Materialistlərə suallar


İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının1340207562-628 beyinlərindəki neyronların bir-biri ilə qarşılıqlı təsiri olduğunu irəli sürmək çox məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Leşli insan şüurunu maddəyə sadələşdirməyin mümkünlüyünü uzun illər müdafiə etdiyinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələləri ilə məşğul olan nevroloqlar üçün hələ də problemdir… Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir?

Leşli sözügedən ziddiyyəti bir sualla ifadə etmişdir. Əslində isə bu barədə materialistlərin özlərinə verməli və üzərində düşünməli daha bir çox şey var. Aşağıdakı açıqlamalar materialist yanaşmanın düşdüyü çıxılmaz vəziyyəti göstərən misalalrdan bir neçəsidir:

– Düşüncələrin, həyəcan və duyğuların neyronların məhsulu olduğunu söyləmək, bütün bunların, əslində, neyronları meydana gətirən şüursuz atomların, hətta atomun hissəcikləri olan kvarkların, elektronların məhsulu olduğunu iddia etməklə eynidir.

– Şüursuz atomlar sevinməyi, ağrını, həyəcanı, musiqidən zövq almağı, ləzzəti, dostluğu, söhbət zövqünü bilmirlər.

– Şüursuz atomlar darvinist və materialist olaraq birləşib kitab yaza bilməzlər.

– Şüursuz atomlar elektron mikroskopun altında özlərini və ya özlərinin birləşərək əmələ gətirdiyi sinir hüceyrələrini tədqiq edərək bu tədqiqatlarından elmi nəticələr çıxara bilməzlər.

– Görəsən: “Şüur beynimizdəki neyronlardadır”, – deyərkən nəyi nəzərdə tuturlar? Neyronlar da digər hüceyrələr kimi hüceyrə qılafı, mitoxondri, DNT, ribosom kim tərkib hissələrdən ibarətdir. Görəsən, şüur materialistlərin fikrincə bunların harasında yerləşir? Şüurun neyronlar arasındakı kimyəvi reaksiyalardan və elektrik siqnallarından əmələ gəldiyini zənn edirlərsə, yanılırlar. Çünki bizə onlara məlum olan şüurlu kimyəvi reaksiya nümunəsi verə bilməzlər. Müəyyən voltajda düşünməyə başlayan elektrik axını nümunəsi göstərə bilməzlər. Materialistlər bu mövzuların üzərində səmimi şəkildə düşündükdə özlərinin də digər bütün insanların da neyron yumağından və ya atom yığınından fərqli varlıqlar olduğunu dərk edəcəklər. Beyin üzrə mütəxəssis Volf Sinqer materialist olmasına baxmayaraq, qarşılaşdığı bu həqiqəti belə ifadə etmişdir:

“Kainatın bu qarışıq maddəsində özünü “mən” olaraq dərk edən bir şey var”.

Bu elm adamının ifadə etdiyi Allah`ın insana verdiyi ruhdur. İnsan sahib olduğu bu ruh ilə düşünən, sevinən, həyəcanlanan, əks fikirlərə qarşı çıxan, şərəf, hörmət, sevgi, dostluq, vəfa, səmimiyyət kimi anlayışları bilən varlıqdır. Neyronlar və onları əmələ gətirən atomlar isə düşünüb qərar verə bilməzlər, fəlsəfi fikirlər irəli sürə bilməzlər, sevgi, şəfqət hisslərini bilməzlər. Bunu materialistlərin çoxu da tək başına qaldıqda bilir və qəbul edirlər. Ancaq materialist rəylərini elmiliyin və ağılın gərəyi hesab etdikləri üçün yanılırlar və bu açıq-aydın həqiqəti qəbul etmirlər. Əslində isə materializmi müdafiə etmək üçün içinə düşdükləri vəziyyət və qəbul etdikləri ağıldan kənar məntiq onlara daha çox zərər verir. “Düşüncələrimiz atomlarımızın, neyronlarımızın məhsuludur”, -deyən bir insanın xəyallarını həqiqi zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra bunlara özü inanan insandan heç bir fərqi yoxdur.

Həqiqət budur: insan Allah`ın ona verdiyi ruhu daşıyan, bu ruhla düşünən, danışan, sevinən, qərarlar qəbul edən, sivilizasiyalar quran, ölkələri idarə edən varlıqdır.

Materialistlərə suallar” üzərinə bir şərh

  1. düzdür Allah yaradıb…amma her seyi Allah yaradıb deye üstünden kecib getmek olmaz..her bir seyin sebebi var.. neyronlar barede hele de tam bir melumat yoxdur.neinki neyronlar hec insan orqanizmi haqqinda da

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma