Şeytan diqqətsizlik və qəmginliklə insanları Allah’dan uzaqlaşdırmağa çalışır


  • Bəzi insanların diqqəti niyə dağınıq olur?
  • İnsanların bir çoxunun qəmgin olmasının səbəbi nədir?646499
  • Diqqətsizlik və qəmginlikdən xilas olmaq üçün hansı əxlaqa yiyələnmək lazımdır?

Şeytan insan yaradıldığı gündən bəri onun ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allah’ın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanlara vəsvəsə verib bir-birlərinə düşmən etməkdir. Bunun üçün insanların arzu, nəfsi istək və zəifliyindən istifadə edərək onların diqqətini yayındıran dünya həyatı ilə bağlı müxtəlif mövzular tapır. Bu məqsədlə, insanları bir növ hipnoz edərək sehrləyir. Beləliklə, onları bacardığı qədər özünə bənzədir, çaşdırıb azdırır. Bəzi insanların şüurunu örtüb Allah’ın yaratmasındakı incə hikmətləri görmələrinə və hadisələri bu İlahi hikmətlərə görə dəyərləndirmələrinə mane olur.

Şeytanın təsiri ilə hadisələr adi səbəb-nəticə əlaqələri çərçivəsində dəyərləndirildikdə mexaniki və dar çərçivəli qavrayış formalaşır. İnsanı diqqət dağınıqlığına, yanlış məntiq və səhv mühakimə sisteminə məhkum edir. Halbuki, Allah bir ayədə “Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir?” (Yasin surəsi, 60) şəklində bildirərək şeytanın düşmən olduğunu insanlara xəbər vermiş, müxtəlif yollarla bəzi insanların diqqətini yayındıracağını bildirmişdir. Şeytanın diqqəti yayındırmaq üçün istifadə etdiyi ən təsirli yollardan biri də insanlara qəmginlik təlqini verməsidir.

Qəmginlik psixologiyasını mənimsəyənlər

Bəzi insanlar həyatlarında qəm-kədər olmadıqda həyatın dadının və zövqünün olmadığını düşünərək yanılırlar. Daima bu əhval-ruhiyyədə olmağın zərər və sıxıntı verdiyini düşünmədən bu cür yaşamaqda davam edirlər. Bu isə şeytanın ən böyük yalanlarından biridir. Şeytan bu halı insanlara cəlbedici göstərərək dərk etmələrinə və həqiqəti görmələrinə mane olur. Allah insanların düşdüyü bu vəziyyəti Quranda belə bildirir:

… Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki, onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)

Göründüyü kimi, şeytan ağlı zəif adamların qəmgin olmalarına və sıxıntılı həyat yaşamalarına böyük təsir edir. Şeytan verdiyi vəsvəsələrlə insanları aldadır və sıxıntılara salır. Onu dinləyənləri qəmginlik təlqini ilə Allah’dan və Onun ayələrindən daima uzaqlaşdırır və onların (Allah’ı tənzih edirik) Allah’a üsyan etməsinə nail olur.

Şeytan gün ərzində verdiyi təlqinlərlə insanlarda diqqət dağınıqlığı, unutqanlıq, diqqəti cəmləmə pozuntusu meydana gətirir. Ona görə, bəzi insanlar dünyaya gəliş məqsədlərini unudur, Allah’a qulluq etməli olduqlarını qavramırlar. Şeytanın bədbinlik, ümidsizlik, qəm-kədər kimi cəhənnəmə xas vəsfləri qəmginlik psixologiyası təlqini ilə onların beyninə yeritdiyini anlamırlar. Bu təlqinlə bəzi insanlar Allah’a təvəkkül edərək rahat yaşamaq əvəzinə özlərini sonsuz sıxıntılara salırlar. Halbuki, diqqət və şüur açıqlığı ağıl və fərasət, problemi sezib həll etmə qabiliyyəti, gözəl əxlaq, nitq və hərəkətlərdə hikmət, güclü şəxsiyyət, daimi sevinc və nikbinlik qazandırır.

Qəmginliyin əsas mənbəyi şeytanın təlqini olan romantizmdir

Qəmgin əhval-ruhiyyə insanda şüurlu və ya şüursuz təlqinlə formalaşır. Ona görə, hisslərə qapılmağın – ağlamağın, kədərlənməyin, qəzəblənməyin – iradədən kənar olduğunu, bunun öhdəsindən gəlməyə gücü çatmadığını iddia edənlər də səmimi düşündükdə bunun əsassız olduğunu görərlər. Məsələn, ağlayan, kədərli insana böyük məbləğdə pul və ya başqa ciddi mənfəət təklif etdikdə bu insanın istəyərsə, birdən-birə sevinə bildiyini və bu əhval-ruhiyyədən asanlıqla çıxa bildiyini göstərir. Ona görə, insanın şeytanın təlqini ilə düşdüyü romantik əhval-ruhiyyə həm ətrafına qarşı vicdansızlıqla davranması, həm də Allah’ın Quranda xəbər verdiyi kimi, özünə zülm etməsidir:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)

Ancaq romantik insanlar bu həqiqəti qavramırlar. Onlar daima kədərli və ümidsiz əhval-ruhiyyədədirlər. Həmişə kədərlənməyə, sıxıntı keçirməyə səbəb tapırlar. Əslində, bu insanlar öz əlləri ilə özlərinə zülm edirlər. Bu həqiqət bir ayədə belə bildirilir:

İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar. (Rum surəsi, 36)

Bu cür insanlar romantik əhval-ruhiyyədən çıxmaq, bu xəstəlikdən xilas olmaq üçün şeytanın vədlərinə, yalanlarına qarşı ayıq olmalı, ağılları və vicdanlarını açıq tutmalıdırlar. Bu isə ancaq insanın imanı ölçüsündə mümkündür.

Qəmgin, həddindən artıq romantik, bədbin insanlar dünyadakı gözəllik və nemətlərin fərqinə varmırlar. Ətraflarında min bir cür gözəllik var ikən onlar hər şeyin daima mənfi tərəflərini görür, daha da kədərlənirlər. Halbuki, Allah rəhməti və şəfqəti ilə insanlar üçün dünyada bir çox nemət yaratmışdır. Ağıllı və vicdanlı möminlər bunları dərhal görüb nemətlərin sevinci ilə Allah’a şükür edirlər.

Diqqət və şüur açıqlığı şeytanın qəmginlik təlqinini aradan qaldırır

Diqqətli olun, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Diqqətli olun, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

Bir insan bütün həyatını ya çox kəskin, açıq şüurla və ya da yarıaçıq və ya tam qapalı şüurla keçirə bilər. Ancaq Allah Quranın bir çox ayəsi ilə iman gətirənləri diqqətli olmağa çağırır. Quran əxlaqı ilə yaşamaq ancaq tam açıq şüurla mümkündür. Mömin ancaq kəskin ağıl və açıq şüurla vicdanən həssas ola bilər. Allah’ı çox sevmək, Allah’dan qorxub-çəkinmək, gözəl əxlaqı təfərrüatı ilə mənimsəmək, İslam əxlaqını layiqincə təbliğ etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, xeyir işlərdə yarışıb önə keçmək və müsəlmanlara təqvada örnək olmaq üçün bu şərtdir.

Şüuru yarıaçıq və ya tam qapalı yaşayan insanlar da var. Bu cür insanların əsl mənada imanı qavraması və Allah’ın razı olduğu kimi üstün əxlaqlı olması mümkün deyil. Bu, ancaq səmimi müsəlmanın həyat tərzidir. Quranda bu şüur açıqlığının ancaq iman ilə qazanılacağı belə xəbər verilmişdir:

Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla nahaqqı ayırd edən bir nur verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

İman gətirən hər insan bu həqiqət üzərində lazımınca düşünüb Allah’ın lütf etdiyi bu imkandan tam istifadə etmək üçün səy göstərməlidir. Unutmamalıdır ki, qapalı şüur insana heç bir fayda gətirməz. Şüurun qapanması insana rahatlıq, dincəlmə vermədiyi kimi, nəfsin də işinə yaramır. Əksinə, insanın həyat səviyyəsinə çox mənfi təsir edir. Üstəlik, insanın Quran əxlaqı ilə layiqincə yaşamamasına və Allah’ın sevdiyi əməli etməməsinə səbəb ola bilər. Kəskin diqqət və tam şüur açıqlığı isə həm dünyada böyük rahatlığa, həm də – Allah’ın izni ilə – axirətdə nemətə vəsilə olacaq.

Rəbbimiz Ona sığınan qullarını yardımı ilə dəstəkləyir

Allah çətinlik və sıxıntını insanlara ona görə verir ki, Ondan başqa sığınılacaq güc olmadığını görsünlər və doğru yolu tapsınlar. Ancaq şeytan insanların bu hikməti görməsinə mane olur və onların qəlblərini sərtləşdirir. Əslində, bu, Allah’ın rəhmətidir. Belə vəziyyətdə dərhal Allah’ı xatırlayıb, Ona yönəlib yardım istəmək və müsibətə qarşı səbir etmək Allah’ın razı qaldığı əməldir. Allah səmimi şəkildə Ona sığınan qullarını yardımı ilə dəstəkləyəcəyini bildirmişdir. Hz. Muhəmmədin (s.ə.v) dostu ilə birlikdə arxasınca düşən inkarçılardan gizlənmək məqsədilə mağaraya sığındığı vaxt etdiyi üstün əməl bu sahədə bütün insanlara gözəl nümunədir. Allah Quranda Peyğəmbərimizin (s.ə.v) bu əməlini belə bildirir:

Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmişdir. Necə ki, kafirlər onu iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allah’ın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 40)

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma