Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?


bakteriyaAleksandr Fleminq (Alexander Flemming) ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin  müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.

Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən, bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi, hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Yeni çıxan antibiotikin təsir etdiyi bakteriyalar ölsə də, əvəzində antibiotikin təsir etmədiyi zülallardan ibarət bakteriyalar qalır. Bu, bakteriyaların antibiotikə qarşı əmələ gətirdiyi müqavimət deyil. Yəni bakteriyalar antibiotikin təsirinə məruz qaldıqda təkamül keçirərək bu dərmana qarşı yeni bir müdafiə sistemi əmələ gətirmirlər. Sadəcə olaraq müqavimətli bakteriyaların tərkibində əvvəlcədən o antibiotikin təsir etdiyi zülal yoxdur, ona görə də həmin antibiotik bu bakteriyalara zərər vermir. Bu xüsusiyyət həmin bakteriyalarda o antibiotik kəşf edilməzdən əvvəl də var idi, sonra da mövcud olmuşdur.

Təkamülçülər iddia edirlər ki, bakteriyaların bu xüsusiyyəti, yəni antibiotikə qarşı müqaviməti antibiotik təsir etdikdən sonra əmələ gəlir. Ancaq bu müqavimət antibiotik onlara təsir etməzdən əvvəl də onlarda mövcuddur. “Scientific American jurnalı təkamülçü jurnal olduğuna baxmayaraq, 1998-ci il, mart sayında bu barədə belə bir etirafa yer vermişdir:

“Bir çox bakteriya hələ antibiotiklər tətbiq edilməzdən əvvəl də müqavimət genlərinə malik idi. Elm adamları bu genlərin nə üçün təkamül keçirdiklərini və ölmədiklərini əsla bilmirlər”. (Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, Mart 1998, s. 35)

Göründüyü kimi, müqavimət təmin edən genetik məlumat antibiotiklərin hazırlanmasından əvvəl də mövcuddur. Bu həqiqət müqavimətin sonradan təkamüllə əmələ gəlməsi anlayışının tamamilə səhv olduğunu göstərir. Müqavimətli bakteriyalar sonradan öz-özünə, təsadüfən ortaya çıxan canlılar deyil.

Müqavimətli bakteriyaların antibiotiklərin kəşfindən çox əvvəl də mövcud olduğu ciddi elmi jurnal olan “Medical Tribune” jurnalının 1988-ci il, 29 dekabr sayında maraqlı hadisə kimi bildirilir:

“1986-cı ildə aparılan axtarışla 1845-ci ildə qütb səyahətində donaraq ölmüş dənizçilərin buzda qorunmuş cəsədləri tapılmışdır. Bu cəsədlərdə yaşadıqları dövrdə yayılmış bakteriyalar aşkar edilmiş və bunları tədqiq etdikdə məlum olmuşdur ki, bu bakteriyalar XX əsrdə kəşf edilmiş bir çox antibiotikə qarşı müqavimət xüsusiyyətləri daşıyırlar”.

Göründüyü kimi, bu cür müqavimət xüsusiyyətlərinin penisillinin kəşfindən əvvəl də bir çox bakteriyada mövcud olduğu tibb dünyasına məlumdur. Buna baxmayaraq, bakteriyalardakı müqavimət xüsusiyyətinin hələ də təkamülün nəticəsinə dəlil göstərilməsi sadəcə aldatma məqsədli iddiadır.

Dövrümüzdəki müqavimətli bakteriyaların mühitə hakim olması belə baş verir: bakteriyalar müəyyən bir antibiotikin təsirinə məruz qaldıqda dərmana qarşı müqavimətsiz variasiyalar məhv olur, müqavimətlilər isə həyatda qalır və daha da çoxalma imkanı qazanırlar. Müəyyən zaman sonra tamamilə yox olan müqavimətsiz bakteriyaların yerini sürətlə çoxalan bu müqavimətli bakteriyalar tutur. Bir müddətdən sonra eyni bakteriya növü yalnız həmin antibiotikə qarşı müqavimətli variasiyalardan ibarət koloniyalara çevrilir və artıq eyni antibiotik bu bakteriyalara təsir etmir. Nəticədə, bakteriya da eyni bakteriyadır, növ də eyni növdür.

 Həşəratlardakı DDT-yə qarşı immunitet

Həşəratlarda DDT-nin və həşərata qarşı digər dərmanların zaman ərzində təsirsiz hala gəlməsi də bakteriyalarda müşahidə olunan antibiotikə qarşı müqavimət kimidir. DDT kimyəvi maddəsi ilk dəfə kəşf edildikdə həşəratlara qarşı çox təsirli bir zəhər idi. İlk dəfə tətbiq edildiyi illərdə həşəratları kütləvi şəkildə məhv edirdi. Ancaq illər ərzində DDT-nin təsir etmədiyi həşəratların mövcud olduğu məlum oldu. Bu həşəratlarda DDT kimyəvi maddəsi orqanizmin həyati funksiyalarına təsir edə bilmirdi, çünki yapışmaq üçün axtardığı zülal bu həşəratlarda müxtəlif idi. Bunlar hər həşərat növünün daxilində qalan müxtəlif variasiyalar idi. Məhv olmadıqlarının səbəbi də DDT-nin  yapışacağı zülalların onlarda olmaması və ya fərqli quruluşda olması idi.

Təkamülçü bioloq Fransisko Ayala (Francisco Ayala): “Həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı immunitet insanların hazırladığı bu maddələr həşəratlara tətbiq edilmədən əvvəl də həmin həşərat növünün genetik variasiyalarında artıq var idi”, – deyərək bu həqiqəti qəbul edir. (Francisco J. Ayala, “The Mechanisms of Evolution”, Scientific American, cild 239, Sentyabr 1978, s. 64)

Ancaq həşəratın populyasiyasında DDT zəhəri tətbiq edildikdən sonra əmələ gələn bu dəyişikliyi təkamül tərəfdarları təkamülə dəlil kimi göstərirlər.

Bu misalda DDT-yə qarşı həşəratların qazandığı bir qələbə yoxdur. Ona görə də buna immunitet demək də səhvdir. Çünki immunitet insanda müdafiə hüceyrələrinin mikroblara qarşı anticisimlər emal etməsinə və bu yolla mikroblara qalib gəlməsinə deyilir. DDT misalında isə bu cür şüurlu qarşılıqlı təsir və üstünlük baş vermir. Bəzi həşəratlar ölür, DDT-nin təsir etmədiyi həşəratlar isə həyatda qalaraq çoxalır və nəsillərini davam etdirirlər.

Bundakı həqiqət belədir: həşəratların bəzi variasiyalarında hələ zəhər tətbiq edilmədən əvvəl də müxtəlif zülallar var idi. DDT kəşf edildikdən sonra bu kimyəvi maddəyə məruz qalan həşəratlardan orqanizmi uyğun olmayanların nəsilləri kəsilmişdir. Əvvəlcədən az sayda olan müqavimətli fərdlər isə çoxalma imkanı əldə etmişlər. Nəticədə, eyni həşərat növü tamamilə müqavimətli fərdlərdən ibarət kütləyə çevrilmişdir. Təbii ki, bütün populyasiya müqavimətli fərdlərdən ibarət olduğuna görə, DDT artıq o həşərat növünə təsir edə bilmir.

Əslində, təkamülçü mənbələr bu müqavimət və immunitet mövzularında yanılırlar. Bu mövzunu bəzi məşhur elmi jurnallarda dərc etdirir, bu mövzunun əsl məğzini oxuyuculara izah etmir və təkamülə dəlil kimi göstərirlər. Göründüyü kimi,  bakteriyalardakı antibiotikə qarşı müqavimətin və həşəratlardakı DDT-yə qarşı immunitetin təkamülə heç bir dəlil vermədiyi çox açıqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma