Klonlaşdırmanı təkamül nəzəriyyəsinin dəlili kimi təqdim etmək nə üçün böyük yalandır?


63a88a015c4d4a89ed7b4ff8a5b40c89Canlıların klonlaşdırılması nə deməkdir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı bir canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

 Nə üçün təkamüllə əlaqəsi yoxdur

Klonlaşdırma və təkamül anlayışları bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddənin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur. (Bu iddianın həyata keçəcəyinə aid heç bir dəlil yoxdur). Klonlaşdırma isə canlı hüceyrənin genetik maddəsindən istifadə edilərək o canlının nüsxələnməsidir. Onsuz da canlı olan bir hüceyrədən başlanılır və bioloji bir proses laboratoriya mühitində süni yolla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan təsadüfi bir proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur.

Əslində, klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya atdığı “həyat həyatdan doğur” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi mətbuat yolu ilə həyata keçirilən bir yanıltma və yalandır.

Bu saxtakarlıq, əslində, təkamülçülərin klassik üsuludur. Təkamül nəzəriyyəsinin ortaya atılmasından sonra daha ilk illərdən başlayaraq nəzəriyyəni qəbul etdirmək üçün müxtəlif təbliğat üsullarının istifadə edildiyini, hətta bəzi təkamülçü alimlərin elmi saxtakarlıqlara əl atdığını bilirik. Təkamülçü mətbuat da bu saxtakarlıqlarda ortaq olmuşdur. Mövcud olmayan dəlillər təlqin üsulu ilə xalqa təqdim edilmiş və insanların çox hissəsinin inanmasına nail olunmuşdur.

Ancaq xüsusilə son 30 il ərzində müxtəlif elm sahələrindəki irəliləyişlər canlıların meydana gəlməsinin təsadüf anlayışı ilə açıqlanmasının mümkünsüz olduğunu göstərmişdir. Təkamülçülərin elmi səhvləri və qərəzli şərhləri aşkar olunmuş və beləliklə, təkamül nəzəriyyəsi elm çərçivəsində sübut edilə bilməmişdir. Bu həqiqət isə təkamülçülərin bir qismini fərqli axtarışlara sövq etmişdir. Elə canlıların klonlaşdırılması kimi elmi irəliləyişlərin təkamülə dəlil olduğu barədə təbliğat bu səbəbdəndir.

Cəmiyyətə elm naminə söyləyəcək sözü qalmayan təkamülçülərin insanların məlumat azlığından faydalanaraq nəzəriyyəni dirçəltməyə çalışmaları yalnız o nəzəriyyənin elm tərəfdən acınacaqlı vəziyyətini göstərir. Digər bütün elmi irəliləyişlər kimi klonlaşdırma da canlıların yaradıldığını işıqlandıran çox vacib elmi irəliləyişdir.

Klonlaşdırma haqqında digər səhv anlayışlar

Klonlaşdırma barədə insanların digər səhv anlayışı isə klonlaşdırmanı insan yaratmaq kimi anlamalarıdır. Əslində isə klonlaşdırmanın bu cür mənası yoxdur. Klonlaşdırma mövcud olan canlı törəmə mexanizminə mövcud olan genetik məlumatı əlavə etməkdən ibarətdir. Mövcud olan insanın genetik məlumatı götürülür, bir ananın bətninə yerləşdirilir və ananın doğacağı yeni körpə genetik məlumatı götürülən şəxsin eyni yumurta əkizi olur.

Klonlaşdırmanın nə olduğunu bilməyən bir çoxları isə bu barədə xəyali düşüncələrə malikdir. Məsələn, 30 yaşında bir insanın hüceyrəsinin götürülərək elə həmin gün yenə 30 yaşlı surətinin əmələ gətirildiyini zənn edirlər. Ancaq sadəcə fantastik elmi filmlərdə rast gəlinən bu cür klonlaşdırma yoxdur və mümkün deyil. Klonlaşdırma, əslində, bir insanın eyni yumurta əkizinin təbii yollarla (yəni ana bətnində) həyata gətirilməsidir. Bunun təkamül nəzəriyyəsi və insan yaratmaq anlayışı ilə heç bir əlaqəsi yoxdur.

Bir insanı və ya başqa hər hansı bir canlını yaratmaq, yəni yoxdan var etmək sadəcə Allah’a məxsusdur. Belə ki, elmi irəliləyişlər də bu yaratmanın insanlar tərəfindən həyata keçirilməsinin mümkün olmadığını göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma