Arı beyni daha ağıllı robotların düzəldilməsinə ilham verir


Arıların ətraf mühiti necə qavramasının öyrənilməsi robotların daha müstəqil olmalarına kömək edə bilər.
Bal arısının beyni yaxıBal-Çalısının-Çiçekleri-Sıkıca-Kapalıdırn gələcəkdə robotların daha müstəqil hərəkət etməsinə kömək edəcək.
Arıların duyğu orqanlarının simulyasiyasının hazırlanması üçün iybilmə və görmə duyğuları 1 milyon avro dəyərindəki bir layihə çərçivəsində tədqiq olunur.
Uçan robota tətbiq olunan arı beyninin simulyasiyası onun təhlükəsiz naviqasiya etmək üçün qərar qəbul etməsinə kömək edəcək.
Bu robot xilasetmə əməliyyatlarında və ya fermalarda bitkilərin mexaniki tozlandırılması üçün istifadə oluna bilər.
Şeffild və Susseks universitetlərindən alimlərin cəlb olunduğu tədqiqatlarda məqsəd arının sinir sisteminin modelini düzəltməkdir.
Duyğu orqanlarının işlək modeli robotda qurulacaq və onun bal arısı kimi həssas uçma qabiliyəti sınaqdan keçiriləcək.
Layihənin kordinatoru, Şeffild universitetindən kompyuter mütəxəssisi Doktor Ceyms Marşal arı beynini simulyasiya etməyin süni intellekt sahəsində ən əsas çətinliklərdən biri olduğunu deyir.
İndiyədək süni beyin hazırlamaq cəhdləri insan, meymun və siçanın koqnitiv sistemləri əsasında qurulmuşdur.
“Lakin təəccüblüdür ki, kollektiv yaşayan həşəratlar kimi nisbətən sadə canlılar daha mükəmməl koqnitiv qabiliyyətlərə malikdirlər”, – dr. Marşal deyir.
Məlumdur ki, bal arıları qüsursuz qabiliyyətləri sayəsində koloniyalarına və ya pətəyə geri qayıda bilirlər. Onlar günəşin mövqeyini istinad nöqtəsi kimi qəbul edir və yolu hesablayarkən günəşin hərəkətini nəzərə alırlar.
Dr. Marşal: “Bal arısının beyni təqlid etmək baxımından onurğalıların beyni ilə müqayisədə kiçik və əlverişli olduğuna görə, ümid edirik ki, bu beyin modelini təqlid edərək uçan robotu sınaqdan keçirə biləcəyik”, – deyir.
Hazırlanan sinir sistemi modelləri arı beynini təqlid etmək üçün güclü videokartlarla işləyəcək.
Bir çox elm adamı videokartdan elektron hesablama cihazları kimi istifadə edir, çünki videokartlar daha ucuz başa gəlir və istifadə cəhətdən ənənəvi superkompyuterlərdən daha asandır.
Tədqiqat qrupu ümid edir ki, süni arı beyni ilə işləyən robotlar sadəcə proqramlaşdırılmış tapşırıqlar yerinə yetirməyəcək, qəbul etdikləri informasiya əsasında qərar da verə biləcəklər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma