Müsəlmanlarını sevgisinin mənbəyi: Allah sevgisi


  • Müsəlmanlar kimləri sevərlər?21025020
  • Müsəlmanların sevgi bəslədiyi insanlar və nemətlər nə üçün çoxdur?
  • Cənab Adnan Oktarın sevgisizlikdən xilas olmaq üçün tövsiyələri nələrdir?

Müsəlmanın sevgi ilə Allah’a üz tutması Onun təcəllilərini də sevməsinə səbəb olur. Möminin insan, uşaq, heyvan və çiçəyə olan sevgisinin çox güclü olmasının səbəbi budur. Ona görə, baxdığı hər şeydə Allah’ı görür. Allah rizası üçün sevdiyinə görə, baxdığı bütün gözəlliklərə sevgi bəsləyir. Bu sevgi Allah eşqindən qaynaqlanan təbii haldır və coşqun imanla, ağılla, fədakarlıqla və çox yüksək əxlaqla qazanılır.

Bu şüurla hərəkət edən bir insan hər gözəlliklə qarşılaşdıqda Allah’ı təsbih edib şanını ucaldar. Allah rizası üçün sevgi bəsləyər. Möminin bu üstün əxlaqına Quranda belə nümunə verilir:

Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Daima (Allah’a) üz tutardı. Bir dəfə axşam çağı ona dırnağını yerə vuran, çapar atlar göstərildi. O dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi.  “Onları mənə qaytarın!” (Sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Sad surəsi, 30-33)

Ayələrdən də başa düşüldüyü kimi, möminlərin sevgisinin kökündə Allah eşqi və Allah’ı zikir etmək məqsədi durur. Hz. Süleyman (ə.s) misalında olduğu kimi, ancaq Allah’ı dərin eşqlə sevən möminlər Allah’ın təcəllilərindən zövq ala bilərlər.

İman gətirənlərin qadınlara bəslədiyi sevgi

İman gətirməyən insanlar və xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Bu insanlar qadınları, sadəcə, xidmətçi, ikinci sinif varlıqlar kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və bacarıqlarının fiziki quruluşu ilə əlaqədar daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə kişi işi və qadın işi deyə ayırd edilən məsələlər var. Əlbəttə, fiziki gücləri və quruluşları baxımından qadınla kişini görə biləcəyi işlər fərqlənir. Ancaq bu fərq qadının ağıl və bacarıq cəhətdən daha gücsüz olduğu mənasına gəlmir. Dövrümüzdə qadınlar bir çox sahədə bilik və bacarıqları ilə bu ön mühakimənin əsassızlığını sübut edirlər.

Müsəlmanlar kafir və xurafatçılardan fərqli olaraq Allah’ın Quranda bildirdiyi kimi, qadınların cəmiyyətdə qorunması, layiqincə sevgi və hörmət görməsi üçün ictimai sahədə görülməli bütün tədbirləri Quran ayələri ilə bütün insanlara göstərərlər. Quran ayələrini həyata keçirərək bütün davranışlarını qadınların lehinə tənzimləyər və qadınların zərər çəkməsinin, əzilməsinin qarşısını alarlar. Qadınların imanını, sağlamlığını, sevincini və elmini artırması üçün yollar axtarıb taparlar. Qadınları Allah’ın ən gözəl təcəllilərindən biri kimi görər və dünyanın ən dəyərli varlıqları, bərbəzəyi kimi dəyərləndirərlər.

Möminlərin uşaqlara bəslədiyi sevgi

Möminlərin nümunəvi şəfqəti, mərhəməti və sevgisi uşaqlarla münasibətlərində daha çox görünür. Müsəlmanlar həm öz uşaqları, həm də ətrafdakı uşaqlarla çox yaxından maraqlanır, doğulduqları andan etibarən səhhətlərinə, elmlərinin artmasına, geyimlərinə, oynadıqları oyunlara qədərə hər sahədə müxtəlif tövsiyələr edər, hətta valideynlərə yol göstərərlər. Körpələrin doğulduğu andan etibarən qidalanmasına, baxımlarına və necə qorunacaqlarına diqqət edərlər.

Möminlərin uşaqlara olan sevgisinin bir göstəricisi də yeni doğulan körpələr, övladları və bütün uşaqlar üçün dua etmələridir. Onları oxşayarkən və ya oyunlarını seyr edərkən onlar üçün Allah’dan iman, xeyirli və uzun ömür, elm və hikmət diləyərlər.

 Möminlərin kitab əhlinə bəslədiyi sevgiqk8byxo4

İslam sülh, sevgi və ədalət dinidir. Ona görə, müsəlmanlar Quranda əhli-kitab adlandırılan yəhudi və xristianlarla ədalət, mərhəmət və sevgi ilə davranarlar. Allah Quranda belə bildirir:

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhənə surəsi, 8)

Bir Allah’a iman gətirən, Onun rizasını qazanmağa çalışan, Ona könüldən təslim olmuş, Onu təsbih edib şanını ucaldan, eyni dəyərləri paylaşan müsəlmanlar bilirlər ki, yəhudi və xristianlarla birlikdə hərəkət etməlidirlər. Ona görə, məlumatsızlıqdan və ya kafir və xurafatçıların əks-təbliğatından qaynaqlanan ön mühakimələri aradan qaldırmaq üçün səy göstərirlər. Yəhudilərin, xristianların və müsəlmanların birləşməsinə, gözəl əxlaqın yer üzünə yayılmasına çalışırlar. Kitab əhlinə münasibətdə sevgi, hörmət, ədalət, anlayış, uyğunlaşma və əməkdaşlıq prinsiplərini əsas götürürlər.

os2pi0awCənab Adnan Oktar: “İnamsızlıq sevgiyə zərər verir”

“İnsanların bir-birinə etibar etməməsi ən böyük problemlərdəndir. Etibar olmadıqda, insanlar çox təhlükəli görünür. Bir-birlərini qarşılıqlı təhlükəli hesab edirlər. Məsələn, yolda insanlar bir-birinə rahatlıqla hücum edirlər, bir anda qəzəblənirlər. Ancaq etibar olduqda sevgi də olur. Dəyər verdikdə, mərhəmət etdikdə, bağışladıqda sevgi olur. Əgər hər şeyə görə insanlara qəzəblənsən, onlarda qüsur axtarsan, kimsə kimsəni sevməz. Hər şeydə gözəllik axtarmaq, hər şeyin gözəl cəhətini görmək lazımdır. Onda çox sevə bilərik. Hər şeyə xeyir gözü ilə baxmaq lazımdır”. (29 noyabr 2012-ci il, A9 TV)

Möminlərin heyvanlara və bitkilərə bəslədiyi sevgi

Heyvanların yaz və qış aylarında yeməyini, suyunu, sığınacağını düşünmək, heyvanların acizliklərini bilib ehtiyaclarını təmin etmək, balalarının qayğısına qalmaq müsəlman üçün böyük zövqdür. Çünki Rəbbimizin qüsursuz xüsusiyyətlərlə yaratdığı, istəklərini dilə gətirə bilməyən, acizliyini, narahatlığını deyə bilməyən heyvanlara bəslənən sevgi ruha böyük zövq verir və qəlbin rahatlanmasına səbəb olur.

Mömin Allah’ın təcəllisi kimi gördüyü bütün gözəlliklərə sevgi bəslədiyinə görə, bu sevgisini çiçəklərə və ağaclara da göstərir. Bir bitkiyə günəş işığı düşmürsə, buna uyğun şərait hazırlamaq, sulamaq, yarpaqlarının qayğısına qalmaq, torpağı havalandırmaq bu sevginin göstəricisidir. Bu sevgi və qayğının əvəzində müsəlman çiçəyin canlandığını gördükdə ruhən böyük zövq alır. Lakin əsl zövqü Allah’ın rizasını qazanmaq ümidindən qaynaqlanır.

Kamil iman sahibləri digər yaradılmış varlıqları da Allah’a olan sevgiləri və bağlılıqlarına görə sevərlər. İnsanlara olan sevgilərindəki ölçü onların Allah’ın əmr etdiyi əxlaqa nə qədər yiyələndiklərindən asılıdır. Allah’ın əmr və qadağalarına ən çox riayət edən, Onun əmr etdiyi əxlaqla ən gözəl şəkildə yaşayan insanlara dərin sevgi bəsləyərlər. Bu insanları sevmələrinin əsas səbəbi onların da Allah’ı çox sevən, özlərinə ancaq Allah’ı dost tutan kəslər olmalarıdır.

Möminlərin kömək istəyənlərə, xəstələrə, yolda qalmışlara, yetimlərə və yoxsullara bəslədiyi sevgi

Möminlərin şəfqəti ehtiyac içində olan bir insanın acizlik və çətinlik anlarında daha da üzə çıxır. Quran əxlaqından uzaq yaşayanlar aciz insanlara laqeyd yanaşırlar. Ancaq möminin belə vəziyyətdə şəfqət və mərhəməti artar, ehtiyac içində olan insanı qorumaq, qayğısına qalmaq istəyər. Bir insanın bir şeyə gücü çatmasa, ona şəfqət bəsləyər, daha çox diqqət göstərər. Ancaq zülmkar insanlar bir şeyə gücü çatmayan adama qəzəblənər, nifrət edər, intiqam almağa çalışarlar. Mömin isə hər şəraitdə və vəziyyətdə kömək etməkdən zövq alır.

Möminin sıxıntılı insanlara bəslədiyi sevgi

Möminlər Allah’ın onlar üçün seçdiyi din əxlaqının mükəmməlliyini və bu əxlaqın yaradılışlarına uyğun olduğunu görür, özləri kimi bütün insanların da din əxlaqı ilə yaşamasını istəyirlər. Allah’ın insanları dünya həyatındakı əməllərinə görə axirətdə mühakimə edəcəyini bildiklərinə görə vaxt var ikən bütün insanları xəbərdar etməyə və onlara doğru yolu göstərməyə çalışırlar. Çünki insanlar üçün dünyada da, axirətdə də yeganə xilas yolunun din əxlaqı ilə yaşamaq olduğunu bilirlər. Bununla yanaşı, Allah din əxlaqını digər insanlara təbliğ etməyi inananlara fərz etmişdir. Möminlərin bu xüsusiyyəti Quranda belə bildirilir:

Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah’a iman gətirirsiniz… (Ali-İmran surəsi, 110)

Möminlər insanların Quran əxlaqından uzaq həyatdan xilas olması və cəhənnəmdən qorunması üçün hər cür imkanı dəyərləndirirlər. Onları doğru yola dəvət edir, yaxşılığa yönəldir, pislikdən çəkindirirlər. Burada məqsəd cahilliklərinə görə uçurumun kənarında olan insanları çox gec olmadan xilas etməkdir.

Dinsizliyin hakim olduğu həyatın insana əzab verdiyini bilən möminlər insanların Allah’a və Qurana iman gətirmələri və düşdükləri vəziyyətdən xilas olmaları üçün müxtəlif üsullara əl atırlar. İnsanların qəlbini dinə isindirmək üçün Quran əxlaqını təbliğ etməkdə heç bir maddi-mənəvi fədakarlıqdan qaçmırlar.

Möminin müsəlman qardaşlarına bəslədiyi sevgi

Müsəlmanların bir-birlərinə olan sevgisinin əsl mənbəyi Allah’a olan dərin sevgiləridir. Dünya həyatında Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoymuş möminlər ömürləri boyu Allah üçün yaşayırlar. Quranda “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) ayəsi ilə bildirildiyi kimi, hər əməldə, hər davranışda Allah’ın rizasını qazanmağı hədəfləyirlər. Hər şeylərini Allah’ın rizasını qazanmağa həsr edən möminlərin sevgisi də ancaq Allah üçündür.

Allah’ı bütün isimləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyu hiss edən möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür. Möminlərə bəslədiyi sevgisi də Allah sevgisinə əsaslandığına görə, güclü və dərindir. İman gətirənlərlə dostluğunun axirətdə əbədiyyən davam edəcəyini bildikləri üçün sevgiləri daha güclü və daimidir. Rəbbimiz möminlərə sevgi bəxş etdiyini bir ayədə belə bildirmişdir:

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Peyğəmbərimiz (s.ə.v) sevgini tövsiyə etmişdirq1feilz7

–          Miqdəm ibn Madiqərib (r.ə) belə rəvayət edir: “Rəsulullah (s.ə.v) buyurdu: “Biriniz qardaşının əxlaqını (Allah üçün) sevirsə, bunu ona desin”. (Kütüb-i Sitte, 10. cild, səh. 135; Ebû Dâvud, Edeb 122, (5124); Tirmizi Zühd 54, (2393))

–          Ata əl-Xorasan rəvayət edir: “Rəsulullah (s.ə.v) buyurdu: “Əl sıxın ki, qəlblərinizdəki kin getsin, bir-birinizə hədiyyə verin ki, aranızda sevgi yaransın və düşmənçilik bitsin”. (Muvatta, Hüsnü’l-Hulk 16, (2, 908))

–          “Bir-birinizə hədiyyə verin, bir-birinizi sevin, bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar”. (Kütüb-i Sitte, cild 16, səh. 239)

–          Kim dostluq qurur və kiminlə dostluq qurulursa, Allah qatında ən sevimliniz odur. Allah dostların arasını vuranı sevmir. (İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, cild. 2, səh. 365)

–          İki qardaş (iki dost) iki əl kimidir, biri o birini yuyur. (İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, 2-ci cild, səh. 394)

–          Bir-birinizdən üz çevirməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizə həsəd aparmayın. Bir-birinizlə dostluğu pozmayın. Ey Allah’ın qulları, qardaş olun. (Müslim İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, 2-ci cild, səh. 407)

–          Sizə verdiyi nemətlərə görə Allah’ı sevin, məni də Allah məni sevdiyi üçün sevin. (Tirmizi İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, 4-cü cild, səh. 594)

–          Allah üçün təvazökar olanı Allah ucaldar. Lovğalananı Allah alçaldar. Allah’ı çox xatırlayanı Allah sevər. (İbn Mace İhya’u Ulum’id-Din Huccetü’l-İslam, İmam Gazali, 4-cü cild, səh. 655)

Müsəlmanlarını sevgisinin mənbəyi: Allah sevgisi” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma