DNT Ensiklopediyasının Dili


Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ənmate-dna-dnk-medical-genes-photos-pictures-555395 əsas vasitə isə dildir. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.
Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər.
Nüvədəki məlumat bankında məlumatlar bu şəkildə saxlanılır. Biz bu məlumat bankındakı şifrləmə sistemindən bəhs edərkən asan başa düşülməsi üçün DNT-ni təşkil edən nuklein turşusu molekullarını “hərf” adlandıracağıq. Bu hərflər qarşılıqlı qoşalaşır və bir pillə əmələ gətirirlər. Pillələr isə üst-üstə düzülərək genləri təşkil edirlər. DNT molekulunun bir hissəsi olan hər gen insan bədənindəki müəyyən xüsusiyyəti tənzimləyir. Boyun uzunluğu, göz rəngi, burunun, qulağın, başın forması kimi müxtəlif xüsusiyyətlər genlərin əmri ilə meydana gəlir. Bu genlərin hər birini bir kitabın səhifəsinə bənzədə bilərik. Səhifələrdə isə A-T-Q-S hərflərindən təşkil olunmuş yazılar var.
İnsan hüceyrəsindəki DNT-lərdə 200.000-ə yaxın gen var. Hər gen zülalların növünə görə 1000-186.000 ədəd nukleotidin xüsusi ardıcıllıqla düzülüşündən təşkil olunur. Bu genlərdə insan bədənində fəaliyyət göstərən təqribən 200.000-ə yaxın zülalın şifrləri var və bu zülalların sintezini tənzimləyirlər.
200.000 genin içindəki məlumat DNT-dəki ümumi informasiyanın təkcə 3%-ni təşkil edir. Qalan 97%-lik hissə isə hələ də elm dünyasına məlum deyil. Son illərdəki tədqiqatlar 97%-lik hissədə orqanizmdə çox mürəkkəb fəaliyyətləri tənzimləyən mexanizmlər və hüceyrə ilə əlaqədar həyati əhəmiyyətli informasiyalar olduğunu göstərmişdir. Ancaq bu hissə hələ tam kəşf olunmayıb.

İnsan DNT-sindəki məlumat 920 cildlik Britannika ensiklopediyasına bərabərdir

Hər insan hüceyrəsinin (çoxalma hüceyrələri istisna olmaqla) nüvəsində 46 xromosom var. Hər bir xromosomu gen səhifələrindən ibarət bir cild kitaba bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini ehtiva edən 46 cildlik hüceyrə ensiklopediyasının olduğunu deyə bilərik. Bu hüceyrə ensiklopediyası 920 cildlik Britannika ensiklopediyası qədər məlumat saxlayır (dünyanın ən böyük ensiklopediyalarından olan Britannika ensiklopediyası 23 cilddir).
Hər insanın DNT-sindəki hərflərin düzülüşü fərqlidir. İndiyə qədər dünyada yaşamış milyardlarla insanın hamısının bir-birindən fərqli olmasının səbəbi də budur. Orqanların və üzvlərin əsas quruluş və funksiyaları hər insanda eynidir. Ancaq hər kəs o qədər incə fərqlərlə xüsusi və təfərrüatlı yaradılır ki, bütün insanlar bircə hüceyrənin bölünməsindən meydana gəldiyi və eyni quruluşa malik olduqları halda, milyardlarla fərqli insan ortaya çıxmışdır.
DNT-dəki mükəmməl düzülüş ancaq xüsusi yaradılışın nəticəsidir.

DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir

Bədənimizdəki bütün orqanlar genlərin tərif etdiyi bir plan üzrə inşa edilirlər. Məsələn, elm adamlarının tərtib etdiyi gen atlasına əsasən, bədənimizdə dəri 2559, beyin 29930, göz 1794, tüpürcək vəzisi 186, ürək 6216, sinə 4001, ağciyər 11581, qaraciyər 2309, bağırsaq 3838, skelet əzələsi 1911 və qan hüceyrələri 22092 gen tərəfindən tənzimlənir.
Boy uzunluğu, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planları bircə hüceyrənin DNT-sində mövcuddur.
Bu məlumatlardan sonra düşünək: bir hərf belə onu yazan olmasa, əmələ gəlmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlib? Bu hərflər necə bu qədər mükəmməl və mürəkkəb orqanizmin qüsursuz planını təşkil edəcək nizamda, ardıcıl və mənalı şəkildə düzülüb? Əgər bu hərflərin ardıcıllığında kiçik bir xəta olsaydı, qulağınız qarnınızda yerləşər və ya gözləriniz dabanlarınızda olardı. Əlləriniz arxanıza yapışmış olaraq doğular, əlil kimi yaşayardınız. Hal-hazırda, qüsursuz insan kimi həyatınıza davam etməyinizin sirri DNT-lərinizdə saxlanan 46 cildlik ensiklopediyadakı milyardlarla hərfin ardıcıl və xətasız düzülməsindədir. Əlbəttə, bu hərflər öz şüur və iradələri ilə belə düzülməyiblər. Burada hərf adlandırdığımız genləri Allah yoxdan yaratmışdır. Təsadüfə yer qoymayan bu qeyri-adi düzülüş Allah`ın qüsursuz yaratmasının bir nəticəsidir:

DNT təsadüfə meydan oxuyur

Müasir dövrdə riyaziyyat DNT-də şifrlənmiş məlumatların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut etmişdir. DNT molekulunun DNT-ni təşkil edən 200.000 gendən birinin belə təsadüfən əmələgəlmə ehtimalı yoxdur. Təkamülçü bioloq Frenk Selisberi (Frank Salisbury) bu barədə belə deyir:

“Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Onu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid olmalıdır. Bir DNT zəncirində dörd növ nukleotid olduğunu nəzərə alsaq, 1000 nukleotiddən ibarət ardıcıllıq 41000 fərqli formada düzülə bilər. Kiçik loqarifm hesablaması ilə tapılan bu rəqəm ağılın qavrama hüdudunu aşır”. (Frank B. Salisbury, “Doubts About The Modern Synthetic Theory of Evolution”, səh.336)

Hal-hazırda, oxuduğunuz məqaləni düşünün. Hərflərin (hər hərf üçün fərqli çap qəlibindən istifadə edərək) öz-özünə və təsadüfən birləşərək belə bir məqaləni əmələ gətirdiyini iddia edən birinə nə gözlə baxardınız? Təbii ki, belə bir iddianı çox məntiqsiz qəbul edər və bu məqalənin mütləq ağıllı, şüurlu biri tərəfindən qələmə alındığını deyərdiniz. DNT-dəki vəziyyət də bundan fərqli deyil.
DNT-nin quruluşunu kəşf edən biokimyaçı Frensis Krik (Francis Crick) bu sahədəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Əvvəllər qatı təkamülçü olan Krik DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində bir elmi həqiqəti belə ifadə etmişdir:

“Bugünkü mövcud məlumatlar işığında dürüst bir insan ancaq bunu deyə bilər: həyat möcüzəvi şəkildə meydana gəlib. Bunun baş verməsi üçün bir çox şərt eyni anda mövcud olmalıdır”. (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon&Schuster, 1981, səh. 88)

Krikin fikrincə, həyat əsla təsadüfən əmələ gələ bilməz. Göründüyü kimi, DNT üzərində tədqiqat aparmış mütəxəssis belə təkamülçü olmasına baxmayaraq, yaradılışda təsadüfə yer vermirdi.
Beş milyard hərfdən təşkil olunmuş DNT-dəki məlumatlar A-T-Q-S hərflərinin ardıcıl və mənalı şəkildə xüsusi düzülməsi ilə əmələ gəlir. Ancaq bu ardıcıllıqda bircə hərf xətası belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf xətası əhəmiyyət kəsb etmir. Hətta nəzərə çarpmır. Lakin DNT-də hər hansı bir pillədəki, məsələn, 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv şifrlənməsi hüceyrə üçün, eləcə də insan üçün böyük xəstəliklərə yol açar. Məsələn, uşaqlarda rast gəlinən leykoz (qan xərçəngi) xəstəliyi bu cür səhv şifrlənmənin nəticəsidir.
Əslində, bunu xətalı şifrlənmə adlandırmaq doğru olmaz. Çünki hər şey kimi insanın DNT-si də Allah tərəfindən yaradılıb və nadir də olsa, baş verən xətalar müəyyən hikmətlə (İlahi məqsədlə) olur. Xərçəngə səbəb olan xətalı şifrləmə xüsusi yaradılmışdır.

Rəqəmlərlə DNT

DNT-də böyük məlumat qeyd olunmuşdur. Belə ki, gözlə görünməyən bir DNT molekulunda 1 milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət edin, düz 1.000.000 ensiklopediya səhifəsi… Yəni hər hüceyrənin nüvəsində insan orqanizminin funksiyalarını tənzimləyən bir milyon səhifəlik ensiklopediya qədər məlumat şifrlənmişdir.
Bir bənzətmə edək: dünyanın ən böyük ensiklopediyalarından olan 23 cildlik Britannika ensiklopediyasının belə 25.000 səhifəsi var. Qarşılaşdığımız mənzərə qeyri-adidir.
Mikroskopik hüceyrənin içində, ondan qat-qat kiçik olan nüvədə yerləşən bir molekulda milyonlarla məlumat saxlayan, dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük məlumat bankı var. Bu isə 920 cildlik, dünyada tayı-bərabəri olmayan nəhəng bir ensiklopediya deməkdir.
Elmi tədqiqatlara əsasən, bu nəhəng ensiklopediyada 3 milyard fərqli məlumat saxlanılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma