Bezoar Keçilərinin Kimya Biliyi


hunting_turkey (5)Təbiətdəki kimyaçılardan biri də bezoar keçisidir. Adını da bu xüsusiyyətinə görə almışdır. “Bezoar” fars dilində “dərman” deməkdir. Bu canlı özünü müalicə edə bilir.
Bezoar keçisini ilan sancdıqda dərhal yaşadığı mühitdə yetişən südləyən bitkisinin növlərindən birini yeməyə başlayır. Bu, çox heyrətamiz davranışdır. Çünki, həqiqətən də, südləyən bitkisinin tərkibindəki mayedə olan eforbon maddəsi qana qarışan ilan zəhərini zərərsizləşdirir.
Burada yenə heyrətamiz bir həqiqətlə qarşılaşırıq.
Südləyənlə qətiyyən qidalanmayan bezoar keçilərinin bu bitkiləri müalicə məqsədilə istifadə etmələrini təmin edən nədir? Bezoar keçiləri südləyənin tərkibində hansı kimyəvi maddələrin olduğunu haradan bilirlər? Bəs bu kimyəvi maddələrin ilan zəhərini müalicə etdiyini necə öyrəniblər?
Keçiləri ilan sancdıqda bütün otları yeyərək, yəni sınaqdan keçirərək antidot (zəhəri zərərsizləşdirən maddə) tapmaları mümkün deyil. Keçi doğru otu tapana qədər ölə bilər. Keçinin bunu bacardığını fərz edək. Ancaq bu da kifayət deyil. Çünki bezoar növünün nəslini davam etdirməsi üçün növün digər üzvlərinin də bu davranış xüsusiyyətinə malik olmaları zəruridir. Əlbəttə, bu, qeyri-mümkündür.
Bunun üçün keçilər özlərindən sonra gələn nəsillərə bu təcrübələrini öyrətməlidirlər. Ancaq bir canlının öyrəndiyi məlumatları sonrakı nəsillərə genetik yolla ötürməsi qeyri-mümkündür. Məsələn, bir neçə nəsil boyu piano çalan bir ailənin yeni dünyaya gələn uşaqları da ailənin digər üzvləri kimi piano çala bilmək üçün piano çalmağı öyrənməlidirlər. Ailə üzvləri nə qədər məşhur və müvəffəqiyyətli pianoçu olsalar da, bu xüsusiyyətlərini sonrakı nəslə ötürə bilməzlər. Çünki bu, genetik xüsusiyyət deyil, sonradan əldə etdikləri bacarıqdır. Başqa sözlə, öyrənilən biliklər və ya davranışlar növə deyil, yalnız həmin canlıya aiddir.
Bu məlumatlar üzərində dərindən düşünmək canlıların davranışlarının təsadüfən ortaya çıxmadığını anlamaq üçün kifayətdir. Bütün canlılar yaşamaları üçün lazım olan məlumatlara sahib olaraq doğulurlar. Yəni hamısını Allah bir anda yaradır. Allah bir Quran ayəsində belə buyurur:

“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlandıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın yazıdadır”. (Hud surəsi, 6)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma