Şəkər Fabriki


Əgər ehtiyacınızdan artıq şəkərli qida qəbul etsəniz, bədəninizdəki qüsursuz sistem qandakı şəkər miqdarının artmasının qarşısınıseker 1 almaq üçün işə düşəcək:

1-      Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın tərkibindəki milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Habelə, bu molekulların sayının çox və ya az olduğuna qərar verir, sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görməyəcəyimiz qədər kiçik hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının miqdarını bilməsi düşündürücüdür. (şəkil 23 – linkdəki şəkilə baxın)

2-      Əgər mədəaltı vəz hüceyrələri qanda artıq şəkər olduğunu müəyyən etsələr, artıq şəkərin toplanmasına qərar verirlər. Ancaq bu toplama prosesini özləri etmirlər, özlərindən çox uzaqda yerləşən başqa hüceyrələrə etdirirlər.

Hipotalamus

Şəkil 23

3-      Uzaqda yerləşən bu hüceyrələr əmr gəlmədikcə şəkər toplamırlar. Ancaq mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkəri toplamağa başlayın” əmrini daşıyan hormon yollayır. “İnsulin” adlanan bu hormonun formulu mədəaltı vəzi hüceyrələri ilk dəfə əmələ gəldikləri andan etibarən onların DNT-lərində mövcuddur. (şəkil 24)

4-      Mədəaltı vəzi hüceyrələrindəki xüsusi fermentlər (işçi zülallar) bu formulu oxuyurlar. Oxunan formula əsasən insulin hormonunu sintez edirlər. İnsulin sintezi zamanı hər biri fərqli iş görən yüzlərlə ferment fəaliyyət göstərir.

5-      Hazır olan insulin hormonu ən təhlükəsiz və sürətli nəqliyyat vasitəsi olan qan dövranı yolu ilə hədəf hüceyrələrə çatdırılır. Bu hədəf hüceyrəlseker 2ərdən biri qaraciyər hüceyrələridir.

Hipotalamus

Şəkil 24

Mədəaltı vəzi hüceyrələri əlaqədar hüceyrələrə “şəkər toplamağa başlayın” əmrini daşıyan hormon yollayırlar.

Şəkil 25

İnsulin hormonu mədəaltı vəz hüceyrələrindəki xüsusi fermentlər tərəfindən sintez edilərək qan dövranı vasitəsilə qaraciyər və digər əlaqədar orqanlara çatdırılır.

6-      İnsulin hormonunda yazılmış “şəkər toplayın” əmrini oxuyan qaraciyər hüceyrələri isə bu əmrə qeyd-şərtsiz itaət edirlər. Şəkər molekullarının hüceyrələrin içinə daxil olması üçün qapılar açılır. (şəkil 25)

7-      Ancaq bu qapılar kortəbii şəkildə açılmır. Qaraciyərdəki toplayıcı hüceyrələr qandakı yüzlərlə müxtəlif molekul arasından ancaq şəkər molekullarını seçib saxlayırlar. (şəkil 26, 27)

8-      Qaraciyəseker 3r hüceyrələri onlara verilən əmrə heç vaxt itaətsizlik etmirlər. Bu əmri səhv anlamır, səhv maddələri tutmur, lazım olduğundan artıq şəkər toplamırlar. Böyük intizam və səylə işləyirlər.

hipotalamus

Şəkil 26, 27

Mədəaltı vəzidəki toplayıcı hüceyrələr qanın tərkibindəki milyonlarla müxtəlif molekul arasından şəkər molekullarını seçir, lazımi qədərini tutub depolayır.

Beləliklə, siz çox şəkərli çay içdikdə bu möhtəşəm sistem işə düşür və artıq şəkəri orqanizminizdə toplayır. Əgər bu sistem işləməsəydi, onda orqanizmdəki şəkər sürətlə artar və insanın komaya düşərək ölməsinə səbəb olardı. Bu sistem o qədər mükəmməldir ki, lazım gəldikdə tərsinə də işləyir. Əgər qandakı şəkərin miqdarı normadan aşağı olsa, bu dəfə mədəaltı vəzi hüceyrələri qlükaqon hormonu sintez edirlər. Qlükaqon şəkər toplayan hüceyrələrə “qana şəkər qarışdırın” əmrini daşıyır. Bu əmrə də itaət edən hüceyrələr topladıqları şəkəri qana buraxırlar. (şəkil 28)

Beyni, sinir sistemi, gözü, qulağı olmayan hüceyrələr bu qədər böyük hesablamaları və işləri necə qüsursuz yerinə yetirə bilirlər? Zülal və yağ molekullarının birləşseker 4məsindən ibarət bu şüursuz varlıqlar insanların belə bacarmayacağı qədər böyük işləri necə görə bilirlər? Şüursuz molekulların şüurlu hərəkətinin mənbəyi nədir? Əlbəttə, bu hadisələr bizə bütün kainata və canlılara hakim olan Allah`ın varlığını və qüdrətini göstərən saysız-hesabsız dəlillərdən sadəcə bir neçəsidir.

Hipotalamus

Şəkil 28

Qlükaqon şəkər toplayan hüceyrələrə “qana şəkər qarışdırın” əmrini daşıyır. Bu əmrə itaət edən hüceyrələr topladıqları şəkəri qana buraxırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma