İşığa açılan pəncərə: şüşə


OberlandGlasproduktionŞüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.

İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla belə şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur. (1)

Təbiətdəki şüşə insanlara yolgöstərici olmuş və ondan geniş şəkildə faydalanmamıza vəsilə olmuşdur.

Şüşə inşaat, avtomobil, içki, ərzaq, məişət avadanlığı, mebel, əczaçılıq, dənizçilik, elektrik, elektronika və daha bir çox sektorda istifadə edilən mühüm məmulatdır. Şübhəsiz ki, şüşənin həyatımızda bu qədər geniş istifadə edilməsinə səbəb ondakı üstün xüsusiyyətlərdir.

Şüşə təmasda olduğu qaz, maye və bərk maddələrin təsirinə qarşı güclü müqavimət göstərir. Bu müqavimət kimyəvi davamlılıq adlanır. Şüşənin kimyəvi davamlılığını tənzimləmək mümkündür: şüşədəki qələvi faizinin artması şüşənin kimyəvi davamlılığını azaldır, boroksid, alüminium oksid, sink oksid və sirkonium oksid isə artmasına kömək edir. Bu xüsusiyyəti sayəsində ən möhkəm hesab etdiyimiz maddələrdə belə saxlaya bilmədiyimiz əridici bir çox kimyəvi maddəni şüşə qablarda saxlaya bilirik.

“Şüşə maddənin bərk ilə maye arasındakı xüsusi halıdır. Silisium oksidi (qum) atomları araya girən kalsium, kalium, maqnezium və natrium atomları ilə nizamsız şəkildə birləşir. Bu “nizamsızlıq” nəticəsində şəffaf, xarab olmayan və olduqca davamlı (çatlama xaric, çatlama dərhal yayılır) bir maddə əmələ gəlir. Paslanmadığı, su keçirmədiyi və şəffaf olduğu üçün, demək olar ki, hər sahədə istifadə edilir”. (2)

Şüşənin fiziki xüsusiyyətləri insanların faydalanması üçün sanki xüsusi şəkildə dizayn olunub. Şüşənin formaya salınmasında ən mühüm amillərdən biri səthi gərginlikdir. Bu xüsusiyyət şüşənin çox incə dəliklərə girməsinə və onları doldurmasına imkan verir. Şüşənin xüsusi çəkisi kimyəvi birləşməsindən asılı olaraq 2,2-7,2 q/sm3 arasında dəyişməklə birlikdə ümumi əsas istifadə məmulatı olan şüşə və pəncərə şüşələrinin sıxlıqları 2,3-2,6 q/sm3  arasındadır. Bu dəyərlər daha çox olsaydı, şüşə indikindən daha ağır olacaq və istifadəsi qeyri-mümkün olacaqdı. İsidilərək temperaturda genişlənmə nisbəti baxımından şüşənin istiliyə davamlılığı nizamlana bilir. Ancaq digər bir çox maddə bu xassəyə malik deyil.Untitled-41

Bir çox cismə çox isti mühitdən soyuq mühitə keçmək mənfi təsir edir. Lakin şüşə, əsasən, 100-350°C temperaturda soyuq su içinə atıldıqda temperatur şokuna davam gətirir. Həm də şüşənin kimyəvi tərkibində mövcud olan soda, kalium və qurğuşun oksidinin faizini dəyişərək şüşənin temperatura və temperatur dəyişikliyinə davamlılığı artırıla bilir. Bu dəyişiklik şüşənin davamlı halı ilə davamsız halının görünüşündə fərq yaratmır. Şüşənin temperatur həcmi şüşənin temperaturu artdıqca çoxalır.Hər şüşə növünün fərqli temperaturlardakı temperatur həcmi fərqli olduğu kimi, şüşələrin temperatur həcmlərinin temperaturdan asılı olaraq dəyişməsi də fərqlidir.

imagesŞüşənin mexaniki xassələri də möcüzəvidir. Bəzi xüsusi üsullarla şüşənin davamlılığı yüksək faizlərdə artırıla bilir. Gündəlik həyatda istifadə edilən bəzi şüşələrin davamlılığı hər sm2-ə 65-130 kq-dır. Bununla yanaşı, istehsalda bərkliyi artırılmış bir məhsul üçün bu faiz 10 dəfə artaraq 1300 kq/sm2 -ə çatır. Belə şüşələr olduqca davamlı olur və təpik və çəkic zərbələri ilə çiliklənmir. Bununla belə, iki şüşə təbəqəsinin arasına başqa bir kimyəvi maddə əlavə edərək şüşənin davamlılığını artırmaq mümkündür. Bu üsulun avtomobil dövrünün başladığı illərdə kəşf edilməsi çox maraqlıdır:

“Təhlükəsiz şüşənin tapılması ən çox ehtiyac olduğu vaxtda baş verdi: motorlu nəqliyyat dövründə… 1903-cü ildə fransız kimyaçı Eduard Benediktus sınaq şüşəsini laboratoriyada yerə saldı. Sınaq şüşəsi sındı, amma çiliklənmədi. Benediktus tərkibində kolloid maddə olan mayenin buxarlanmasından sonra şüşədə qalan incə plastik təbəqənin çiliklənməsinin qarşısını aldığını başa düşdü. Bunu qeyd etdikdən sonra bu mövzu üzərində artıq düşünmədi. Ancaq qəzaya düşən bir avtomobilin içindəki qızın qırılan şüşələrdən çox ağır yaralanması bu məsələni yenidən gündəmə gətirdi. Daha əvvəlki təcrübəsindən ruhlanaraq iki şüşə təbəqəsinin arasına sellüloz nitrat yerləşdirərək üç qat şüşəni əmələ gətirdi. Kəşfi 1920-ci ildə avtomobillərin ön pəncərələrində istifadə edilməyə və avtomobil sənayesində əsaslı şəkildə təqlid edilməyə başlandı”. (3)

Şüşənin istifadəyə yararlı olmasını təmin edən xüsusiyyətləri bu qədər məhdud deyil. Yeni və ya kimyəvi təmizlənmiş şüşə səthlərin sabit sürtünmə əmsalı 1-ə çox yaxındır. Bu sayədə, şüşəni asanlıqla təmizləmək mümkündür.

Şüşə elektrik xüsusiyyətlərinə görə şüşənin ümumi istifadəsi ilə bərabər elektrik verən və elektriklə işləyən cihazların hazırlanmasında da geniş şəkildə istifadə edilir. Şüşə, əsasən, elektrik axınına yüksək müqavimət göstərən maddə kimi tanınır. Səth müqaviməti və həcm müqaviməti kimi iki yerə ayrılan bu müqavimətlərdən səth müqaviməti şüşənin mövcud olduğu mühitdəki rütubət faizinin artması ilə azalır. Həcm müqaviməti şüşənin məruz qaldığı temperaturu dəyişərək nizamlana bilir. Şüşənin həcm müqaviməti temperaturun artması ilə azalır. Şüşə istehsalı əsnasında yavaş-yavaş soyudulması şüşənin həcm müqavimətini artırır. (4)

Şüşənin optik xüsusiyyəti gündəlik həyatımızda əsas istifadə materialına çevrilməsinə səbəb olmuşdur. Şüşəyə optik xüsusiyyətini verən isə sınma əmsalındakı xüsusi əyardır. Şüşənin sınma əmsalı formalarına görə 1,45-1,90 arasında dəyişir. Şüşə işığı keçirdiyi kimi, eyni zamanda, yaxşı əks etdiricidir. Əks etdirmə xüsusiyyəti şüşə səthinin vəziyyəti ilə səthə düşən işığın dalğa uzunluğu və istiqamətindən asılıdır. Silikat şüşələr üçün təxmini əks etdirmə faizi 4%-dir, tamamilə şəffaf şüşə gələn işığın 92%-ni keçirir. Əks etdirmə itkiləri şüşənin səthinə əlavə edilən xüsusi örtük məmulatları ilə azaldıla bilir.

Şüşənin işığı keçirmə xüsusiyyəti işığı əks etdirməsi və udmasının qarşısını alır. Keçiricilik miqdarı dalğa uzunluğuna görə dəyişir. Müxtəlif rənglər şüşənin keçiriciliyinə təsir etdiyi kimi, şüşənin kimyəvi birləşməsi xüsusilə qısa dalğa uzunluğuna malik şüaların keçməsinə təsir edir.suse

ŞÜŞƏ OLMASAYDI…
– Evlərimizdə günəş işığından məhrum olaraq yaşayardıq,
– Mikroblar və digər mikroorqanizmlər haqqında məlumat əldə edə bilməzdik,
– Ay və ulduzlar haqqında gözümüzlə gördüyümüzdən başqa məlumatımız olmazdı,
– Əsas göz xəstəliklərini aradan qaldıra bilməzdik,
– Laboratoriyalardakı bir çox məmulatdan istifadə edə bilməzdik,
– Güzgülər olmazdı,
– Bütün avtomobillərin üstü və ya ətrafı daima açıq olardı,
– Şəffaf yemək və içki qabları olmazdı,
– Vitrinlər olmaz və ticarətə mənfi təsir edərdi,
– Fotokameralar olmazdı,
– Televizorlar və kompyuter ekranları olmazdı,
– Elektrik lampası olmaz, qaranlıqda qalardıq,
– Avtomobillərdə arxa görüntü güzgüləri olmazdı,
– Skaner, kserosurət cihazları olmazdı,
– Yüksək məlumat və işıq ötürən fiber optik kabellər olmazdı,
– Bəzək əşyaları olmazdı,
– Oda davamlı şüşə qablar olmazdı,
– İstixanalar olmazdı,
– Bu gün istifadə etdiyimiz işıqlandırma armaturlarının ço77re9wr8jxu olmazdı,
– Vitrajlar olmazdı,
– Saatları oxuya bilməz, oxuya bildiklərimiz isə xarici təsirlərə qarşı müdafiəsiz qalardı,
– Təyyarələr və vertolyotlardakı pəncərələr olmazdı.

Şübhəsiz ki, şüşənin olmadığı dünya əsla bugünkü kimi olmayacaqdı. Şüşənin təkcə bugünkü xüsusiyyətlərdə olması da kifayət etmir. Şüşənin xam maddəsinin də bol və asan tapılan olması şərtdir (qum kimi). Əgər Allah istəsəydi, şüşənin xam maddəsi qızıl və ya almaz kimi az rast gəlinən maddə olardı, ondan yenə də bugünkü kimi faydalana bilməzdik. Əgər bu gün bir çox texnologiyadan və komfortdan faydalana biliriksə, bu, şüşənin xüsusi yaradılışından qaynaqlanır. Şüşə də dünyada Allah`ın insan üçün yaratdığı nemətlərdən biridir.

Mənbələr:

(1) http://www.kobinet.org.tr/hizmetler/bilgibankasi/ ekonomi/sektorraporSTB/STB-Cam.doc
(2) Larousse Gençlik Ansiklopedisi, Meydan Gazetesi, Cilt 10 ve cilt 2 İstanbul 1986, s. 341
(3) Focus dergisi kasım 1998; http://www.kimyaokulu.com
(4) http://www.kobinet.org.tr/hizmetler/bilgibankasi/ ekonomi/sektorraporSTB/STB-Cam.doc

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma