Terrorun artmasında dinsiz ideologiyaların rolu


Hər hansı bir xəstəliyin müalicəsində təsirli nəticə əldə etmək üçün diaqnozun doğru qoyulması çox əhəmiyyətlidir. Diaqnozdan sonra darwinler11başlayan müalicə isə xəstəlik sağalana kimi həssas şəkildə və səbirlə davam etdirilməlidir. Əks halda, xəstəlik get-gedə daha da ağırlaşar. Eyni anlayış sosial xəstəliklərə də aiddir. Hər hansı bir sosial problemlə mübarizə apararkən ilk öncə o problemin başlanğıc səbəbləri təyin olunmalıdır.

Əsrimizin ən əhəmiyyətli sosial problemlərindən biri olan terrorizm üçün də səbəblər çox vaxt konkret hadisələrdə axtarılır, mübarizə də bu səthi hədəflərə istiqamətlənmiş şəkildə planlaşdırılır. Buna görə də terrorizmlə mübarizədə əsaslı nəticə əldə etmək mümkün olmur. Dünyanın terrordan xilas olması üçün əvvəl terrorun mənbəyi müəyyən edilməli və bu mənbə tamamilə aradan qaldırılmalıdır.

Terroristlərin məntiqi

Terroru yalnız hərbi yolla həll etmək mümkün deyil. Çünki bu, daha çox şiddətə səbəb olur və qan tökülməsi davam edir. Terrorla mübarizəyə başlayarkən terroristin həyata və insana baxışını, şiddəti hansı yollarla qanuniləşdirdiyini çox yaxşı başa düşmək və bunlarla mübarizə aparmaq lazımdır.

Terroristlər yalnız şiddət yolu ilə müvəffəqiyyətə nail olacaqlarına inanırlar. Ətraflarındakı insanların onlardan qorxmasını istəyir və bu qorxunu meydana gətirmək üçün insafsız, mərhəmətsiz, təcavüzkar xarakterə bürünürlər. Öz düşüncəsinə qarşı çıxan hər insan onun düşmənidir. Düşmənini isə insan olaraq deyil, aradan qaldırılmalı olan hədəf kimi görürlər. “Journal Sentinel” qəzetinin yazarlarından olan psixoterapevt Filipp Çard terroristlərin müdafiəsiz insanlara qarşı vəhşilik etmələrini necə qanuniləşdirdiklərini izah etdiyi “Terrorists view us as targets, not as humans” (Terroristlər bizi insan olaraq deyil, hədəf olaraq görürlər) başlıqlı məqaləsində terroristin məntiqini bu şəkildə təsvir edir:

Tədqiqatçılar terroristlərin davranışlarının təməlində yatan psixoloji səbəbləri araşdırdılar. Bunlardan ən çox diqqəti cəlb edəni qurbanlarını əşya, obyekt və qurban siyahısına əlavə olunacaq insan kimi görmə qabiliyyətləridir.

Terroristlərə görə hədəfləri kifayət qədər müqəddəs və ucadır. Terroristlərin əsas hədəfləri insanlar deyil, nəticələrdir. Onlar üçün əhəmiyyətli olan qırğın deyil, qırğının təsiridir. Terroristlər bir qrup insanın, ya da bütün bir cəmiyyətin ümidlərini, şövqünü və həyat şəklini öldürmək istəyirlər. Terroristlər insanları öldürürlər, çünki bunu məqsədlərinə çatmağın ən sürətli və birbaşa yolu olduğuna inanırlar.

Filipp Çardın diqqət çəkdiyi mövzu çox əhəmiyyətlidir. Terroristlər qarşılarındakı insanların ölümlərindən zərrə qədər də kədərlənmir, əksinə, nə qədər çox günahsız insan ölsə, o qədər müvəffəqiyyətli olduqlarını düşünür və bundan həzz alırlar. Günahsız insanları insafsız şəkildə güllələyə bilir, kiçik uşaqların üzərinə bomba ata bilirlər. Qan tökmək onlar üçün zövq halına gəlir. İnsanlıqdan çıxıb gözü dönmüş vəhşi heyvana çevrilirlər. Aralarında azacıq mərhəmət hissi göstərən olsa, onu dərhal xain elan edirlər.

Terroristlərin yuxarıda qısa şəkildə izah etdiyimiz şiddəti dəstəkləyən məntiqləri materialist və darvinist düşüncədən qaynaqlanır. İnsanı heyvan olaraq görən, canlıların inkişafını təbiətdəki həyat mübarizəsinə bağlayan, bu mübarizəni güclü olanların qazanacağı və zəiflərin əzilərək yox olacaqlarını müdafiə edən darvinizm terroristin xəstə məntiqinin təməlini təşkil edir.

Terrorist ideologiya darvinizm üzərində qurulmuşdur.

Darvinizmə görə təbiətdə mərhəmətsiz həyat mübarizəsi, daimi qarşıdurma var. Güclülər hər zaman gücsüzləri əzir və inkişaf da bunun hesabına mümkün olur. Bu ideologiyanın qurucusu Darvin bu həqiqətdən kənar “həyat mübarizəsi” şüarını “mədəni irqlər” (avropalı ağlar) və “aşağı irqlər” (asiyalı və ya afrikalı irqlər) ifadələri ilə irqçi məntiqə əsaslandırmış, dünyadakı qarşıdurmaların, müharibələrin təməlini meydana gətirmişdir. Darvinin ortaya atdığı “güclülərin həyatda qalması” düşüncəsi insanlığı kinə, düşmənçiliyə, qarşıdurmaya, müharibəyə sövq edən bir çox ideologiyaya zəmin hazırlamışdır.

Darvinizm insanlara yalnız inkişaf etmiş bir növ heyvan olduqları yalanını deyil, eyni zamanda, təsadüflərin əsəri olduqlarını, yəni bir yaradıcılarının olmadığı yalanını da təlqin edir. Bu təlqinləri məktəblərindəki dərs kitablarından, izlədikləri filmlərdən, oxuduqları kitablardan mənimsəyən insanlar özlərini məsuliyyətsiz zənn edirlər.

Bu cür qəddar fikirlər aşılanan insanlar XX əsri şiddət əsrinə çevirmiş, darvinizmə əsaslanaraq qarşıdurma və müharibəni dəstəkləmiş, hətta bunu ən əhəmiyyətli üsul kimi mənimsəmişlər. Dialektik qarşıdurma kommunist ideoloqların qətliam törətmələrinə şərait yaratmış, XX əsrdə kommunist terror nəticəsində təxminən 120 milyon insan qətl edilmişdir. Darvinizmin irqlər arası həyat mübarizəsi və təbii seleksiya iddiaları isə nasizmin təməlini meydana gətirmişdir. Bu mübarizə dünyasında yalnız üstün irqlərin həyatda qalacağını müdafiə edən Adolf Hitler isə bütün dünyada qətliam törətmişdir. Nasizmin işğal və müharibə siyasəti nəticəsində başlayan II Dünya Müharibəsində təxminən 55 milyon insan həyatını itirmişdir. Tarix bizə darvinizmin insanların şüur altına yeritdiyi “insan mübarizə aparan heyvandır” təlqininin insanlar üzərində çox böyük təxribat meydana gətirdiyini göstərmişdir və dövrümüzdəki terror hadisələri də bu həqiqəti sübut edir. Şiddəti, qarşıdurmanı, müharibəni dəstəkləyən, ancaq güclü olanın həyatda qalacağını iddia edən azğın darvinist şüarlar artıq dəstəklənməməlidir. Çünki darvinizmin ortadan qaldırılması o deməkdir ki, artıq şiddəti dəstəkləyən ideologiyalar da qüvvədən düşmüşdür.

Yer üzündəki insanların böyük əksəriyyətinin inandığı üç İlahi din də (xristianlıq, yəhudilik və İslam) mübarizəyə qarşıdır. Hər üç İlahi dinin də məqsədi yer üzündə sülh və rahatlığı təmin etmək, günahsız insanların öldürülməsinə, zülm və işgəncə görməsinə qarşı çıxmaqdır. Mübarizə və şiddət Allah’ın insanlar üçün təyin etmiş olduğu əxlaqa zidd və bəyənilməyən anlayışlar kimi qəbul edilir. Halbuki, darvinizm mübarizə və şiddəti mütləq lazım olan təbii, doğru və qanuni anlayışlar olaraq görür və göstərir. Buna görə də dünyamızı əhatə edən terror bəlasının mənşəyi dinsizlikdə, dinsizliyin əsrimizdəki qarşılığı olan darvinizm və materializmdədir.

Hal-hazırda, dünyanın bütün ölkələrindəki məktəblərdə darvinizmin tədris edildiyini düşünsək, yeni terrorist gənclərin yetişməsini də nəzərə almalıyıq. Bunun üçün təsadüflər nəticəsində meydana gəlmiş, ataları heyvan olan, Allah’a qarşı məsuliyyət daşımayan, başıboş varlıqlar olduqları, ancaq mübarizə və müharibə ilə üstün gələrək həyatda qala biləcəkləri öyrədilən gənclərin bu təlqinlərdən uzaq tutulmaları çox vacibdir. Çünki bu cür səhv fikirlərlə böyüyən gənclər davakar, mərhəmətsiz, eqoist, şiddətə meyilli olacaqlar.

Bu gənclər anarxiya tərəfdarıdırlar və terrorist ideologiyaların təlqinlərinə də asanlıqla qapıla bilirlər, daha sonra isə gözlərini qırpmadan kiçik uşaqları qətl edəcək, öz qardaşını belə öldürəcək, hər cür vicdan və ağıla zidd hərəkəti edəcək qədər zalımlaşa bilirlər. Son əsrdə dünyanı alt-üst edən irqçi və faşist terror qrupları bu təhsil sisteminin məhsullarıdır.

Buna görə də əvvəlcə terroristin məntiqinin səhv olduğu bütün dəlillərlə sübut edilməlidir. Darvinizmi müdafiə edənlərin və buna inananların hamısının yanıldığı ən təsirli şəkildə insanlara izah edilməlidir. İnsan başıboş və məsuliyyətsiz deyil. Onu yaradan, hər anını müşahidə edən, düşüncələrini bilən və öldükdən sonra etdiklərinin qarşılığını verən bir yaradıcımız var. Rəbbimiz insanı heyvanlardan fərqli olaraq ruh, ağıl, iradə, şüur və mühakimə qabiliyyəti ilə yaratmışdır. Məsələn, bir hadisə qarşısında çox əsəbiləşən, iradəsi zəif insan özünü və qarşısındakı insanı heyvan kimi görsə, ona heç düşünmədən zərər verə bilər, mərhəmətsiz şəkildə davrana bilər. Qarşısındakının kiçik uşaq, müdafiəsiz insan olmasının heç fərqi yoxdur. Ancaq Allah’ın özünə verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan isə hər cür vəziyyətdə əsəblərinə hakim olar, şüuru və vicdanı hər an açıq olar. Allah’a hesab verə bilməyəcəyi ən kiçik bir hərəkəti belə etməz.

Allah Quranda hər insanın nəfsinin olduğunu və ona günahlardan, pis əməllərdən çəkinməsini ilham etdiyini bildirir (Şəms surəsi, 7-10). Buna görə də bəzi insanların əxlaqi pozuntularının, cinayət törətmələrinin arxasındakı səbəb xəyali təkamül müddəti deyil. Bunun səbəbi Allah’a iman etməmələri, etdiklərinin hesabını Allah’a verməyəcəklərini zənn etmələri və bu səbəbdən də çəkinməmələridir. Bu gün bütün dünyada meydana gələn müharibələrin, mərhəmətsiz hücumların, insanların aclığa, səfalətə tərk edilmələrinin, ədalətsizliyin, mərhəmətsizliyin ardındakı səbəb budur. İnsanları heyvan olaraq görənlər, heyvanlar kimi həyat mübarizəsi içində olduqlarını zənn edənlər, Allah’ı və axirəti unudan və unutduranlar heç bir zalımlıqda sərhəd tanımazlar.

Hər insan Allah’ın özünə üflədiyi ruhu daşıyır və özünü yoxdan var edən Yaradıcımıza qarşı məsuldur. Allah Quranda məsuliyyətsiz olduqlarını zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə xatırladır:

Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! (Qiyamət surəsi, 36-40)

Bunun üçün insana heyvan olduğunu, yalnız fiziki olaraq güclü olanların həyatlarını davam etdirə biləcəklərini, dünyanın mübarizə meydanı olduğunu öyrədən bu darvinist ideologiyanın ortadan qalxması terrorizmin təməl dayaqlarından birini itirməsi mənasını verir. Bununla birlikdə insanları terror bəlasından uzaq tutmanın ən əhəmiyyətli yolu mənəvi təhsildir. Cəmiyyətlərin daimi sülhə qovuşa bilmələri ancaq insanların gözəl əxlaqı öyrənmələri və bu əxlaqı yaşamaları ilə mümkündür. Bundan kənar cəmiyyətin həyatını tənzimləmək üçün qoyulan qaydalar və tədbirlər bir yerə qədər təsir edər, terror bəlasını tam mənası ilə ortadan qaldırmaz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma