Şeytanın əmri: Düşünməyin


Düşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, nhkainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! “ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.           

Lakin insanların böyük hissəsi düşünməyi çətinlik olaraq qəbul edir. Hətta bu insanlar düşünməyin həyatlarına və rahatlıqlarına zərər verəcəyinə inanırlar. Bu anlayışa görə, zərərlərin ən mühümü insana dünya həyatlarındakı vəzifələrini xatırlatmaq, düşdükləri qəflətdən onları çıxartmaqdır. Çünki düşünməmək insanı zehni tamamilə boş qoyan bir növ yuxuya sürükləyir. Bu yuxu, adətən, sehr kimi insana bütün vəzifələrini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə dünya həyatının gündəlik və təkrarlanan işlərinə özünü verməkdir. Bəlkə, bu insanlar gün ərzində bir çox şey düşünür, qərar verir və ya həll yolları tapmış kimi görünə bilirlər, əslində isə düşündükləri şeylər gündəlik qaç-qovlarından başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə bağlı deyil. Əzbərlənmiş, öyrədilmiş, qəlibləşmiş, vərdiş edilmiş hərəkətlər, danışıqlar və davranışlar belə insanların bütün həyatını o qədər bürüyür ki, əsl həqiqətlər üzərində düşünməyi lazımsız bilir.

Bu insanlar özləri düşünməkdən qaçdıqları kimi, başqalarının etdikləri xatırlatmalardan da qətiyyətlə qaçırlar. Allahʹa iman etmələri, Onun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri üçün edilən çağırışlardan üz çevirirlər.

Lakin dünyadakı hər şey və hər varlıq məqsədyönlü şəkildə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanların düşünmələri üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və ikisi arasındakıları kimin daha gözəl davranacağını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı ərzində bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən sonra yenidən dirildən, haqq-hesaba çəkən Allah qarşısında böyük məsuliyyət daşıyır. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və anlayıb tətbiq etmək də hər bir insanın ən öndə gələn vəzifələrindən biridir. Allah bu həqiqətə “Məgər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?” (Muminun surəsi, 68) ayəsi ilə diqqət yetirir.

Düşünən insan kainatdakı bu qədər incə nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gəlməyəcəyinə, var olan hər şeyin yaradıcısı olduğuna qərar verəcək. Ətrafındakı yaradılış möcüzələrini çox dərindən düşündükcə Allahʹın varlığının dəlillərini, Onun yaratdığı hadisələrdə hikmətləri görərək Allahʹa təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaqdır. Bu həqiqətin fərqində olan şeytan insanların qəflət içində ömür sürmələrini, Allahʹın ayələrindən uzaqlaşmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın bu hədəfini bir ayədə belə bildirir:

“… Mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm…” (Əraf surəsi, 16-17)                                                

Şeytan bu son hədəfinə çatmaq üçün insanları qəflətdə saxlayacaq xüsusi şəraitlər hazırlayır. Bunun üçün insanların zəif xüsusiyyətlərindən istifadə edərək planlar qurur, ssenarilər yazır və bunları insanların nəfslərinin ən çox məmnun olacağı, ən çox zövq alacağı vəziyyətə gətirməyə çalışır. Din əxlaqından uzaq insanlar da belə mühitlərdə iman edən insanların əksinə Allahʹı unudaraq, axirəti heç düşünməyərək qəflət içində olurlar.

Məsələn, əyləncə yerləri şeytanın bu incə planını asanlıqla tətbiq etdiyi məkanlardır. Çünki din əxlaqına tabe olmayan insanlar buna bənzər yerlərdə heç bir şey düşünmədən, boş zehinlə vaxt keçirirlər. Bu məkanlarda ən dəyər verilən şeylər geyilən geyim, taxılan bəzək əşyaları, xərclənən pul və ətrafdakı insanlardır. Heç kimin bir-birini eşidə bilmədiyi yüksək səsli musiqi, dumandan insanların bir-birini görə bilmədiyi tüstülü hava, partlayan fişənglər, yüksək səsli danışıqlar və qışqırtılar bir yerə yığılınca Allah qorxusu olmayan insanların diqqətini əsla toplaya bilməyəcəyi və düşünə bilməyəcəyi mühit tamamlanmış olur.

Əlbəttə, insanların əylənmələri, şad olmaları, söhbətindən xoşları gələn insanlarla bir yerdə olmaları gözəl nemətlərdir. Lakin burada nəzərdə tutulan axirətin unudulduğu, Allahʹın adının anılmadığı mühitlərdir. Yaradılış məqsədini tamamilə unutmuş, Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil, buradakı qafil şəraitə düşmək üçün vaxtını belə yerlərdə keçirən insanların nə xəbərdarlıqları düşünəcək, nə də anlayacaq halları qalar. Onsuz da belə insanların bu cür məkanları seçmələrindəki səbəblərdən biri də hər şeyi unutmaq və düşünməməkdir ki, bunu da tez-tez dilə gətirirlər. Belə məkanlara, öz ifadələri ilə, fikrini dağıtmaq üçün gələn insan on dəqiqə əvvəl ağlı başında davranarkən bir anda hər cür lazımsız hərəkətləri normal görməyə başlayır. Yenə öz ifadələri ilə çılğıncasına əylənmək üçün hər cür əxlaqsızlığı məqbul qarşılayır, baş verənlərə qarşı laqeyd olur.

Belə mühitlərdə Allah qorxusu hiss etməyən insanların zehinlərindən faydalı düşüncənin keçməsi demək olar ki, mümkün deyil.

Beləliklə, şeytan “düşünməyin!” əmrinə insanların itaət etmələrini təmin etmiş olur. Allah “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver…” (İsra surəsi, 64) ayəsi ilə də şeytanın bu üsuluna diqqət çəkir.

İnsanların dərin qəflət içində yaşadıqları bu həyat hal-hazırda yalnız əyləncə məkanları ilə məhdud deyil. Səs-küylə, lazımsız hərəkətlərlə insanların Allahʹın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər mühit şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol oyunlarında tribunaları, konsertlər zamanı stadionları dolduran izdihamların meydana gətirdiyi və buna bənzər mühitlərdə şeytan eyni üsullarla bəzi insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə yerlərə əylənmək, yarışı izləmək və ya gözəl səs dinləmək üçün deyil, insanlara qışqırmaq, dava etmək, qısacası, hər cür çirkin hərəkəti etmək üçün gəlir. Üstəlik, belə yerlərdə bir iki nəfər deyil, minlərlə, on minlərlə izdiham, hamısı bir-birilərinə təsir edə bilir və hamısı qafil vəziyyətə düşə bilir.

Belə mühitdə bir çox insan Allahʹın onu hər tərəfdən əhatə etdiyini, hər an ölüm mələkləri ilə qarşılaşa biləcəyini ağlına gətirmir.

Buna bənzər məkanları qəflətə qapılmaq üçün fürsət bilən və həqiqətlərdən qaçan insan ölüm mələklərini heç gözləmədiyi anda qarşısında gördüyü zaman artıq hər şey üçün çox gec olacaq. Çünki insan dünya həyatını boş əməllərin arxasında keçirmiş və Quran ayələrini düşünməkdən qətiyyətlə qaçmışdır. Düşünməmək üçün müxtəlif üsulları sınamış, şeytanın oyunlarına aldanmışdır. Halbuki, ölümü, həyatın keçici olduğunu, Allahʹa qarşı vəzifələrini düşünən insanın belə qafil vəziyyəti qəbul etməsi mümkün deyildir. Allahʹın hər an canını ala biləcəyini və ağzından çıxan hər söz, ağlından keçən hər düşüncə və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyini bilən insan hansı mühitdə olacağından asılı olmayaraq bu həqiqətləri ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unudulmamalıdır ki, bir məkanda Quran əxlaqına uyğun əylənmək yerinə, ədəbsizlik edən, o ədəbsizliklərə təşviq edənlərə ölüm eyni yaxınlıqdadır. Bəlkə, o insan bayıra çıxan kimi ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda özünü Allah’ın qarşısında hesab verərkən görəcək.

Deməli, ölüm insana bu qədər yaxın olduğu halda, insanın qəflət içində həyatına davam etməsi əyləci qopmuş yük maşınının sürətlə üstünə gəldiyini, çırpılıb onu öldürəcəyini bildiyi halda, imkanı var ikən önündən çəkilməməsinə bənzəyir. İnsan həyatı boyu istərsə yüzlərlə, minlərlə ədəbsizlik etsin, hətta bütün həyatını bu cür keçirmiş olsun, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını geridə qoyacaqdır. Əgər insan vaxtını Allah’ın varlığından qəflət içində keçirmişsə, o gün cahil cəmiyyətlərində “dünyanı doya-doya, yaşamaq” şəklində ifadə edilən bu həyatın ona itkidən başqa bir şey gətirmədiyinin fərqinə varacaq. Rəbbimizi və hesab gününü unutduğu üçün etdiyi hər cür lazımsız hərəkətlərin peşmanlığını hiss edəcək. Allah Quranda inkarçıların qəflətdə olduqları zaman onlara edilən xəbərdarlıqlara verdikləri reaksiyaları belə bildirir:

İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; qəlbləri qəflət içində olaraq… (Ənbiya surəsi, 1-3)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma