Bəs qaçqın düşərgəsində yaşasaydınız?


B3AA8B4B-6B40-416F-ACC3-AEC1D715BF5F_mw1024_n_sHeç bir əşyanız, pulunuz, qidanız, hətta şəxsiyyət vəsiqəniz belə olmadan, soyuq bir qış günündə yollara düşməyi heç ağlınıza gətiribsiniz? Hətta belə çətin vəziyyətdə yanınızda uşaqlarınızın da olduğunu və onları qoruyacaq, isti saxlayacaq heç nəyiniz olmadığını düşünə bilirsinizmi? 6 milyon suriyalı da bunları heç düşünməmişdi, ancaq bu gün hamısı evlərini tərk etmək məcburiyyətində qalıblar. Qaçqın düşən bu insanlar üçün əsl problem də bundan sonra başlayır. Parçalanmış ailələr, sağlamlığa zərərli pis yaşayış şəraiti. Minlərlə suriyalı isə yollarda həyatını itirir.

Suriyada illərdir davam edən amansız daxili münaqişədən əziyyət çəkən də məsum Suriya xalqıdır. Bəs hələ də Suriyada qalan və müharibədən əvvəl də çətin şəraitdə yaşayan insanların olduğunu, görəsən, nə qədər insan bilir?

Müharibədən əvvəl də Suriya ən çox qaçqın yaşayan ölkələrdən biri idi. 2 milyon qaçqına ev sahibliyi edən Suriyada bu gün ən çətin vəziyyətdə olanların bir qismi burada onsuz da qaçqın olan fələstinlilərdir. 1957-ci ildə İsrailin zülmündən qaçan fələstinlilər üçün təşkil edilmiş Yermük qaçqın düşərgəsində 600.000 qaçqın yaşayırdı. Müharibənin davam etməsi ilə düşərgədən köçənlər olsa da, hələ də burada çoxlu insan yaşayır. Əsəd qüvvələrinin, əvvəlcə, hücum etdiyi, daha sonra blokadaya alaraq qida və dərman girişinə icazə vermədiyi düşərgədə həyat günbəgün daha da çətinləşdi. Belə ki, keçən il insanlar yemək tapmadıqları üçün ağac yarpaqları ilə qidalanmağa məcbur qaldıqda suriyalı alimlər “it, pişik əti yemək olar” fətvası belə verdilər. Bu məlumat belə buradakı insanların hansı şərtlər altında həyatda qalmağa çalışdığını göstərmək üçün kifayətdir. Yermük düşərgəsində qaçqınların köməyə ehtiyacı var.

Əlbəttə, bu, təcili vəziyyətlərdən sadəcə biridir. Təkcə Suriyanı tərk etməyə məcbur olan qaçqınlar deyil, Orta Şərq başda olmaqla, bütün qaçqınların həyatında irəliləyiş görünmür. Dünyada hər il getdikcə daha çox insan yaşadığı torpaqları tərk etməyə məcbur olur. Bir qismi ölkənin içində bir yerə köçür, bir qismi isə ölkə xaricinə çıxır. 95%-i Pakistan və İran kimi qonşu ölkələrə sığınan əfqanıstanlı qaçqınlar əksəriyyət təşkil edirlər. Dünyadakı hər dörd qaçqından biri əfqandır. Əfqanıstandan sonra Somali və İraq gəlir. Livanda BMT-də qeydiyyatdan keçmiş 450.000 qaçqın yaşayır. Konslagerə bənzər 12 qaçqın şəhərciyində yaşayan bu qaçqınlar yoxsulluq içində yaşayırlar. Əsas hüquqlarından və simvolik siyasi haqlarından belə məhrumdurlar. Qaçqınların çoxu İsrail ordusuna çevrilən milislər tərəfindən 1947-48-ci illərdə Fələstindən sürgün edilmişdi. Yəni 66 ildən bəri bu insanlar hələ də vətəndaşlıq hüququna malik deyillər və qaçqın kimi yaşayırlar. Yeni nəsillər qaçqın düşərgəsində doğulub böyüyürlər.

Bəs dünyadakı qaçqın problemi necə həll oluna bilər? Çətin şəraitə görə yerlərini dəyişdirməyə məcbur olan insanların ilk ehtiyacı rahat olacaqları ölkələrə sərbəst giriş və hərəkət hüququdur. Bu şəkildə uzun yoldan sonra bir də sərhəddə gözləməli olmayacaqlar və heç olmasa, səfərlərinin ilk addımı asanlaşacaq. Bu problemi və Orta Şərqdə getdikcə böyüyən qaçqın problemini həll etmək məqsədilə, əvvəlcə, İslam dövlətləri Avropa Birliyi kimi birlik qurmalıdırlar. Bir-birlərinə Avropa Birliyindəki kimi sərbəst hərəkət hüququ verəcək ölkələrin vətəndaşları bu şəkildə çətin vəziyyət olduqda asan çıxış yolu, insan koridoru tapa biləcəklər. Bu vəziyyətdə ikili vətəndaşlıq hüququ, vizasız işləmə hüququ kimi qaçqınları məhdudlaşdıran və həyatlarını normal şəraitdə yaşamalarına mane olan şərtlər də aradan qalxacaq və hər vicdanlı insanın narahat olduğu bu vəziyyət həll olunacaq.

Qaçqınların həyat şəraitinin yaxşılaşdırılması cəhətdən baxdıqda da Orta Şərqin birliyə ehtiyacı olduğunu görürük. Uzun siyasi və bürokratik yollardan əl çəkib bu vəziyyətin təcili həll olunması üçün inanclı və ya inancsız hər insan, müstəqillik və bərabərlik prinsiplərinin tərəfdarı olan hər kəs birliyə çağırmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma