Bioloji Kompyuter Üçün İlk Addım Atılıb


Alimlər elektronlarla işləyən kompyuterləri bioloji formaya keçirmək istəyirlər. Amerikalı tədqiqatçılar kimyəvi130329biyolojikk8.hlarge reaksiyalar vasitəsilə məlumat saxlayan və əməliyyatlar yerinə yetirən bioloji kompyuterlər icad etmək üçün elmi fəaliyyətə başlayıb.
Kompyuterlər daxil olmaqla, bir çox elektron cihaz elektronların axınını təmin edən tranzistorlarla işləyir. ABŞ-da tədqiqatçılar isə tranzistorları genetik məlumat daşıyan nuklein turşuları olan DNT və RNT-dən düzəldərək kompyuter sahəsində inqilab etməyə hazırlaşırlar.
Tədqiqat uğurla nəticələnsə, bioloji kompyuterlər silikondan hazırlanmış kompyuterlərdən tamamilə fərqli olacaq. Monitoru və klaviaturası olmayan bioloji kompyuterlər kompyuterdən daha çox yan-yana düzülmüş kiçik maye qutucuqları xatırladır.
Maye qablarında eynilə elektron kompyuterlər kimi işləyən kimyəvi maddələr, zülallar və digər bioloji elementlər yerləşəcək.
“The Guardian” qəzetinin verdiyi xəbərə görə, bioloji kompyuterlərdən, əvvəlcə, xəstəliklərin müalicəsində istifadə edilən dərmanların reaksiyasını sınaqdan keçirmək üçün istifadə ediləcək. Gələcəkdə isə məlumat saxlanması və s. kimi əsas kompyuter funksiyalarını da yerinə yetirəcək.

Hüceyrədaxili hərəkətlər müşahidə olunacaq

Tranzistorlar kompyuterlərdə elektron axınını, beləcə, kompyuterdə əsas informasiya vahidləri olan iki şifrin (0 və 1) əmələ gəlməsini təmin edir. İki tranzistorun birləşdirilməsi ilə əmələ gələn məntiq portu kompyuterlərin riyazi əməliyyatları idarə etməsini təmin edir. Adi kompyuterin prosessorunda milyonlarla tranzistor var.
ABŞ-ın Stenford Universitetində biomühəndislik sahəsində tədqiqatlar aparan Cerom Bone və tədqiqat qrupu DNT və RNT-dən istifadə edərək məntiq portlarını kimyəvi reaksiyaları keçirmək üçün yararlı hala salmaq istəyir.
Hüceyrələrin hər hansı dərmanın zərərinə məruz qalıb-qalmadığı və ya dərmanın hüceyrələrə yayılıb-yayılmadığını bioloji tranzistorlarla müəyyən etmək olar. Beləliklə, hüceyrələrin müəyyən dərmanı qəbul etdikdə bölünməyə başlaması və ya bölünməni dayandırması kimi proseslərə nəzarət etmək mümkün olacaq.
Tranzistorların radiosiqnalları gücləndirdiyi kimi, Bone və tədqiqat qrupunun hazırladığı bioloji tranzistordan da müəyyən zülalı şifrləyən xüsusi genləri gücləndirmək üçün istifadə olunacağı bildirilib.
Hüceyrələrin idarə edilməsini asanlaşdıracaq bu metod biotexnologiyanın elmdə daha çox yer tutması üçün də mühüm pillə ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma