəsillərə ötürülərək o növün xüsusiyyətinə çevrildiyi məlum olardı. Daha irəli getsək, tarixdə yaşamış bu cür ara keçid canlılarının milyardlarla fosil nümunələrinə rast gəlmək olar və dövrümüzdə də inkişafını tamamlamamış keçid canlılar olardı. Qısaca desək, ətrafımızda bu cür prosesə aid saysız-hesabsız dəlillər olardı.

Ancaq bir növün digərinə çevrildiyini göstərən bir dəlil belə yoxdur. Elmi dəlillər və arxeoloji tapıntılar daha əvvəlki bölmələrdə də ətraflı açıqladığımız kimi, canlı növlərinin birdən-birə, heç bir əcdadı olmadan ortaya çıxdığını göstərir. Bu həqiqət canlıların təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin əsassız olduğunu göstərdiyi kimi, Allah’ın canlıları təkamül yolu ilə yaratdığı iddiasının da elmi cəhətdən səhv olduğunu göstərmişdir.

Allah canlıları tamamilə metafizik formada, təkcə “Ol!” əmri ilə yaratmışdır. Canlıların yer üzündə birdən-birə ortaya çıxdıqlarını sübut edən müasir elm isə bu həqiqəti təsdiqləyir.

“Allah canlıları təkamül yolu ilə yarada bilər” fikrinin tərəfdarları, əslində, bunu darvinizm ilə yaradılış arasında bir uyğunluq kimi göstərmək istəyirlər. Ancaq bu zaman yenə böyük səhv edirlər. Darvinizmin təməl məntiqini və hansı fəlsəfəyə xidmət etdiyini nəzərdən qaçırırlar. Darvinizm canlı növlərinin bir-birinə çevrilməsi anlayışından ibarət deyil. Darvinizm əsl mənada canlı növlərinin mənşəyinin sırf maddi səbəblərlə açıqlamaq cəhdidir. Başqa sözlə, canlıların təbiətin məhsulu olduğu iddiasını elm adı altında qəbul etdirmək cəhdidir. Bu cəhdlə Allah inancı arasında hər hansı ortaq cəhət ola bilməz. Bu cür ortaq cəhət tapmaq cəhdi ilə darvinizmə ciddi yanaşmaq, onun elmi nəzəriyyə olduğu iddiasını müdafiə etmək çox böyük xətadır. Darvinizm 150 illik tarixin də sübut etdiyi kimi, materialist fəlsəfəni və ateizmi dirçəldən vasitədir və heç bir ortaq cəhət axtarışı bu həqiqəti dəyişdirməyəcəkdir.

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma