Quranda bəhs edilən İrəm şəhəri


Sabran21990-cı illərin əvvəllərində dünyanın tanınmış qəzetləri çox mühüm bir arxeoloji qazıntıya “Möhtəşəm ərəb şəhəri tapıldı”, “Əfsanəvi ərəb şəhəri tapıldı”, “Qumluqların Atlantidası – Ubar” başlıqları ilə geniş yer ayırdılar. Bu maraqlı arxeoloji tapıntının əhəmiyyətini xeyli artıran cəhət isə həmin şəhərin adının Quranda çəkilməsi idi. O vaxta qədər isə Quranda haqqında bəhs edilən Ad qövmünün bir əfsanə olduğunu və ya heç vaxt tapılmayacağını fikirləşənlər bu yeni tapıntıdan sonra heyrətə gəldilər. Quranda bəhs edilən həmin şəhəri tapmış şəxs isə həvəskar arxeoloq Nikolas Klapp idi.

İxtisasca ərəbşünas və sənədli filmlər rejissoru olan Nikolas Klapp ərəb tarixi ilə bağlı apardığı tədqiqatlar zamanı ingilis tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci ildə yazılan “Arabia Felix” adlı bir kitaba rast gəlmişdi. “Arabia Felix” romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrümüzdə Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi ad idi. Yunanlar bura “Eudaimon Arabia”, orta əsrlərdəki ərəb alimləri isə “əl-Yəmən əs-Səidə” deyirdilər. Bu adların hamısı “şanslı, bəxtli ərəblər” mənasına gəlirdi. Çünki qədim dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan arasındakı ədviyyat ticarətinin mərkəzi sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl dəyərində olan “kəhribar” adlı bir bitkini yığır və onun satışı ilə məşğul olurdular.

Öz kitabında bu məlumatlara geniş yer ayıran ingilis tədqiqatçısı Bertram Tomas Ad qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının olduğu bölgəyə bir elmi ekspedisiya təşkil etmişdi. Bu vaxt səhrada yaşayan bədəvilər B.Tomasa Omanın sahilə yaxın bir yerində həmin bölgədə qədim bir cığırın olduğunu göstərmiş və cığırın Ubar adlı çox qədim bir şəhərə aid olduğunu bildirmişdilər.

Ubarda aparılan arxeoloji qazıntılarda Quranda haqqında bildirilən çoxlu sənət abidələri və yüksək mədəniyyət əsərləri tapılmışdı. İngilis tədqiqatçısı Ubarın mövcudluğunu sübut etmək üçün iki ayrı üsuldan istifadə etdi. Əvvəlcə, mövcudluğu bədəvilər tərəfindən bildirilən cığırın izlərini tapdı. NASA-ya müraciət edərək bu bölgənin peyk vasitəsi ilə çəkilməsini xahiş etdi. Bundan sonra da Kaliforniyanın Hantinqton Kitabxanasında saxlanılan qədim kitabə və xəritələri tədqiq etməyə başladı. Qısa araşdırmadan sonra Misir-yunan coğrafiyaşünası Batlamius (Batlamyus) tərəfindən bizim eranın 200-cü ilində çəkilmiş bir xəritəni aşkara çıxardı. Xəritədə bölgədə olan qədim bir şəhərin yeri və bu şəhərə tərəf gedən yollar göstərilmişdi. Bu vaxt NASA-nın çəkdiyi şəkillərdə yerdən adi gözlə görünməsi mümkün olmayan, ancaq havadan bir bütöv şəkildə görünən bəzi yol izləri ortaya çıxmışdı. Həm qədim xəritədə təsvir olunan yollar, həm də peykdən çəkilmiş şəkillərdən görünən yollar bir-biri ilə üst-üstə düşüb kəsişirdi. Bu yolların qurtardığı yer isə qədimdə bir şəhər olduğu bilinən geniş bir sahə idi.

Beləliklə, bədəvilərin şifahi olaraq bəhs etdikləri hekayələrə mövzu olan əfsanə şəhərin yeri tapıldı. Qazıntılar nəticəsində qumların içindən bir şəhərin qalıqları çıxmağa başladı. Buna görə də bu itmiş şəhər “Qumluqların Atlantidası – Ubar” şəklində adlandırıldı.

Bu qədim şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olmasını sübut edən əsl dəlil isə şəhərin qalıqları idi. Bu dağılmış şəhərin Quranda haqqında bəhs edilən Ad qövmü və İrəmin sütunları olması faktı dağıntıların ilk aşkarlanmasından etibarən təsdiqlənmişdi. Çünki qazıntılarda ortaya çıxarılan abidələr arasında Quranda mövcudluğuna diqqət çəkilən uzun sütunlar da yer alırdı. Qazıntını aparan qrupdan dr. Zarins də bu şəhəri başqa arxeoloji tapıntılardan fərqləndirən cəhətin yüksək sütunlar amili ilə bağlı olmasını və dolayısilə, bu şəhərin Quranda haqqında bəhs edilən Ad qövmünün şəhəri olan İrəm olduğunu bildirirdi.

Quranda İrəmdən belə bəhs edilir:

“Məgər görmürsənmi ki, Rəbbin nələr etdi Ada (Ad qövmünə)?! Sütunlar sahibi İrəmə?! Məmləkətlər arasında onun kimisi yaradılmamışdı”. (Fəcr surəsi, 6-8)

Göründüyü kimi, Quranda keçmişlə əlaqədar verilən məlumatların tarixi faktlarla bu cür uyğunluq təşkil etməsi və öz təsdiqini tapması Quranın Allah`ın kəlamı olduğunun başqa bir sübutudur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma