Allah rizasının ən çoxunu axtarmaq nədir?


Mömin şirkdən, Allah’dan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan arınıb təmizlənmişdir. O, yalnız Allah’a qulluq edir, Allah’ın razılığını axtarır. Bunu Allah yolunda ciddi bir səy göstərərək edir.3052524-sadik-dost

Allah yolunda ciddi səy göstərməyin açarı isə Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin qarşısında doğru olan bir neçə seçim birdən olduğunda özünə Allah’ın razılığını ən çox qazandıracaq seçimi etməlidir.

Mömin bütün həyatını Allah’ın bildirdiyi halallar çərçivəsi daxilində yaşamalıdır. Haramlar Quranda açıq şəkildə bildirilmişdir və olduqca azdır. Bu müəyyən haramlardan başqa bütün hərəkət və davranışlar halal dairəsi çərçivəsindədir.

Bunlarla yanaşı, möminə düşən Allah’ın halal buyurduğu sərhədlər daxilində öz ağıl və bəsirətindən istifadə edərək Allah’ın razılığının ən çoxunu axtarmağa yönəlməkdir.

Buna infaq (Allah yolunda xərcləmə) mövzusu gözəl nümunə ola bilər. Mömin malını və canını Allah’a təslim etmişdir. Əlindəki imkanları Onun razılığına uyğun şəkildə qiymətləndirməlidir. Amma bunu edərkən qarşısına müxtəlif alternativlər çıxa bilər. Məsələn, əlində xeyli miqdarda pul olduğunu düşünək. Bununla özünə yeni bir paltar ala bilər. Bu, məqbul və çox doğru hərəkətdir. Geyiminə fikir verməsi, təmiz və gözəl bir görünüşdə olması Allah’ın razılığına uyğundur. Lakin bu pulu istifadə edə biləcəyi və Allah’ın razılığını daha da çox qazanmağa səbəb ola biləcək başqa bir yol ola bilər. Məsələn, bu pulu özündən daha çox ehtiyacı olan bir kasıba verməklə, ya da bu pulu dinin mənfəətləri üçün çox vacib bir işə qoymaqla Allah’ın razılığı daha çox qazana bilər. Bu, içində olduğu mühit və şərtlərə görə insanın öz vicdanı əsasında müəyyən edə biləcəyi bir haldır.

Başqa nümunə də verə bilərik: mömin yaxşılığı əmr edib, pislikdən çəkindirməklə, Allah’ın dinini təbliğ etməklə, yer üzündəki zülmə qarşı fikri mübarizə aparmaqla məsuldur. Allah’ın razılığını, bu böyük məsuliyyəti yerinə yetirməklə qazana bilər. Bu məsuliyyət hər dövr üçün bəzi əsas xidmətlər ortaya çıxarır. Belə böyük bir məsuliyyətin doğurduğu çox iş var ikən, Allah’ın doğru saydığı bir başqa işi daha vacib hesab etmək yanlış olar.

Əslində, bir az düşündüyümüzdə dəyəri az olan seçimi etməkdə nəfsin qabarıq olduğunu görərik. Allah qatında dəyəri az olan şeyi çox olana seçmək, insanın nəfsinə də bir pay ayırmasından qaynaqlanır. Halbuki, nəfsinə ən kiçik pay belə ayırmadan tam olaraq Allah’ın razılığını güdmək lazımdır. Bir işdə doxsan doqquz faiz Allah’ın razılığı, bir faiz də nəfsinin istəkləri varsa, o doxsan doqquz faizi də Allah qatında qəbul edilməyə bilər. Çünki bu, insan nəfsini Allah’a şirk qoşmaq deməkdir. Şirkin isə bir faizi belə həmin əməli etibarsız etmək üçün kifayət edə bilər. Bir işdə Allah’la yanaşı, başqa bir varlığa pay ayıranların vəziyyəti belə bir nümunə ilə təsvir edilir:

Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”, – deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allah’a çatmır, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir! (Ənam surəsi, 136)

Öz evi, ailəsi təhlükədə olan zaman onları müdafiə edən bir insan Qurana hücum və böhtan atıldığında yerində oturub əhəmiyyət vermədən başqa işlərə başı qarışırsa, burada Allah rizasının olduğundan danışmaq mümkün deyil. Belə bir davranış insanın nəfsinin göstərdiyi şəkildə davrandığını, nəfsinə tabe olduğunu göstərir ki, bu İslamın təməli olan yalnız Allah’a qulluq etmək prinsipinə tamamilə ziddir. Belə ki, Quranda nəfsin arzularına görə hərəkətin Allah’a şirk qoşmaq olduğu da bildirilir:

Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Furqan surəsi, 43)

Mömin isə bütün varlığını, malını, canını, həyatını, qısacası, hər şeyini Allah’a həsr etmişdir. Allah’a iman gətirən insanların bu üstün xüsusiyyəti Quranda belə xəbər verilir:

De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur! (Ənam surəsi, 162)

Hər dövrdə müsəlmanlar fərqli hadisələrlə imtahan edilə bilərlər. Məsələn, indiki dövrdə müsəlmanlar dini və yaradılışı inkar edənlərə, cəmiyyət içində əxlaqsızlığın yayılması üçün çalışanlara qarşı fikri mübarizə aparmalıdırlar. Möminlər hər zaman məsuliyyətini daşıdıqları bu mübarizə üçün nəyin ən xeyirli olduğunu təsbit edib onu tətbiq etməklə məsuldurlar. Çünki belə bir məsuliyyəti bildiyi halda, sırf nəfsi üçün təcili olmayan işlərlə məşğul olmaq Allah’ın razılığından üz çevirmək mənasını verir.

Möminin vicdanı onsuz da belə bir şeyi qəbul etməz. O, Allah’ın seçib iman verdiyi bir insandır, yer üzündə sülh və hüzur mühitinin olması, Allah’ın dininin yaşanması ona əmanət edilmişdir. Zalımların əzib zülm etdiyi və “…Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!…” (Nisa surəsi, 75) deyən kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmaqla məsuldur.

Allah’ın razılığının ən çoxu yalnız fikri mübarizə mövzusu deyil. Mömin həyatı boyunca etdiyi bütün ibadətlərdə, gündəlik həyatında qarşısına çıxan böyük-kiçik bütün hadisələrdə bunu yadında saxlamaq məcburiyyətindədir.

Bunu da xatırlatmaq lazımdır ki, əslində, Allah rizasının ən çoxu ifadəsini mövzunu açıqlamaq üçün istifadə edirik. Allah rizasının ən çoxundan üz çevirib, ikinci dərəcəli bir işlə maraqlanmaq Allah’ın razılığına ziddir. Onsuz da Allah’ın razılığının ancaq ən çoxu Allah’ın razı olduğudur. Allah’ın daha az razı olması deyə bir şey yoxdur. Allah’ın razılığının ən çoxunu axtarmayıb, azı ilə kifayətlənmək, əslində, insanın axirətlə bağlı qəti imana sahib olmamasından qaynaqlanır. Özünü qəti olaraq cənnətlik saymasından irəli gəlir. Halbuki, heç bir insan özünü qəti olaraq cənnətlik görəcək vəziyyətdə deyil. Quranda Allah Peyğəmbərə “Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar” (Şura surəsi, 24) xəbərdarlığını etmişdir.

Quranda təsvir edilən mömin özünü əsla qəti olaraq cənnətlik görməz, belə bir düşüncəyə qapılmaz. Mömin xüsusiyyəti Allah’a “qorxu və ümidlə” (Əraf surəsi, 56) dua etməkdir.

Həqiqi iman sahibi olmayan kəslər isə Allah’dan qorxmadıqları və yaxşı işlər gördüklərini zənn etdikləri üçün özlərini qəti olaraq cənnətlik görürlər. Allah’ın rəhmətini “necə olsa bağışlanacağıq” kimi yanlış bir məntiqdən istifadə edirlər. Bu Allah’dan gərəyi kimi qorxub çəkinməyənlərin düşüncəsidir.

Mömin isə iman gətirdikdən sonra doğru yoldan çıxmaqdan qorxar. Quranda xəbər verilən möminlərin bu mövzu ilə əlaqədar duası belədir:

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxş edənsən. (Ali-İmran surəsi, 8)

Mömin qurtuluşu üçün ən çoxunu axtarmaqla məsuldur. Allah rizasının ən çoxunu axtarmamaq, qarşı-qarşıya olunan təhlükənin də fərqində olmamaq deməkdir.

Dünyəvi təhlükələrdə göstərəcəyimiz davranışa bir neçə nümunə Allah rizasının ən çoxunu axtarmağın necə olacağının daha yaxşı başa düşülməsinə köməkçi olacaq:

-Böyük bir sellə qarşı-qarşıya qaldığımızda və suların böyük sürətlə yüksəldiyini gördüyümüz zaman xilas olmaq üçün on mərtəbəli mənzilin ən üst mərtəbəsinə çıxarıq, yoxsa beşinci mərtəbədə dayanıb: “Hər halda, bu qədər mərtəbə bəs edər”, -deyərik?

-Mənzilin ən üst mərtəbəsinə müəyyən məbləğ qarşılığında liftin çıxdığını və liftin bir daha aşağı enməyəcəyini fərz edək. Cibimizdə də ən üst mərtəbəyə çıxacaq qədər pul var. Bu halda, ən üst mərtəbəyə çıxmaq üçün cibimizdəki bütün pulu verərik, yoxsa selin çatma təhlükəsi olan başqa bir mərtəbəyə çıxmaqla kifayətlənərik?

-Seldən xilas olmaq üçün sığındığımız mənzilin beşinci mərtəbəsində bir əyləncə təşkil edilmiş olduğunu düşünək. Belə bir vəziyyətdə əyləncəyə qatılıb beşinci mərtəbənin yüksəkliyi ilə kifayətlənərik, yoxsa gözümüz heç bir şeyi görmədən ən üst mərtəbəyə çıxarıq?

-Bir yaxınımızın infarkt keçirdiyini və ya başqa bir səbəblə xəstəxanaya çatdırılması lazım olduğunu düşünək. Bu vəziyyətdə xəstəxanaya çatmaq üçün avtomobili ən yüksək sürətlə sürərik, yoxsa: “Bu qədəri kifayətdir, bir az daha səbir etsin”, -deyərik?

Verdiyimiz nümunələrdən məlum olduğu kimi, insan bir təhlükə ilə qarşı-qarşıya olduğunda ayıq-sayıq davranıb əlindəki bütün imkanları təhlükədən xilas olmaq üçün səfərbər edə bilir. Cəhənnəm isə insan üçün ən böyük təhlükədir. Əlbəttə ki, Allah rizasının ən çoxunun axtarmaq bu təhlükədən uzaq olma istəyində vacib rol oynayır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma