Islam dini incəsənət və estetika ilə sıx bağlıdır


Bir cəmiyyətin inkişafının və rifah səviyyəsinin ən əsas göstəricilərindən biri, şübhəsiz ki, incəsənət, estetika və keyfiyyətdə ən irəlidə528275 olmasıdır. İslam dinində də incəsənətə böyük əhəmiyyət verilir. Bu günə qədər memarlıq, ədəbiyyat kimi bir çox sahədə iz qoymuş gözəl İslam incəsənəti nümunələri buna bariz nümunədir.

İncəsənət dedikdə rəssamlıq, musiqi kimi sahələr ağıla gəlsə də, möminlər bununla kifayətlənməz və həyatlarının hər sahəsində incəsənət və estetikanı ən yüksək səviyyədə tətbiq edərlər. Quran əxlaqının əsas xüsusiyyətlərindən biri olan təmizlik də incəsənət və estetika ilə birləşdikdə möminlərin həyatında yüksək keyfiyyət özünü göstərir.

Geyim və xarici görünüşdə incəsənət və estetika

Möminlər hər an və hər cəhəti ilə Allah`ın dinini təmsil etməyə cəhd göstərirlər. Buna görə, xarici görünüşlərinə həmişə çox diqqət edirlər.

Bəzi insanlar yanılaraq paltara və xarici görünüşə diqqət etməklə dünya həyatına meyillənir, insanların rəğbətini qazanmağı hədəf seçirlər. Halbuki, möminlər davranış və hərəkətləri ilə olduğu kimi, xarici görünüşlərindəki keyfiyyət və təmizlik ilə də insanları İslam əxlaqının gözəlliyinə, əsalətinə dəvət edirlər. Peyğəmbərimiz (s.ə.v) gözəl geyinməyin təkəbbürdən qaynaqlanmadığını hədislərində belə bildirmişdir:

“Allah gözəldir, gözəlliyi sevir, gözəl geyinmək təkəbbürdən deyil, təkəbbür (sahib olduğun neməti özündən bilib) haqqı inkar etmək, xalqı aşağı görməkdir”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, səh. 208)

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) həmişə mümkün olduqca ən görkəmli və gözəl paltarlar geyinmiş, səhabələrə də bunu tövsiyə etmişdir. Peyğəmbərimizin (s.ə.v) nəvəsi hz. Həsən (r.ə) Rəsulullahın (s.ə.v) geyim haqqında fikirlərini belə bildirmişdir:

“Peyğəmbərimiz (s.ə.v) bizə əldə etdiyimiz ən yaxşı paltarları geyinməyi və ən xoş ətirlərdən istifadə etməyi əmr edərdi”. (Buhari, et-Tarih’ul-Kebir, I, 382, No:1222)

Geyimə diqqət edilməsi Allah`ın Quranda açıq əmridir. “Müddəssir” surəsində belə buyurulur:

Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Müddəssir surəsi, 4-5)

Geyimdən əlavə, baxımlı və təmiz olmaq da dinin tələblərindəndir. Peyğəmbərimiz (s.ə.v) təmizliyə çox əhəmiyyət verdiyinə görə, saç və saqqal baxımına, yəni xarici görünüşünə də diqqət etmişdir. Bəzi mənbələrdə daima yanında daraq, güzgü, misvak, diş çöpü, qayçı, sürmə qabı kimi əşyalar götürdüyü bildirilir (Ali el-Kari, Cem’ul-Vesail fi Şerh’iş- Şemail, İstanbul, səh. 96-97).

Yaşayış yerlərində incəsənət və estetika

Möminlər hər an Allah rizasının ən çoxunu hədəf seçirlər. Əxlaqlarını Allah`ın rizasına uyğun, əməlisaleh qulların yurdu olan cənnət əxlaqına yüksəltmək üçün cidd-cəhdlə çalışdıqları kimi, yaşayış yerlərini də cənnət məkanlarına mümkün olduğu qədər bənzətməyə çalışırlar. Evlərinin təmiz, işıqlı olması, lazımsız əşyalarla dolu olmaması, əşyalarının mümkün olduqca uyğun və xoş seçilməsi, çiçək və ya mənzərə rəsmi kimi bəzək əşyalarından istifadə olunması, ev əşyalarını yeniləmək mümkün olmasa belə, yerlərini bəzən dəyişdirərək fərq yaratmaq kimi yollarla möminlər evlərini gözəlləşdirərlər.

Evin baxımı ilə məşğul olmağın lazımsız və ya vaxt itkisi olduğunu düşünmək yanlışdır. Hz. Süleymanın (ə.s) sarayının gözəlliyindən Quranda hərtərəfli bəhs edilməsi bu mövzunun əhəmiyyətini göstərir. “Nəml” surəsində hz. Süleymanın (ə.s) sarayının gözəlliyi və bunun Səba məlikəsinə təbliğ edərkən nə qədər təsirli olduğu belə bildirilir:

Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu, büllurdan tikilmiş bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allah`a təslim oldum!” (Nəml surəsi, 44)

İncəsənətdən uzaq yaşayan cəmiyyətdə bayağılıq

İncəsənət və estetikadan uzaq, keyfiyyətsiz həyat yaşayan insanların çox böyük çatışmazlığı olur. Belə cəmiyyətin fərdlərinin dünyagörüşünün dar olduğu və hər sahədə geri qaldıqları müşahidə olunur. İncəsənətdən uzaq yaşamağın səbəb olduğu bayağılığın bəzi nümunələri bunlardır:

İncə düşünmə qabiliyyətini itirirlər

İncəsənət və estetikadan uzaq yaşamaq insan ruhunun bütün incəliyini öldürür. Belə bir insanı gündəlik həyatına və özünə baxımsız davranması bütün davranışlarından və söhbətindən görünür. Bu insanların ailələrinə, dostlarına və hətta alış-veriş zamanı kiçik söhbətlərində belə kobudluq və qeyri-uyğun üslub dərhal diqqət çəkir.

İslam dininin keyfiyyət anlayışı ilə tamamilə zidd olan bu davranışlar insanların qəlbinin İslama isinməsinə mane olur. Allah Quranda şeytanın möminlərin arasını vurmağa çalışdığını bildirmiş və möminlərə üslublarına çox diqqət etməyi əmr etmişdir. “İsra” surəsində belə buyurulur:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Möminlər istər xarici görünüşlərinə, istərsə də yaşayış yerlərinə diqqət göstərdiklərinə görə, incə düşünmək qabiliyyəti qazanırlar. Bu sahədə təfərrüatlara diqqət etmək möminlərə hər sahədə incəlikləri görməyi, incə düşünməyi asanlaşdırır. Beləcə, söhbətlərində də sözlərini ehtiyatla seçir, üslublarına diqqət edirlər. Bu isə yuxarıdakı ayədə də vurğulandığı kimi, möminlərin qardaşlıq əlaqələrini gücləndirən mühüm cəhətdir.

Təbiətdəki incəsənət və estetikanı sezmirlər

Həyatlarına incəsənətin hakim olması üçün cəhd etməyən insanların incəsənət əsərlərinə həssaslığı da itir. Bunun mənfi nəticəsi olaraq uşaq, gözəl çiçək, sevimli pişik və s. bu insanların ruhuna heç təsir etmir. Bu cür gözəl varlıqlarda Allah`ın sənətinin təcəllisini görmürlər. Şübhəsiz ki, bu, böyük itkidir.

Halbuki, geyiminin uyğun olmasına diqqət göstərən biri çiçəyin gözəl yaradıldığını, saçının səliqəsinə diqqət edən biri pişiyin tüklərinin daima parlaq olduğunu, evini gözəl bəzəyən biri günəşin batması ilə yaranan mənzərədəki rəng ahəngini daha yaxşı sezir, çünki bu gözəlliklərə həssasdır. Möminlər gördükləri hər gözəlliyin Allah`ın gözəlliyinin bir təcəllisi olduğunu bilir və bu gözəlliklər qəlblərini fərəhləndirir. Gözəlliklərin daha yaxşı fərqinə varmaq isə Allah`ı daha çox anmalarına və şükür etmələrinə vəsilə olur.

Dinə layiqincə xidmət edə bilməzlər

Dinə xidmətdə incəsənət və estetika böyük əhəmiyyət daşıyır. Müsəlmanların başlıca hədəfi ateizmlə mübarizədir. Məlum olduğu kimi, ateizmə müasir dövrdə təkamül nəzəriyyəsi ilə elmi don geyindirilib. Müsəlmanların ateizmlə mübarizə üçün fəaliyyətlərində bütün təfərrüatlara diqqət etmələri vacibdir. Çünki bu mübarizədə əsl hədəf yaradılışın həqiqət olduğunu darvinizmin elmi yalanlarına aldananlara göstərməkdir. Bir əsərin (internet səhifəsi, kitab, sənədli film və s.) estetik, gözəl görünüşü, cidd-cəhdlə hazırlanması insanlarda həmin əsəri oxumaq meylini artıraraq, Allah`ın izni ilə, fəaliyyətin təsirini gücləndirir.

Bir iş diqqətsiz, başdansovdu edildikdə dərhal bilinir. Bu isə həmin fəaliyyətin təsirini azaldır.

Gündəlik həyatda incəsənət və estetikadan uzaq yaşayan insanların din üçün xidmətlərinin təsir cəhətdən zəif olacağı aydındır. Özləri də baxımsız olan bu insanlar, şübhəsiz ki, fəaliyyətlərində də bir çox mühüm təfərrüatı gözdən qaçıracaqlar. Hətta bəzi insanlar bir müsəlmanın mübarizəsinin əsl hədəfinin darvinist-materialist sistem olduğunu belə görmürlər. Ateizm təhlükəsi davam edərkən bu təhlükəyə qarşı elmi mübarizə aparmaq əvəzinə, diqqətlərini bəzi müsəlmanları tənqid etməyə yönəldirlər.

Halbuki, müsəlmanlar hər an Allah`ın dininə layiqincə xidmət etməyə çalışan, Allah rizasının ən çoxunu hədəf alan insanlardır. “Həcc” surəsində “İnsanlardan eləsi də vardır ki, Allah`a bir ucundan ibadət edir…” (Həcc surəsi, 11) şəklində ifadə edilən insanlardan olmaqdan cidd-cəhdlə çəkinirlər. Möminlərin Allah yolunda xeyir işlərdə yarışdığı Quranda belə bildirilir:

Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)

İslamı tanımayanlarda İslama qarşı əks-fikir oyadırlar

İslam gözəl, əsalətli, keyfiyyətli olan hər şeyin toplandığı dindir. Müsəlman ən düzgün, ən yüksək əxlaqlı, ən keyfiyyətli insandır. Quranda bildirilən əsl müsəlmanlıq hər kəsin qibtə edəcəyi həyat tərzidir.

Ancaq incəsənət və estetikadan uzaq, bayağı həyat tərzi və bunun İslam adı altında təqdim olunması İslam dinini tanımayan insanlarda İslama qarşı əks-münasibət yaranmasına səbəb olur. Bu gün bir çox insanın ateizmə meyil etməsinin başlıca səbəblərindən biri də budur. Şübhəsiz ki, bu vəziyyətin meydana gəlməsində İslamın tələb etdiyi keyfiyyətli həyat tərzini mənimsəməyə çalışmayan, dini səthi və ziddiyyətli şərh edərək, baxımsız və təmizlikdən uzaq yaşayanların böyük rolu var.

Müsəlmanlar Quranda hz. Süleyman (ə.s) qissəsində də bəhs edildiyi kimi, incəsənət və estetikanı təbliğdə əsas metodlardan biri kimi mənimsəməlidirlər. Bu sahədə tamamilə Qurana tabe olmaq bütün dünyada İslamın sürətlə yayılmasına vəsilə olacaq.

Hz. Süleyman (ə.s) Səba məlikəsinə təbliğ edərkən onun öz taxtını gətirtmiş, sarayına dəvət etmişdi. Hz. Süleymanın sarayının ehtişamlı dekorasiyası Səba məlikəsində böyük təsir oyandıraraq imanına vəsilə olmuşdu. Hz. Süleymanın (ə.s) təbliğinin bütün mərhələlərində incə düşüncəli davranışları və incəsənətdən faydalanması açıq-aydın görünür. Quranda bəhs edilən bu təbliğ metodundan bütün müsəlmanlar istifadə etməlidirlər.

Nəticə

Bütün sadalananlar incəsənətdən uzaq, bayağı həyat tərzinin müsəlmanlara nə qədər böyük zərər vurduğunu göstərir. Müsəlmanlar İslam dinində mühüm yeri olan incəsənət, estetika və keyfiyyətdə yüksək səviyyəni əldə etmək üçün səmimi cəhd göstərməlidirlər.

Qiyamətdən əvvəlki son dövr olan axırzamanda gələcəyi hədislərlə müjdələnmiş hz. Mehdi (ə.s) İslamın incəsənət və keyfiyyət anlayışını tam canlandıracaq və Allah`ın izni ilə, bütün yer üzünə hakim edəcək. Hz. Mehdini (ə.s) sevən və onun tələbəsi olmağı səmimi qəlbdən istəyən hər müsəlmanın bu sahədə özünü təkmilləşdirməsi dinin tələbidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma