Nə Üçün DNT Təsadüflə Açıqlana Bilməz?


Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər0b8979a795 qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduğunu göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bilib.

Bu hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Frensis Kolinsin (Francis Collins) “İnsanın istifadə kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi, DNT-nin sirlərin açılmasında hələ başlanğıc mərhələdir.

Bu məlumatı əmələ gətirən şifrlərin açılmasının nə üçün 10 il davam etdiyi və yüzlərlə elm adamının əməyi bahasına başa gəldiyini anlamaq üçün DNT-yə sığışdırılmış məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır.

DNT sonsuz məlumat mənbəyinin varlığını göstərir.

İnsanın təkcə bir hüceyrəsinin DNT-sində 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsan öz DNT-sindəki məlumatı oxumağa çalışsa, buna ömrü çatmaz. Hər gün 24 saat boyu fasilə vermədən hər saniyə insanın bir DNT şifri oxunarsa, bu proses 100 ilə bitər. Çünki aparılan hesablamalara görə, bu nəhəng ensiklopediya təxminən 3 milyard müxtəlif şifrə malikdir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək, kağızların uzunluğu Şimal qütbündən ekvatora qədər olan məsafəyə bərabər olar. Bu miqdar böyük bir kitabxananı artıqlaması ilə dolduracaq sayda təxminən 1000 böyük cildlik kitab deməkdir.

Maraqlıdır ki, bu ucsuz-bucaqsız məlumat bazası hər hüceyrənin nüvəsində yerləşir və təxminən 100 trilyon hüceyrədən əmələ gəlmiş bir insanda bu kitabxananın 100 trilyon surəti vardır.

Bu məlumat xəzinəsini insanın əldə etdiyi bilik səviyyəsi ilə müqayisə etsək, bunu ifadə etmək çox çətin olar. Qarşımıza qeyri-adi cədvəl çıxar: 100 trilyon dəfə 1000 kitab! Bu, yer üzündəki qum dənələrindən daha çoxdur. Bu sayı dünyada hal-hazırda yaşayan 6 milyard insan və onlarla birlikdə bu günə qədər yaşayıb ölmüş bütün insanların sayına vursaq, qarşımıza ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluğa uzanan məlumat çıxar.

Bu misallar DNT-dəki məlumatın nə qədər böyük olduğunu göstərir. Dövrümüzdə böyük məlumatın saxlandığı ən qabaqcıl texnoloji vasitə kompyuterlərdir. Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə insan zəkasının əsrlər boyu əldə etdiyi bilik və illərlə davam edən səyləri nəticəsində təkmilləşdirdiyi texnologiyanın belə təkcə bir hüceyrə nüvəsinin məlumat saxlama həcminə çata bilmədiyini görürük.

      İnsan Genomu Layihəsini həyata keçirən Celera Genomics şirkətinin bu sahədə ən böyük mütəxəssislərindən biri olan Cin Mayersin (Gene Myers) layihənin nəticəsi haqqındakı bu sözləri DNT-dəki bu böyük məlumat və yaradılışı ifadə edir: “Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur… Sistem qeyri-adi dərəcədə mürəkkəbdir. Sanki dizayn olunub… Burada (DNT-də) böyük ağıl var”. ( Article by Tom Abate, San Francisco Chronicle, Fevral 19, 2001)

Digər maraqlı cəhət də budur ki, yer üzündəki bütün canlılar eyni dillə yazılmış şifrli tariflərlə əmələ gəlmişlər. Nə bir mikrob, nə bir bitki, nə də bir heyvan DNT-siz əmələ gəlmişdir. Bütün canlıların özünəməxsus eyni dildən istifadə edən, eyni məlumat mənbəyindən götürülən tariflər nəticəsində əmələ gəlməsi çox açıqdır.

Bu da bizi açıq-aydın nəticəyə aparır: dünyadakı bütün canlılar təkcə bir ağıl tərəfindən var edilmiş məlumat əsasında yaşayır və çoxalırlar.

Bu həqiqət təkamül nəzəriyyəsinin mənasız olduğunu göstərir. Çünki təkamül təsadüfə əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Bir gün bir kağız üzərində xərçəng xəstəliyini sağaldan dərmanın formulu tapılsa, bu dərmanı düzəldən elm adamını dərhal axtarıb tapmaq və hətta onu mükafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs: “Görəsən, bu formul kağıza mürəkkəbin tökülməsi ilə təsadüfən meydana gəlib?” – deyə düşünməz. Ağıl sahibi, normal düşünən hər insan bu yazını ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış bir şəxsin kağıza yazdığını düşünər.

Təkamülçülərin DNT-dəki məlumatın əmələ gəlməsi ilə bağlı təsadüf iddiaları isə bu formulun təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə belə edilməyəcək qədər böyük məntiq pozuntusudur. Çünki DNT-də hüceyrənin içində əmələ gələn enerji üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növlü zülalın hər birinə aid ətraflı molekulyar formullar və bunların əmələ gəlməsi üçün həssas sıra yazılmışdır. Bununla bərabər, digər hüceyrələrlə məlumat mübadiləsi üçün məlumat protokolları və bu məlumatı bir-birinə ötürmək üçün ötürücü hormonların emalı planları və bunun kimi saysız-hesabsız müxtəlifliyə malik məlumatlar da DNT-də yazılır.

DNT-nin və ehtiva etdiyi böyük məlumatın öz-özünə əmələ gəldiyini iddia etmək mövzudan kənar, DNT-nin xüsusiyyətlərindən məlumatı olmayan şəxslərin məlumatsızlığını əks etdirir. DNT kimi saysız-hesabsız məlumata malik və son dərəcə mürəkkəb quruluşlu bir molekulu təsadüfün nəticəsi hesab etmək tamamilə boş iddiadır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-nin də mənşəyini açılmamış sirr kimi ifadələrlə ört-basdır etməyə çalışırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma