İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?


İnsanın yer üzündə nə vaxt peyda olduğu ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillərfootprints insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Liki (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış ayaq izləridir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl (Russell Tuttle) bu sözləri yazmışdı:

“Bu izlər çılpaq ayaqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir”. (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyəti daşıyan bir insanın 20 ədəd və daha kiçik birisinin 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likinin tapdığı izləri tədqiq edən Don Cohanson (Don Johanson) və Tim Uayt (Tim White) kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

“Heç şübhəniz olmasın… Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunları qumsaldakı digər yüzlərlə insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz”. (D. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250)

Həmin ayaq izləri təkamülçü elm adamları arasında mübahisəyə səbəb oldu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etmələri meymundan insana doğru qurduqları xəyali sıralama artıq əsassız olacaqdı. Ancaq burada ehkamçı təkamülçü məntiq bir daha özünü göstərdi. Təkamülçü alimlərin bir çoxu bir daha yanlış rəyləri üçün elmdən əl çəkdilər. Laetolidə tapılan izlərin meymunabənzər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı müdafiə etməyə çalışan təkamülçülərdən Rasel Tatl yazırdı:

“Nəticədə, Laetoli bölgəsindəki 3.6 milyon illik ayaq izləri bu gün dövrümüzdəki insanın ayaq izlərinə çox bənzəyir. Tapıntı bu izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu izlər bu qədər qədim olmasaydı, bunların da bizim kimi bir homo (insan) tərəfindən qoyulduğunu mübahisəsiz qəbul edə bilərdik… Ancaq yaş probleminə görə bu izləri Lusi fosili ilə eyni növə, yəni Australopithecus afarensis (təkamülçülərin yarı insan-yarı meymun kimi göstərməyə çalışdıqları, əslində isə nəsli tükənmiş meymun növü) növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etmək məcburiyyətindəyik”. (R. H. Tuttle, Natural History, Mart 1990, s. 61-64)

İnsanla bağlı ən qədim qalıqlardan biri də Luis Likey tərəfindən 1970-ci illərin əvvəlində Olduvay Corc (Olduvai Gorge) bölgəsində tapılan daş daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1.7 milyon illik təbəqədə idi. Afrikanın bəzi bölgələrində yerləşən və bu gün də istifadə edilən buna bənzər daxmaların bu gün homo sapiens, yəni dövrümüzün insanı tərəfindən qurulduğu məlumdur. Bu qalıq insanın təkamülçülər tərəfindən əcdadı kimi göstərilən “meymunabənzər” məxluqlarla eyni tarixdə yaşadığını ortaya qoyur.

Efiopiyanın Hadar ərazisində tapılan 2.3 milyon illik insan çənəsi də dövrümüzün insanının yer üzündə təkamülçülərin irəli sürdüyü tarixdən çox daha əvvəl mövcud olduğunu göstərir. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.169)

İnsana aid tapılan ən qədim və nöqsansız fosillərdən biri də KNM-WT 15000 və ya digər adı ilə “Turkana uşağı” skeletidir. 1.6 milyon illik bu fosili təkamülçü Donald Cohanson belə tərif edir:

“Uzun və zəif idi. Bədən forması və bədən üzvlərinin nisbəti bu günkü Ekvator afrikalılarınkı ilə eyni idi. Bədən üzvləri dövrümüzün yetkin şimali amerikalılara tamamilə uyğun gəlirdi”. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.173)

Aparılan tədqiqatlar fosilin 12 yaşında bir uşağa aid olduğunu və böyüsəydi, 1.83 m boyu olacağını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq Alan Parker: “Adi bir patoloqun bu uşağın skeleti ilə dövrümüzdəki insanın skeletini bir-birindən ayırması çox çətindir”, – deyir. (Boyce Rensberger, The Washington Post, 19 Kasım 1984)

İnsana aid tapılan qalıqlardan ən çox əks-səda doğuranlarından biri də 1995-ci ildə İspaniyada tapılan fosil idi. İspaniyanın Atapuerka ərazisində Qran Dolina mağarasında aparılan araşdırmalarda aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid idi və onu tapan tədqiqatçıları təəccübləndirmişdi. Madrid Universitetindən olan üç ispan paleoantropoloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferreras belə deyirdi:

“Böyük, enli, kök, yəni bəsit bir şeylə qarşılaşacağımızı güman edirdik. 800.000 il yaşı olan bir uşağın Turkana uşağı kimi bir şey olduğunu gözləyirdik. Ancaq bizim tapdığımız tamamilə dövrümüzün insanına aid bir üz idi… Bunlar sizi heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, tam bir fosil tapmaq gözlənilməz və gözəl hadisə idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid olduğunu düşündüyümüz bir şeyi keçmişdə tapmışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Onu görən zaman çox təəccüblənmişdik”. (“Is This The Face of Our Past”, Discover, Dekabr 1997, s. 97-100)

Göründüyü kimi, fosil tapıntıları insanın təkamülü iddiasını təkzib edir. Bu iddia bəzi media qurumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş bir həqiqət kimi təqdim olunur, əslində isə ortada sadəcə fantastik nəzəriyyələr var. Belə ki, təkamülçü alimlər də bu həqiqəti qəbul edir və insanın təkamülü iddiasının dəlillərinin olmadığını etiraf edirlər.

Təkamülçü paleontoloqlar Villi, Solomon və Deyvis: “Biz insanlar fosil izlərində birdən-birə üzə çıxırıq”, – deyərək insanın yer üzündə birdən-birə, yəni heç bir təkamül keçirən əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. (Villee, Solomon and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053)

Kolard və Vud isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə: “İnsanın təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) hipotezlərin heç əsası yoxdur”, – deməyə məcbur olmuşdur. (“Hominoid Evolution and Climatic Change in Europe” Volume 2 Edited by Louis de Bonis, George D. Koufos, Peter Andrews, Cambridge University Press 2001 Bölüm 6)

Əldə edilən hər yeni fosil tapıntısı bəzi qeyri-ciddi qəzetlərdə “Təkamül zəncirinin itmiş halqası tapıldı” kimi yalan başlıqlarla verilsə də, təkamülçüləri daha çox müəmmanın içinə salır. Əldə edilən tapıntıların sayının artması təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə nəticələr ortaya qoyur. Əslində isə əgər keçmişdə hər hansı bir təkamül prosesi baş versəydi, onun çoxlu dəlili olmalı və əldə edilən hər tapıntı bunu daha da gücləndirməliydi. Belə ki, Darvin “Növlərin mənşəyi” adlı kitabında elmin bu istiqamətdə inkişaf edəcəyini iddia etmişdi. Onun fikrincə, nəzəriyyəsinin fosillər baxımından tək problemi kifayət qədər fosil tapıntısı olmaması idi. Aparılacaq araşdırmalarda nəzəriyyəsini sübut edəcək saysız-hesabsız fosil çıxacağına ümid edirdi. Ancaq elmi tapıntılar Darvinin bu xəyalını tamamilə boşa çıxardı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma