İslamda söz azadlığı və demokratiya


genITprofSöz və fikir azadlığı müasir konstitusiyalı demokratiyanın labüd şərti və insan hüququdur. Millətindən, irqindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün ən əsas hüquqlardan biri olan söz və fikir azadlığı hüquqi cəhətdən qorunmalıdır.

Cəmiyyətin fərdlərinin azad olması üçün fikirlərini və hisslərini ifadə etməkdə tam mənada azad olmalıdırlar. Demokratiyanın hakim olduğu ölkələrdə insanlar bu hüquqlara malikdir və fikirlərini açıq ifadə edə bilirlər.

Dünyada ən çox tələb edilən hüquqlardan olan fikir azadlığı insanların əlindən alınarsa, şübhəsiz ki, cəmiyyətdə qorxu dolu, təhlükəli mühit formalaşar. Çünki insan ancaq özünü rahat ifadə etdikdə, fikirlərini istədiyi kimi dilə gətirdikdə xoşbəxt, sağlam və yaradıcı olur, bu hüququ məhdudlaşdırıldıqda isə rahatlığını və sevincini, şövqünü, iş və incəsənət qabiliyyətini itirir.

Demokratiya – cəmiyyətin daxili uzlaşmasını təmin edən sistem

Bir cəmiyyətin sağlamlığı demokratiya ilə başlayır. Demokratiya cəmiyyətə sevgi, hörmət, tolerantlıq, birlik, bərabərlik, qardaşlıq gətirir, insanlara sosial ədalət, bərabərlik kimi hüquq və azadlıqlar verir, onlara dinamik həyat tərzi təqdim edir, həyat səviyyələrini yüksəldir.

İnsanlar yaradılışlarına uyğun olaraq demokratik, fikirlərə hörmət edilən mühit axtarırlar. Allah nazil etdiyi kitablar və göndərdiyi peyğəmbərlər vasitəsilə bütün bəşəriyyətə demokratiyanın, fikir azadlığının, azad fikrin və fikirlərə hörmət etməyin yollarını göstərmişdir. Peyğəmbərlərin sünnəsində rast gəldiyimiz tolerantlıq, ədalət, sevgi, hörmət, etibar, fədakarlıq kimi anlayışlar demokratiyanın, fikir azadlığının əsasını təşkil edən məfhumlardır. Odur ki, dinin təməlində demokratiyanın olduğunu demək yerində olar. Demokratiyanın tərifində olduğu kimi, din hər kəsin azad yaşayacağı və fikirlərini sərbəst ifadə edəcəyi sülh mühitini təmin edir. Dində hər cür təzyiq və zorakılıq qadağandır. Hər insan sərbəst şəkildə fikrini ifadə etməli və fikirlərinə görə təzyiq görməməlidir. İnsanlar fikirlərinə görə zülmə məruz qalmamalı, müxtəlif ideologiyalara və düşüncə tərzinə malik insanlar alçaldılmamalıdır. Demokratiya da məhz dinin bu əmrlərini təklif edir, insanların azadlığını, psixoloji cəhətdən rahat, xoşbəxt olmasını, bərabər, sevgi, sülh və qardaşlıq içində yaşamasını istəyir. Bu düşüncə tərzinin cəmiyyətə tam hakim olması isə ancaq və ancaq din əxlaqı ilə yaşamaqla mümkündür. Məsələn, demokratiyanın əsas prinsipi olan sosial ədalət həqiqi mənada ancaq dinin əmr etdiyi gözəl əxlaq mühitində mövcud ola bilər. Demokratiyanın digər prinsipi olan ədalət məfhumu da dinin əmrlərindən biridir. Peyğəmbərimizin (s.ə.v) istər müsəlmanlara, istərsə də müxtəlif din, dil, irq və millətlərə mənsub insanlara qarşı ədalətli və şəfqətli münasibəti, varlı-kasıb ayırmadan hər kəsə bərabər davranması demokratiya anlayışına ən gözəl nümunədir.

Demokratik mühit əsl İslam əxlaqı ilə formalaşar

Bu gün din dedikdə qərb ölkələrində sevgi, hörmət, mərhəmət, tolerantlıq və demokratiya anlayışından məhrum, həmçinin incəsənət, elm və estetikaya qarşı çıxan, müharibə və qarşıdurma tərəfdarı qantökən insan modeli yada düşür. Qərb xalqlarının din haqqında belə yanlış qənaətə gəlməsinə səbəb olan xurafatçı kütlə var və bu insanlar, əslində, dinin əmr etdiyi şəfqət, mərhəmət, nəzakət və əxlaq anlayışlarına malik deyillər, buna baxmayaraq, özlərini dindar kimi təqdim edirlər. Ona görə, milyonlarla insan İslamı səhv tanıyır, İslamın (dini tənzih edirəm) insanları hüquq və azadlıqlardan məhrum edən, incəsənət və elmi məhdudlaşdıran, düşüncələri nəzarətdə saxlayan din olduğunu zənn edirlər. Halbuki, İslam insanlara fikir azadlığını təmin edən, insanların hər cür hüququnu qoruyan dindir. Qurani-kərimdəki bir çox ayə bunu göstərir:

Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allah`a iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə surəsi, 21-22)

De: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 29)

De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

Əsl müsəlmanın hədəfi Allah`ın əmr etdiyi gözəl əxlaqı mənimsəmək, dini Allah`ın öyrətdiyi kimi yaşamaq və təbliğ etməkdir. Şübhəsiz ki, Allah`ın əmr etdiyi əxlaqla yaşadıqda dünyanın hər tərəfində arzu edilən demokratik mühit dərhal formalaşacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma