Bədənimizdəki Bioloji Saat

Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti Biyolojiksaat08_page10_image1nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.
Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN) adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur. Oxumağa davam et

BAYQUŞLAR BAŞLARINI 270 DƏRƏCƏ NECƏ ÇEVİRİR?

4f6350b499ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.
Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.
F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Oxumağa davam et

Balinalar təyyarə texnologiyasına yol göstərir

Qozbel balinaları digər balina növlərindən fərqləndirən ən mühüm xüsusiyyət sanki dilikli qayçı ilə kəsilmiş girintili-çıxıntılıqozbel balina üzgəcləridir. Balina üzgəclərinin bu fərqli quruluşu elm adamlarının diqqətini cəlb etmiş və üzə çıxan bəzi suallara cavab axtarmağa başlamışlar. Bu xüsusi formanın balinaya nə təsiri var? Bu forma elm adamlarına hansı sahədə ilham mənbəyi olmuşdur?
Hər şeyi qüsursuz yaradan Allah canlılarda bizi heyrətə salan bir çox xüsusiyyət yaradır. Bu xüsusiyyətləri araşdırdıqca Allah`ın yaratmasındakı üstün sənət, elm və qüdrəti görürük. Yaxın illərdə elm adamlarının böyük balina növü ilə bağlı apardıqları tədqiqatlar da canlılardakı bu detalların göstərdiyi mühüm həqiqəti üzə çıxardı. Oxumağa davam et

Allah`ın müxtəliflik sənətinə nümunə: Qanadları olmadan uçan canlılar

newfly150tpBəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da, Allah`ın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.
Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur və Rəbbimizin canlılar üzərindəki rəhmətinin ən gözəl təcəllilərindən biridir.

Uçan sincab

Avstraliyada yaşayan, boyu 45-90 sm olan uçan sincabların bütün növləri ağaclarda yaşayır. Əslində, uçmurlar. Bir ağacdan digərinə uzun məsafədən tullanırlar. Oxumağa davam et

Gözəl Sözün Və Gözəl Üslubla Danışmağın Əhəmiyyəti

İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və567924 düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, fikrindəkiləri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür.
Danışıq üslubunun insanları tanıdan cəhət olduğu el arasında da məlumdur. Bir çox məsələdə bir nəfər haqqında qərar verərkən, əvvəlcə, onun danışığı əsas götürülür. Bunu iş müsahibələrində görürük. İşə götürənlər iş üçün müraciət edənlərin yazılı məlumatlarından əlavə, bu insanlarla bir neçə dəfə üzbəüz görüşüb müxtəlif mövzular haqqında onlardan məlumat alırlar. Bu müsahibələr nəticəsində həmin şəxsin xarakterinə aid işə götürəndə təsəvvür formalaşır. Oxumağa davam et

Arı beyni daha ağıllı robotların düzəldilməsinə ilham verir

Arıların ətraf mühiti necə qavramasının öyrənilməsi robotların daha müstəqil olmalarına kömək edə bilər.
Bal arısının beyni yaxıBal-Çalısının-Çiçekleri-Sıkıca-Kapalıdırn gələcəkdə robotların daha müstəqil hərəkət etməsinə kömək edəcək.
Arıların duyğu orqanlarının simulyasiyasının hazırlanması üçün iybilmə və görmə duyğuları 1 milyon avro dəyərindəki bir layihə çərçivəsində tədqiq olunur.
Uçan robota tətbiq olunan arı beyninin simulyasiyası onun təhlükəsiz naviqasiya etmək üçün qərar qəbul etməsinə kömək edəcək.
Bu robot xilasetmə əməliyyatlarında və ya fermalarda bitkilərin mexaniki tozlandırılması üçün istifadə oluna bilər. Oxumağa davam et

Allah’ın insanlara haqq kitablarda vəhy etdiyi sistem – Demokratiya

497056İnsan həyatının çox mühüm hissəsi olan və həyat keyfiyyətini yüksəldən azadlıq ancaq demokratiya anlayışının hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, haqq və azadlığa sahib olduğu idarəetmə formasıdır. Demokratiya peyğəmbərlər vasitəsilə uca Allah’ın qullarına haqq kitablarda vəhy etdiyi bir nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin sərbəst yaşayacağı, sərbəst fikirlərini dilə gətirə biləcəyi sülh içində yaşanan bir mühit əmr edilmişdir. Bu səbəbdən, demokratiyanın ilk yarandığı yer kimi qəbul edilən qədim yunan torpaqları və ya müasir dövrdə demokratiyanın mərkəzi olaraq qəbul edilən Avropa ölkələri demokratiyanı haqq dinlərdən öyrəniblər. Lakin demokratiyanın ən inkişaf etmiş forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq. Oxumağa davam et