Qlobal iqtisadi böhranların həlli yolları


qlobal_iqtisadi_bohrannyadakı iqtisadi böhranlar Quran əxlaqının yaşanması ilə bitər

Allah Quranda mal sevgisini insanları dünyaya bağlayan vasitə olduğunu bildirir. Şüphəsiz ki, mal-mülk sahibi olmaq, pul qazanmaq və bu pulla gözəl həyat yaşamaq hər kəsin haqqıdır. Allah dünya nemətlərini qulları üçün yaratmışdır. Lakin insanın əslində Allah’a aid olan zənginliyi özününkü kimi sahiblənməsi, yığdıqca yığması fərqli bir vəziyyətdir. İnsanın böyük ehtirasla Allah’ı və ölümü unudaraq yaşaması, Allah’ın ona bəxş etdiyi nemətləri ehtiyac içində olan insanları görməzlikdən gələrək sadəcə öz mənfəətləri üçün xərcləməsi mənəvi bir xəstəlikdir. Çünkü bu vəziyyətdəki bir insan ölümün yaxınlığını, həyatın müvəqqəti olmasını demək olar ki, heç düşünmür. Halbuki, insanın yaradılışındakı məqsəd Allah’ın rizasını qazanmaqdır. Lakin qeyd edilən təfəkkür onda bir ehtiras halına gəldiyindən bu əsas məqsəd unudulur. Maddi mənfəətlər bütün mənliyini əhatə edir və qəflət dolu həyat yaşamağına səbəb olur.Allah Quran ayələrində bu gerçəyi belə bildirir:

Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz.  (Təkasur surəsi, 1–2)

Bəzi insanlar zəngin olmağın yolunun bu yolda amansız mübarizə aparmaq olduğuna inanırlar. Əldə etdikləri uğur və uğursuzluqların özlərindən qaynaqlandığını zənn edirlər. Bu yanlış inancın səbəbi Allah’ın bütün varlıqların tək sahibi olduqlarını bilməmələri və ya qəlbən buna inanmamalarıdır.

Bu gün dünyada baş verən iqtisadi böhranların səbəbi də bu yanlış məntiqdir. Maddi imkanı yaxşı olan şəxslər pullarını insanların rifah səviyyəsini artıran fəaliyyətlərə yatırmaqdansa, banklarda və ya seyflərdə saxladıqlarından, dövriyyəyə buraxmadıqlarından dünya iqtisadiyyatında qeyri-sabitlik hökm sürür. Bunun nəticəsində də dünyanın demək olar ki, hər ölkəsində bir tərəfdə qazandığı pulu daimi olaraq yığan, digər tərəfdə də küçələrdə yatan, aclıq çəkən böyük kütlələr yaranır. Kapitalizmin dünyaya verdiyi bu zərər  dəhşətli nəticələri ilə göz qabağıdadır. Rifah şəraiti baxımından insanlar arasında yaranan böyük fərqlər Quran əxlaqına əsaslanan anlayışın hakim olmamasının nəticəsidir.

Halbuki, dünyada bütün insanların bolluq içində yaşamasına yetəcək qədər qaynaq mövcuddur. Ancaq Quranda təhlükə olaraq bildirilən və malı yığıb  toplama ehtirası olaraq adlandırılan şeytani zehniyyət, insanları bu imkanları ədalətli və ehtiyaca görə istifadə etməkdən çəkindirir.

Gücün və malın Allah’dan gəldiyinə inanmayan, qazandıqlarını öz uğuru zənn edən bir insan üçün pulunu xərcləmək çox dəhşətvericidir. Ona görə pulunu mümkün olduqca gizlədir, durmadan pul yığmağa davam edir. Belə bir insan yeni bir fabrik açmaq, daha çox insana pul qazanma imkanı təmin etmək, ölkəsinin istehsal gücünü, sənayesini inkişaf etdirəcək yeni investisiyalar qoymaq, puldan hər kəsin faydalana biləcəyi şəkildə xeyirli işlərdə istifadə etmək əvəzinə, yastıq altında yığmağa üstünlük verir. Yaranan sistem nəticəsində varlı daha da varlı, kasıb isə daha kasıb olur.

Bugün dünyada 842 milyon insan açlıq şəraitində yaşayır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə aid hesablamalarına  görə, adam başına düşən ən çox gəlirə sahib ölkə 105.995 dollarla Lüksemburq olduğu halda, Hindistanda bu rəqəm təkcə 1.483 dollardır. Göründüyü kimi, ölkələrə görə dəyişən şəxsi gəlir bölgüsündəki bərabərsizlik əslində Quran əxlaqının yaşanmamasının dəhşətli nəticələrindən sadəcə biridir.  İnsanlar pullarını bir yerə yığıb heç kimin istifadə etməsinə izin verməyərək bu böyük zülm çarxının bilərək, yaxud da bilməyərək dönməsinə səbəb olurlar.

Bir çox insanın mallarını yığmasının altında yatan önəmli səbəblərdən biri şeytanın onlara təlqin etdiyi yoxsulluq qorxusudur. Allah’a güvənmədən yaşayan böyük bir kütlə gələcəkdə başlarına bədbəxt bir şey gəlməsindən, pulsuz qalmaqdan, tək başına qocalmaqdan, möhtac vəziyyətə düşməkdən, iflas etməkdən qorxurlar. Bu səbəbdən həyatlarının demək olar ki, hər anını gələcəklərinə dair planlar quraraq keçirirlər. Ancaq gələcəkləri üçün bu qədər narahat olanlar, mövcudluğu dəqiq olan axirət günü üçün demək olar ki, heç bir hazırlıq görmürlər. Hesab günü Allah’ın hüzurunda nə deyəcəkləri, özlərini o günə necə hazırlamaları barədə heç düşünmürlər.

Gələcək planları daha çox gələcəkdə başlarına gələ biləcək hər hansı bir çətinlik və ya təhlükə zamanı “bir qıraqda” pul yığmaq olur. Halbuki, bir insanın həyatı boyunca qarşılaşdığı çətinlikləri də, rahatlıqları da yaradan Allah’dır. Əgər Allah təqdir etdisə, nə qədər pul yığsa da bunlar onu başına gələcəklərdən qorumaz. Çünkü hər insan qədərində olanı yaşayır. Əgər heç bir çətinliklə qarşılaşmırsa, bu gələcəyini sığortaladığı üçün deyil, Allah ona lütf etdiyi üçündür. Eynilə, öz ağlına görə aldığı bütün tədbirlərə baxmayaraq, çətinlik içində yaşayanlar da kifayət qədər tədbir almadığı üçün deyil, Allah o şəkildə təqdir etdiyi və bunda gizli hikmətlər olduğu üçün o vəziyyətdədir. Ümidsizliyə düşməyin, “daha çox tədbir alsaydım belə olmazdı” kimi cahilcə nəticələr çıxrmağın heç bir mənası yoxdur və və bu düşüncələr Qurana uyğun deyil. Eyni hadisə min dəfə başına gəlsə də, yenə eyni mərhələlərdən keçəcək, yenə eyni nəticə ilə qarşılaşacaq.

Bu vəziyyətdə insanın Allah’a təvəkkül etməsi, Allah’ın onu qoruyacağından, etdiklərinə görə axirətdə ən gözəl şəkildə qarşılıq  verəcəyindən əmin olması ən ağıllı yoldur. Bu da gələcəkdə qarşılaşacağı hadisələrə qarşı mal yığaraq deyil, Allah’ın rızasını umaraq daima halal yoldan sərmayəsini istifadə etməklə mümkündür. Allah’ın adı ilə bir işə başlayan, malını və pulunu Allah yolunda, Allah rızası üçün xərcləyən bir insan daima Allah’ın qoruması altındadır. Hər işdə Allah’ın yardımın olduğunun şüurundadır. Allah’ın zahirən mənfi kimi görünən nəticələri belə mütləq xeyirlə yaratdığını bilir. Bu səbəbdən də səmimi müsəlmanın Allah’a güvənərək etdiyi hər işdə gözlənilməyən bolluq və bərəkət yaranır. İman etməyənlərin ömür boyunca sahib olmaq istədikləri uğur və mal-mülk səmimi müslümanlara nəsib olur.

Unutmamaq lazımdır ki, uca Allah hər şeyi ən qusursuz və ən mükəmməl şəkildə yaratmışdır. Bunun rahatlığı içində yaşamaq yalnız qəlbən Allah’a güvənən müslümanlara aid bir xüsusiyyətdir.

Adnan Oktarın Wadsam Afghan Business’da yayımlanan məqaləsi:

http://www.wadsam.com/economic-instabilities-in-the-world-would-completely-end-with-the-moral-values-of-the-quran-232/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma