Təkamül nəzəriyyəsi bəlkə də gələcəkdə əsaslandırıla bilər” fikri nə üçün doğru deyil?


Təkamül nəzəriyyəsini müdafiə edən bəzi kütlələr çıxılmaz vəziyyətdə qaldıqda iddia edirlər ki, bugünkü elmiKainat tapıntılar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlər olacaq.

Əslində, bu sualla təkamülçülər elm sahəsindəki məğlubiyyətlərini etiraf edirlər. Sualda gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri kimi müasir elmi tapıntıların bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”.

Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı bir nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq sonra bir gün bu nəzəriyyəni sübut edəcəyini güman etdiyi dəlillərin xəyalını qurmaz. Elm mövcud tapıntıları tədqiq etmək və onlardan nəticə çıxarmaqdır. Ona görə, elm adamları da elmi tapıntılarla sübut edilən yaradılış həqiqətini qəbul etməlidirlər. Ancaq bu təkamülçü təlqin və təbliğat xüsusilə nəzəriyyə ilə bağlı az məlumata malik olan bəzi insanlara təsir edir. Buna görə də cavabın da ayrıca ortaya qoyulması faydalıdır.

Təkamül nəzəriyyəsinin əsaslı olub-olmadığını uç sual ilə müəyyən etmək mümkündür:

  • İlk canlı hüceyrəsi necə əmələ gəlmişdir?
  • Bir canlı növü digərinə necə çevrilir?
  • Canlıların təkamül keçirdiyinə dair dəlillər, yəni fosillər mövcuddurmu?

XX əsr ərzində təkamül nəzəriyyəsinin mütləq cavablandırması lazım olan bu üç sual ilə bağlı bir çox ciddi araşdırmalar aparılmışdır. Araşdırmaların üzə çıxardığı həqiqət budur ki, bu üç suala təkamül nəzəriyyəsi cavab tapa bilmir. Sualları bir-bir tədqiq etdikdə bu həqiqətlərlə qarşılaşırıq:

1. İlk hüceyrənin açıqlanması təkamül tərəfdarları üçün ən böyük müəmmaya çevrilmişdir. Bu mövzudakı araşdırmalar canlı hüceyrəsinin təsadüf anlayışı ilə açıqlanmayacaq qədər mükəmməl olduğunu üzə çıxarmışdır. Məşhur ingilis riyaziyyatçı və astronomu ser Fred Hoyl (Fred Hoyle) bu həqiqəti aşağıdakı şəkildə ifadə edir:

Təsadüflər nəticəsində bir hüceyrənin meydana gəlməsi qasırğa ilə sovrulan tullantı metal yığınınından təsadüfən bir Boinq 747 təyyarəsini əmələ gəlməsi qədər mümkünsüzdür. (“Hoyle on Evolution”, Nature, cild 294, 12 noyabr 1981, s. 105)

Burada təkamülçülərin təhrifini daha yaxşı anlamaq üçün bir misala baxaq. Həyatı boyu daha əvvəl heç saat görməmiş, bir tənha adada yaşayan bir insanın ilk dəfə divar saatını gördüyünü təsəvvür edək. 100 metr uzaqdan divar saatını görən bu insan saatı tam şəkildə nəzərdən keçirməyərək küləyin sovurduğu toz, torpaq vasitəsilə meydana gələn hər hansı bir cisimdən ayırmaya bilər. Yaxınlaşıb diqqətlə baxdıqda isə bu yolla əmələ gəldiyinə şübhə etməz. Ancaq sonra bu alətin xüsusiyyətlərini və burada üzə çıxan sənəti tədqiq etmək istəyər. İçini açaraq ətraflı tədqiq etdikdə saatın kənardan göründüyündən daha böyük məlumat və ağılın nəticəsi olduğu üzə çıxar. Daha dərindən tədqiqatlar getdikcə bu nəticəni daha da dəqiqləşdirər.

Elmin irəliləyişi ilə canlılar haqqındakı həqiqətlərin dərk edilməsi saatı tədqiq edən şəxsin vəziyyətinə bənzəyir. Elmi irəliləyişlər canlılardakı mükəmməlliyi sistem, orqan, toxuma, hüceyrə və hətta molekul səviyyəsində üzə çıxarmışdır. Hər yeni detalın başa düşülməsi yaradılışın möhtəşəmliyini daha yaxşı anlamağa kömək edir. Hüceyrəni içi jele dolu şar kimi qəbul edən XIX əsr təkamülçüləri bu yanaşma tərzləri ilə yuxarıda çəkdiyimiz misaldakı saata 100 metr uzaqlıqdan baxan adam kimidirlər. Bu gün hüceyrənin hər hissəsi ayrıca bir sənət və yaradılış nümunəsi olan möhtəşəm quruluşunu qəbul etməyən heç bir elm adamı yoxdur. Sadəcə mikroskopla görə bildiyimiz bu kiçik hüceyrənin təkcə zarı belə “seçərək keçirən” sözü ilə böyük ağılı ifadə edir. Ətrafındakı atomları, zülalları, molekulları eynilə şüurlu varlıq kimi tanıyır və yalnız ehtiyacı olanları daxilinə qəbul edir Saatdakı məhdud məlumat və ağılın əksinə, canlı orqanizmlər sonsuz ağıl və yaradılışın nümunələridir. Quruluş və funksiyaları hələ qismən kəşf edilmiş canlı formalar üzərində hər gün daha hərtərəfli və ətraflı şəkildə aparılan tədqiqatlar təkamülü sübut etmək bir kənara, yaradılış həqiqətinin daha yaxşı dərk edilməsinə kömək edir.

2. Təkamülçülər bir canlı növünün mutasiya və təbii seçmə yolu ilə digər bir canlıya çevrildiyini iddia edirlər. Bununla bağlı aparılan bütün araşdırmalar hər iki mexanizmin heç bir təkamül xarakteri daşımadığını göstərmişdir. Tanınmış təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson (Colin Patterson) bu həqiqəti belə ifadə edir:

“Heç kəs təbii seçmə mexanizmləri ilə yeni növ əmələ gətirə bilməmişdir. Heç kəs bunun bacarmamışdır. Bu gün neodarvinizmin ən çox mübahisə doğuran cəhəti də budur”. (Colin Patterson, “Cladistics”, Brian Leek ile Röportaj, Peter Franz, 4 Mart 1982, BBC)

Mutasiya ilə bağlı aparılan tədqiqatlar da mutasiyanın təkamül xarakteri daşımadığını göstərmişdir. ABŞ-dan genetika alimi B.G.Ranqanatan (B.G.Ranganathan) belə deyir:

  “Mutasiyalar kiçik, təsadüfi xarakter daşıyır və zərərlidir. Çox nadir hallarda meydana gəlir və təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamül xarakterli irəliləyişə səbəb olmadığını göstərir”.( B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988)

Göründüyü kimi, təkamül nəzəriyyəsinin növlərin əmələ gəlməsi ilə bağlı irəli sürdüyü mexanizmlər tamamilə təsirsiz, hətta əksinə, zərərlidir. Elm və texnologiya səviyyəsində bu həqiqətləri üzə çıxarmaq hələ mümkün olmadığı dövrlərdə fantastik ssenarilər şəklində irəli sürülən bu mexanizmlərin elmin irəliləyişi sayəsində heç bir inkişaf və təkamül xüsusiyyətinin olmadığı başa düşülmüşdür.

3. Fosillər də canlıların təkamül prosesi ilə əmələ gəlmədiyini və möhtəşəm yaradılış əsəri kimi birdən-birə meydana gəldiyini göstərir. Tapılan bütün fosillər bu həqiqəti dəfələrlə vurğulamışdır. Tapılacaq fosillərin də bu vəziyyəti dəyişdirməsi ehtimalının olmadığını Harvard Universitetindən paleontoloq Naylz Eldrec (N. Eldredge) belə açıqlayır:

         “Bütün dəlillər fosillərin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyatın necə meydana gəldiyini əks etdirir, bunlar fosillərin azlığından irəli gəlmir”. (N. Eldredge and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 59)

Başqa bir amerikalı paleontoloq R. Uesson (R. Wesson) da 1991-ci ildə dərc edilmiş “Təbii seçmədən kənar” adlı kitabında fosil qeydlərindəki boşluqların həqiqi və faktiki olduğunu belə açıqlayır:

“Fosil qeydlərində boşluqların olduğu həqiqətdir. Hər hansı (təkamül xarakterli) əcdadın olduğunu göstərən fosillərin yoxluğu son dərəcə faktikidir. Növlər, əsasən, çox uzun dövrlər ərzində dəyişmədən qalırlar. Növlər və xüsusilə cinslər heç bir zaman yeni bir növə və ya cinsə doğru təkamül keçirmirlər. Bunun əvəzinə, bir növ və ya cins digəri ilə yerini dəyişdirir (yəni nəsli kəsilir və yerini başqasına verir). Dəyişiklik isə, əsasən, birdən-birə baş verir”. (R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, s. 45)

Beləliklə, təkamül nəzəriyyəsi irəli sürüldüyü dövrdən bu günə qədər təxminən 150 il keçmişdir və bu dövr ərzində elmi irəliləyişlər təkamül nəzəriyyəsinin əleyhinə işləmişdir. Elm həyatın incəliklərini tədqiq etdikcə yaradılışdakı mükəmməlliyin yeni dəlilləri tapılmış, canlıların təsadüflərlə meydana gəlməsinin və müxtəlifliyin əmələ gəlməsinin mümkün olmadığı başa düşülmüşdür. Aparılan hər yeni tədqiqat  canlılardakı yaradılışın yeni dəlillərini üzə çıxarır, yaradılış həqiqətini nümayiş etdirir. Darvindən dövrümüzə qədər keçən hər on il təkamül nəzəriyyəsinin əsassızlığını bir daha göstərmişdir.

Qısaca desək, elmi irəliləyiş təkamül nəzəriyyəsinin əleyhinədir. Ona görə də elmin sonrakı dövrlərdəki irəliləyişləri təkamül nəzəriyyəsini dəstəkləməyəcək, əksinə, əsassız olduğunu daha açıq şəkildə göstərəcəkdir.

Təkamül nəzəriyyəsinin iddialarına gəlincə, bu iddialar elm tərəfindən üstü açılmamış, açıqlanmamış mövzu deyildir ki, sonradan elm inkişaf etdikcə açıqlansın. Tam əksinə, təkamül nəzəriyyəsi müasir elmin hər sahədə təkzib etdiyi, bu cür fantastik prosesin həyata keçməsinin hər cəhətdən qeyri-mümkün olduğunu ortaya qoyduğu iddiadır. Bu vəziyyətdə olan bir iddianın sonrakı dövrlərdə sübut olunacağını irəli sürmək təkamülü ideologiyalarının təməli kimi görən marksist-materialist kütlələrin utopik xəyallarından ibarətdir. Bu, təkamül tərəfdarı olan kütlələrin çarəsizliklərindən qaynaqlanan təsəlli axtarmasıdır.

Beləliklə, “sonrakı dövrlərdə elm təkamülü sübut edəcək” kimi bir iddianın “elm sonrakı dövrlərdə dünyanın öküzün buynuzunda dayandığını sübut edəcək” şəklindəki ümiddən fərqi yoxdur.

 

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma