Bir çox mühəndislik layihəsinin uğuru ideal xammalın istifadəsindən asılıdır. İdeal xammal isə çəkmə, gərilmə, davamlılıq kimi bir çox fiziki sınaqdan uğurla çıxan xammaldır. Eynilə mühəndislik layihələrindəki xammal kimi dövlətlər də müəyyən dövlərdə müxtəlif sınaqlardan keçirlər. Bu sınaqlar bəzən təbii fəlakətlər, bəzən də müharibələrdir. Dövrümüzün ən populyar sınağı isə “iqtisadi böhran”dır. Oxumağa davam et
Ay: Aprel 2014
Baş Nazir Ərdoğan və Nəçirvan Bərzaninin görüşməsi İraqdakı problemlərin həlli ola bilərmi?
Ötən günlərdə Baş Nazir Ərdoğan və Şimali İraq Kürdistanı bölgəsinin rəhbəri Nəçirvan Bərzani arasında görüş oldu. Bu görüşün gündəmindəki ən mühüm mövzulardan biri Bağdad-Ankara ilə Ərbil-Bağdad xəttindəki münasibətləri gərginləşdirən kürd nefti idi. Digər mühüm mövzu da Suriyada da mövcud olan İraq Şam İslam Dövləti təşkilatının Kərkük-Bağdad arasındakı avtomagistralı ələ keçirməsi idi. Nəçirvan Bərzani bölgədəki təhlükəsizlik şəraitinin hansı vəziyyətdə olduğunu izah etdi və İŞİD-nin sadəcə İraq üçün deyil, bütün bölgə üçün təhdid olduğu mesajını verdi. Oxumağa davam et
Afrika aclığa və qıtlığa məhkumdurmu?
“Afrika” 60-cı illərdən indiyə qədər aclıq, səfalət, yoxsulluq və çətinlik anlayışları ilə eyni mənalı anlayışa çevrilib.
Halbuki, Afrika qitəsi həm yeraltı qaynaqları, həm də sahib olduğu bir çox imkan və zənginlik sayəsində xalqının çox rahat, özü də yüksək rifah içində yaşaya biləcəyi bir gücə sahibdir.
Lakin sənaye çevrilişindən sonra avropalıların həm təbii zənginlik, həm də insan gücü baxımından bu qitə ilə bağlı apardığı istismar siyasəti Afrikanı tamamilə yoxsulluq, qarışıqlıq və safələtin astanasında buraxdı. Çox sayda insan burada qıtlıq və aclıqdan əziyyət çəkir, yaşamaq uğrunda mübarizə aparır, işsizlik də həddindən artıq yuxarı səvəyyədədir. Oxumağa davam et
Yaxın Şərqdə Bitməyən fırtına: Məzhəb münaqişələri
1517-ci ildə Almaniyada bir rahib xristianlara etdikləri günahların Allah tərəfindən bağışlandığını göstərən sertifikatlar satılmasına etiraz etdi. Həmin vaxt heç kim sürətlə yayılan bu etirazların bütün Avropanı məhv edən, kralları taxtlarından endirən, sərhədləri dəyişdirən hadisələrə səbəb olacağını bilmirdi. Lakin bu hadisə nəticəsində Katolik Kilsəsinə qarşı olan protestantlıq dediyimiz məzhəb ortaya çıxdı və bununla birlikdə Avropa müharibə meydanına çevrildi. 30 ildən çox davam edən bu müharibə dövlətlərin devrilməsi ilə yanaşı, qitədəki əhalinin üçdə birinin (!) yox olmasına səbəb oldu. Oxumağa davam et
Mərkəzi Afrika Respublikasındakı dəhşət və hədəfdəki Fransa
Televizordakı görüntülər 1994-cü ildə Ruandada reallaşan və bütün dünyanın gözləri qarşısında baş verən qırğınları xatırladırdı. Bir gənc diri-diri yandırılmış, ətrafındakı izdiham isə yanan bədəni izləyirdi. Jurnalist, izləyənlər arasındakı silahlı bir gəncə mikrofonu uzatdı. “Müsəlmanları öldürməyə davam edəcəyik” deyirdi gənc. Yandırdığı bədən onun üçün önəmsiz bir ət yığını idi.
Bura Mərkəzi Afrika Respublikasıdır. Dekabr ayından bəri davam edən dəhşətli hadisələr səngimək bilmir. Minlərlə insan öldü, minlərləsi isə evini tərk etdi. Qırğınlar isə get-gedə artır. Oxumağa davam et
Yaxın Şərqdə yenə də məzhəb qarşıdurmaları və vətəndaş müharibəsinin ayaq səsləri
Üç səmavi dinin yarandığı məkan və dünyanın qəlbi sayılan Yaxın Şərq ötən yüz ildən etibarən müharibələrin mərkəzinə çevrilmişdir. Yaxın tarixdə bölgə istər ikili, istər çoxtərəfli dövlətlərarası bir çox qarşıdurma və vətəndaş müharibəsinə, etnik təmizləmələrə, işğal və sürgünlərə səhnə olmuşdur. Xüsusilə məzhəb fərqlərindən qaynaqlanan qarşıdurmalar bölgəni qana boyamışdır. Bu gün isə Suriya və İraqda baş verən məzhəb qarşıdurmaları bütün bölgəyə yayılmış vəziyyətdədir. Oxumağa davam et
Bəs qaçqın düşərgəsində yaşasaydınız?
Heç bir əşyanız, pulunuz, qidanız, hətta şəxsiyyət vəsiqəniz belə olmadan, soyuq bir qış günündə yollara düşməyi heç ağlınıza gətiribsiniz? Hətta belə çətin vəziyyətdə yanınızda uşaqlarınızın da olduğunu və onları qoruyacaq, isti saxlayacaq heç nəyiniz olmadığını düşünə bilirsinizmi? 6 milyon suriyalı da bunları heç düşünməmişdi, ancaq bu gün hamısı evlərini tərk etmək məcburiyyətində qalıblar. Qaçqın düşən bu insanlar üçün əsl problem də bundan sonra başlayır. Parçalanmış ailələr, sağlamlığa zərərli pis yaşayış şəraiti. Minlərlə suriyalı isə yollarda həyatını itirir. Oxumağa davam et
Şəxslərlə və ya ordularla deyil, ideologiyalarla mübarizə
Bəşəriyyət tarixində müxtəlif təbliğat metodları ilə geniş kütlələri idarə edən, zülmkar siyasətlə böyük əraziləri ələ keçirən, repressiv-avtoritar idarə sistemini illərlə davam etdirmiş çoxlu sayda lider olub. Zülm və təzyiqin dərəcəsi dəyişsə də, Hitler, Mao, Franko, Lenin, Stalin, Qəddafi, Səddam, Kastro bunlardan bəziləridir. Ancaq bu qədər geniş kütlələri uzun müddət idarə edən sistemlərin mütləq ideoloji təməli olur. Bəziləri bu sistemlərin davam etməsinin səbəbi kimi sistemin başında olan şəxsləri, hərbi qüvvəni, repressiv qurumları və ya maddi dəstək verən qrupları görürlər, ancaq bu idarə sistemlərinin təməlində ideologiya dayanır. Oxumağa davam et
Radikalizm Təhlükəsi
Radikalizm dedikdə hər hansı bir sərt, inqilabi və köklü dəyişiklikləri müdafiə etmək və bunun üçün sərt siyasət tətbiq etmək başa düşülür. Radikallar inqilabi dəyişikliklərə can atan və bunun üçün sərt, bəzən hətta təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınır.
Hər məsələdə olduğu kimi, bu mövzuda da müsəlmanın ölçüsü Quran olmalıdır. Qurana baxdıqda isə radikalizm adlanan üslubun Allah tərəfindən möminlərə əmr edilən üsluba heç uyğun olmadığını görürük. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, əleyhlərinə olan insanlara qarşı da dost kimi yanaşmağı tərif edir. Oxumağa davam et
Əsəd getsə, müharibə bitərmi?
Suriyada 3 ildir davam edən vətəndaş müharibəsi gündəmə gəldikcə müxalif cəbhənin necə mürəkkəb quruluşda olduğunu artıq hər kəs bilir. Ancaq məsələ rejim qüvvələrinə gəldikdə, bunların ümumi adı var: Əsəd. Bəs həqiqətən Əsəd getsə, Suriyada müharibə bitərmi?
İnsanlar qavramaqda çətinlik çəkdikləri mövzuları şüuraltı sadələşdirir, qruplaşdırır, ümumiləşdirirlər. Ümumiləşdirmə isə tədricən həqiqətin üstünü örtən dumana çevrilir. Suriya qüvvələri məsələsində də bənzər nümunə ilə qarşılaşırıq. “Ərəb baharı” adlandırılan demokratiya axtarışı hərəkatının başlanğıcından etibarən gördüyümüz nümunələr bir çox insanda belə bir fikir formalaşdırdı ki, hər ölkədə buna bənzər yola əl atmaq lazımdır. Oxumağa davam et
Suriyada müharibə əvəzinə sülh əməliyyatı keçirilsin
Günlərdir bütün dünya Bəşər Əsədin kimyəvi silahdan istifadə edib-etmədiyi ilə bağlı mübahisələr aparır. Kimyəvi silahdan istifadə etdiyi artıq aydındır, ancaq daha önəmlisi budur ki, Suriyada iki ildən çoxdur davam edən müharibəyə dünyanın böyük əksəriyyəti səssiz qalır.
Bu səssiz əksəriyyət insanları hansı silahlarla öldürülməsi ilə maraqlanır. Ölkədə demək olar ki, daş daş üstündə qalmayıb, milyonlarla insan qonşu ölkələrdə qaçqın vəziyyətində yaşayır, işgəncələr, qırğınlar həyatın təbii mənzərəsinə çevrilib və BMT-nin məruzələrinə əsasən, 100.000-dən çox insan ölüb, ancaq səssiz qalan əksəriyyət bir dəfə olsun dönüb Suriyaya baxmır. Oxumağa davam et
Avropanın böyük ehtiyacı: Dərin mənəviyyat
Ötən həftələrdə Danimarkada bir zürafə zooparkda yer olmadığına görə insanların gözləri qarşısında kəsildi. Heyvan haqqları təşkilatları bu planı dayandırmaq üçün cəhd etmiş, etiraz aksiyaları keçirmiş, bir çox ölkədən zürafəni almaq üçün təkliflər gəlmişdi. Amma zürafənin öldürülməsinə mane ola bilməmişdilər.
Dünyada hər gün minlərlə insan dəhşətverici üsullarla qətl edilərkən bir zürafənin bu qədər çox gündəmdə olmasına mənfi reaksiya verənlər ola bilər. Lakin bir məqama fikir vermək lazımdır ki, bu hadisə sadəcə bir heyvan cinayəti deyil. Olduqca sevimli bir zürafə olan 18 aylıq Marius onlarla kiçik uşağın gözləri önündə kəsildi. Oxumağa davam et