Siyasətdə uğur qazanmaq üçün barışdırıcı mövqe və Tunis nümunəsi


İslam, demokratiya və Tunis

“Tunisin uğuru demokratiya 7847248072_1b7c442255_o-e1396807373172və İslami birliyin nəticəsidir”

Bu söz Tunisdəki hökumətin ən böyük ortağı Nahda Hərəkatı Partiyasının sədri Rəşid əl-Qannuşiyə aiddir.

Bu söz çox əhəmiyyətlidir, çünki Ərəb baharı mövzusunda bir çox pessimist düşüncə mövcud ikən, Tunisdəki müsbət dəyişikliklərin səbəbini çox gözəl təsvir edir.

Tunis ilə bağlı bədbinliyi ümidə çevirən isimlərin başında gələn Qannuşi məlum olduğu kimi, İslam dünyasının mühüm dini liderlərindən biridir və dünya miqyaslı geniş kütlələr tərəfindən dəstəklənir. Fikirləri bir çox ölkədə qəbul edilir, lakin Qannuşinin bir çox dini liderdən fərqli bir xüsusiyyəti var.

Qannuşi demokratiya və İslamın bir-biri ilə uyğun olduğunu, qadınlara prioritet verilməsinin vacib olduğunu, fərqli olana qarşı hörmətin əhəmiyətini hər fürsətdə dilə gətirir və doğrusunun bu olduğunu verdiyi konfranslarda, kitablarda açıqlayır.

Bu mövzudakı səmimiyyətini göstərən mühüm dəlillərdən biri heç şübhəsiz ki, fikirlərini Tunisdə tətbiq etməsidir. Məsələn, prezidentliyə namizəd olaraq sekulyar –  liberal demokrat olan Munsif Marzukiyi təklif etdi. Həmçinin tək başına iqtidar ola biləcək səs çoxluğuna sahib ikən, siyasi böhranı həll etmək adına müxaliflərinə “gəlin hökuməti birlikdə quraq” təklifini etdi.

Nahda Hərəkatı prezident olaraq bir liberalın, parlamentin başına isə solçu şəxsin gətirilməsi ilə demokratiyaya verdiyi əhəmiyyəti sübut etdi.

“Tunisdəki məscidlər də, çimərliklər də hər kəsə açıqdır” deyən Qannuşi bu fikirlərinə görə bəzi şəxslər tərəfindən “dindən kənar” belə sayılmasına baxmayaraq, barışdırıcı mövqeyini davam etdirdi və indiyə qədər Tunisdə sabitliyin qorunmasına səbəb oldu.

Tunis ilə bağlı çox şey yazıldı, deyildi, lakin ehtimallar hər zaman uğursuz nəticələnən kimi təqdim edildi.  Tunisdə bəzilərinin mənfi proqnozlarını boşa çıxaracaq gözəl yeniliklər oldu.

Yeniliklərin mövcud vəziyyət üçün faydalı olmasındakı ən böyük təsir heç şübhəsiz ki, hökümət ortaqlarının demokratikləşmə müddətindəki qətiyyətləri və hər təbəqə ilə dialoqa açıq bir mövqe nümayiş etdirmələridir.

Tunisdəki iqtidar və müxalifət partiyaları arasında – ideoloji fərqlərin olmasına baxmayaraq – davamlı əlaqə var. Bu əlaqə və hər mövzudakı ortaq məxrəcə gəlmə axtarışları Tunisdəki optimist ehtimalları artıran təsirlərdən ən əhəmiyyətlisidir.

Peyğəmbərimizin (səv) uğur qazanmaq üçün gətirdiyi həll: “İdarəçilikdə müşavirə etmək və ixtilafdan çəkinmək”

İqtidar ortaqlarından Nahda çox səmərəli üsullardan istifadə edərək demokratiyanı müdafiə etdiyini hər fürsətdə dilə gətirir. Məsələn, Nahda ilk zamanlarda müdafiə etdiyi bəzi fikirləri zaman keçdikcə dəyişdirdi ki, bu da irəliləyişdə mühüm rol oynadı.

Nahdanın hər təbəqəni dinləməsi və radikal islamçılarla fərqli mövqedə olduğunu vurğulaması da qarışıqlıq çıxarmağa çalışanların hiylələrini puç etdi.

Nahdaya qarşı gətirilən ən böyük tənqidlərdən biri heç şübhəsiz ki, azlıqlara da siyasi hədəfləri ilə bağlı söz haqqı verilməsi tələbi idi. Belə ki, seçkilərdə Nahda çoxluq əldə etməsinə baxmayaraq, azlıqlara da söz haqqı verərək bu tənqidləri boşa çıxardı.

Həmçinin Tunisdəki problem xalqın əksəriyyətinin Nahdanı tam qəbul etməməsi və bəzilərinin də sadəcə radikal İslami hərəkət olaraq görməsidir. Bu səbəbdən dərhal bunun əksinin izah olunması və partiyanın uzlaşdırıcı, barışdırıcı, demokratik, mötədil, müşavirəyə açıq yönünü ön plana çıxarılaraq xalq razı salınmalıdır.

Tunisdə keçən ay konstitusiya qəbul edildi və qüvvəyə mindi. Bu çox böyük uğur idi. Çünki bu konstitusiya qurularkən cəmiyyətdəki bütün müxalif təbəqələr nəzərə alındı. Tunis konstitusiyası cəmiyyətin bütün təbəqələrinin dəstəyini alması baxımından Ərəb Baharından sonra hazırlanan ilk konstitusiya olmasına görə böyük əhəmiyyət daşıyır.

Bir çox insanın ortaq qənaəti belədir ki, cəmiyyətdəki fərqlərə baxmayaraq, birlikdə yaşamaq üçün bu konstitusiya çox əhəmiyyətlidir.

Tunisdəki anlaşmazlıq mövzuları heç şübhəsiz ki, tamamilə həll edilməyib, qadın-kişi bərabərliyi və qadın haqları mövzusu bu anlaşmazlıqların başlıcalarındandır. Lakin bu mövzular da həll olunacaq kimi görünür. Çünki cəmiyyətin fərqli təbəqələrindən insanlar uzun-uzadı anlaşmazlıq mövzularını müzakirə edirlər və istəklərini dilə gətirirlər, yəni demokratiya işləyir…

Hər nə olursa olsun, siyasi böhranlar barışdırıcı şəkildə həll oluna bilər. Ağıl və siyasi yetkinlik bunu tələb edir ki, “idarəçilikdə müşavirə olması və ixtilafdan qaçınılması” Peyğəmbərimizin (səv) də həll olaraq təqdim etdiyi bir üsuldur.

“Cığallıq etmək”

Bu bir klassikadır, bir İslam ölkəsi iqtisadi və siyasi olaraq inkişaf edəndə, qonşuları ilə gözəl münasibətlər quranda bu, bəzi çevrələri narahat edir. Müxtəlif oyunlarla bu inkişaf dayandırılmağa çalışılır. Demokratiya ilə İslamın birliyi yaşandığı Türkiyədə olduğu kimi…

Lakin bu oyunları aradan qaldırmaq və inkişafı davam etdirmək əlimizdədir. Parçalanıb bölünməyi istəyənlərin əksinə birlik yolunda addım ataraq bu hiylələri puç edə bilərik.

Məsələn, Tunisdəki gözəl yeniliklərin Türkiyə tərəfindən də dəstəklənməsi, başda ticarət olmaqla hər mövzuda daha sıx münasibətlərin başlaması digər Ərəb ölkələrinə də prioritet olacaq.

Hələ bəzi şəxslər tərəfindən tam başa düşülməsə də, İslam ölkələrinin güclənməsi və aralarındakı əməkdaşlığının, həmrəyliyin artması dünyadakı sülh mühiti üçün çox vacibdir. Müsəlman ölkələrin iqtisadi və siyasi baxımdan güclənməsi, demokratiyanı haqqı ilə yaşaması və təbii ki, hüzurun, dolayısilə qonşularla da gözəl münasibətlərin qurulmasına səbəb olacaq.

Türkiyənin İran, İraq, Səudiyyə Ərəbistanı, Tunis, Liviya kimi Ərəb ölkələri ilə əməkdaşlıq içində olması və bölgədəki sərmayə, elmi imkanlar və texnoloji infrastrukturun ortaq məqsədlər üçün istifadə olunması ilə də bu birliyi tezləşdirmək mümkündür.

Adnan Oktarın  Al Hadath’da yayımlanan məqaləsi:

http://www.alhadath.ps/ar_page.php?id=1pQ8NWPyG0a280545ARlkksEeHAE#sthash.dZYFFknO.bDKnWbMh.dpbs

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma