Toxumdakı qeyri-adi güc: Cücərmə


growing_plantToxumların çox qeyri-adi bir xüsusiyyəti var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, quruluşlarının necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə, bu meyvələrin dadlarına, qoxularına, quruluşlarına, rənglərinə dair bütün məlumatlara sahibdirlər. Toxumlar bütün bu məlumatları milyonlarla il saxlayır və sonrakı nəsillərinə heç bir qüsur və əskiklik olmadan ötürürlər. Bu möcüzəvi hadisəyə yaxından şahid olmaq üçün evlərimizdəki tərəvəzləri, meyvələri və çiçəkləri araşdırmağımız kifayətdir.

Torpağın yarılması

Başdan-başa bir möcüzə olan toxum yer üzünə cücərmə ilə çıxır. Cücərmə kiçik bir toxumun torpağı yarması deməkdir. Toxumun, üzərindəki ağır torpaq kütləsini yararaq zoğ verməsi insanın üzərindəki yüzlərlə kiloluq bir örtüyü heç çətinlik çəkmədən deşib keçməsinə bənzəyir. Bəs toxumun torpaqdan bu möcüzəvi şəkildə çıxması necə reallaşır? Kiçik bir toxum torpağı yaracaq qüvvəti haradan tapır? Yetkinləşən bir toxum dərhal cücərmir. Toxumun cücərməsi üçün lazımi istilik, rütubət və oksigen kimi bir çox amilin bir yerdə olması gərəkir. Bu şərtlər bir yerə gəldikdə, yuxu halındakı toxum canlanmağa başlayır. Bir toxumun cücərməsi üçün, əvvəlcə, suya ehtiyacı var. Çünki yetişmiş toxumlardakı maddələr mübadiləsinin aktiv hala gəlməsi, yəni böyümə prosesinin başlaya bilməsi üçün hüceyrədə sulu mühit olmalıdır. Bu ehtiyac toxumların islanması ilə qarşılanır. Toxumdakı maddələr mübadiləsinin fəaliyyətə keçməsi ilə birlikdə kök və zoğ da böyüyür və hüceyrədə bölünmə prosesi başlayır.

Bu mərhələdə isə mütləq oksigenə ehtiyac var. Toxum oksigenli tənəffüslə enerji və istilik istehsalına başlayır. Çünki yeni yaranan bitkinin böyüyə bilməsi üçün enerjiyə ehtiyac var. Lakin toxumun hələ kökləri yoxdur. Başqa sözlə, torpaqdakı mineralları alacaq vəziyyətdə deyil. Bəs bu vəziyyətdə toxum böyüməsi üçün lazım olan qidanı necə əldə edir?

Toxumun içindəki möcüzəvi qida anbarı

Hələ kök salmamış toxum torpaqdakı mineralları qəbul edə bilmir. Hər şeyi qüsursuz yaradan Allah toxumun içinə kökləri inkişaf edənə qədər onu qidalandıran bir qida anbarı yerləşdirmişdir. Bu qida anbarı toxumun bütün ehtiyaclarını qarşılayır. Toxumlar bir bitki olaraq öz qidalarını istehsal etməyə hazır olana qədər vücudlarındakı bu ehtiyat qidaları istifadə edirlər.

Toxum cücərmədən əvvəl yuxu halında olur. Toxumun yuxu halında qalmasını təmin edən isə bəzi bitki hormonlarıdır. Toxum isladıldıqda embrion hüceyrələrindəki fermentlər fəaliyyətə keçərək yeni bir hormon ifraz etməyə başlayırlar. Bu hormon yuxu vəziyyətinə son qoyur və böyümə fermentləri fəaliyyətə keçir. Toxumun içində şəkər yaranır və beləcə, toxumun cücərməsi üçün lazım olan enerji təmin edilmiş olur.

Bir toxumu torpağa atdıqda bütün bunlardan insanların xəbəri olmur. Bir neçə gün sonra o toxumun cücərməsinə və yavaş-yavaş bitkiyə çevrilməsinə təbii mərhələ olaraq baxırlar. Halbuki, bir toxumun cücərməsi üçün olduqca həssas proseslər böyük bir uyğunluq içində reallaşmalıdır. Ağırlığı qramlarla ölçülən bir toxum üzərindəki ağır torpağı yarıb yuxarı çıxarkən heç bir çətinlik çəkmir. Toxumun tək məqsədi torpağın üstünə çıxıb işığa çatmaqdır. Cücərməyə başlayan bitkilər incə gövdələri ilə sanki üzərilərində torpağın ağırlığı yoxmuş kimi rahatlıqla gün işığına doğru istiqamət alırlar. Toxumdan çıxan hər çıxıntı hara getməli olduğunu bilir. Zoğlar torpağın üstünə, günəşə doğru irəliləyərkən, köklər də torpağın dərinliklərinə doğru yol alaraq torpaqdakı mineralları toplamağa başlayır.

Toxumdakı bu dayanıqlılıq və güc aləmləri yaradan, üstün güc sahibi Allah’ın əsəridir.

“Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz”. (Vaqiə surəsi, 63-65)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma