Mərkəzi Afrika Respublikasındakı dəhşət və hədəfdəki Fransa


Televizordakı görüntülər 1994-cü ildə Ruandada reallaşan və bütün dünyanın gözləri qarşısında baş verən qırğınları xatırladırdı. Bir3069626-dansin-isigi gənc diri-diri yandırılmış, ətrafındakı izdiham isə yanan bədəni izləyirdi. Jurnalist, izləyənlər arasındakı silahlı bir gəncə mikrofonu uzatdı. “Müsəlmanları öldürməyə davam edəcəyik” deyirdi gənc. Yandırdığı bədən onun üçün önəmsiz bir ət yığını idi.

Bura Mərkəzi Afrika Respublikasıdır. Dekabr ayından bəri davam edən dəhşətli hadisələr səngimək bilmir. Minlərlə insan öldü, minlərləsi isə evini tərk etdi. Qırğınlar isə get-gedə artır.

Demək olar ki, bütün Afrika ölkələri kimi müstəqilliyini 1960-cı ildə qazanan Mərkəzi Afrika Respublikasının qısa tarixində 5 inqilab olmuşdur. İnkişaf etməmiş ölkələrin mənfur inqilab adət-ənənəsi heç vaxt rahatlıq görməmiş Afrika ölkələrini də əhatəyə almış vəziyyətdədir. Ötən il xristian lider Fransua Bozizenin müsəlmanlara qarşı radikal mövqeyi müsəlmanları ayağa qaldırdı və Mərkəzi Afrika Respublikası tarixinin ilk müsəlman rəhbəri Mişel Djotodiya hakimiyyəti ələ keçirdi. Yeni hakimiyyətin verdiyi ilk zəmanət dinlər arası birlik və qardaşlıq yönündə olsa da, müsəlmanlar və xristianlar arasında bugün də bir ayrıseçkilik yeli əsir. İllərdir ki, problemsiz bir yerdə yaşayan müsəlmanlar və xristianlar, tarixlərində ilk dəfə belə böyük bir münaqişə mühitinə düşüblər.

Münaqişənin olduğu yerlərdə daima radikal düşüncələri, materialist fikirləri və ya siyasi, maddi mənfəətləri axtarmaq lazımdır. Mərkəzi Afrika Respublikası almaz ixracatında dünyada birinci yerdədir. Afrika qızıl, uran, platin, kobalt kimi sərvətlərin ana vətənidir. Həmin yeraltı sərvətlərin istifadəsi və satışı digər Afrika ölkələrində olduğu kimi, köhnə müstəmləkəçilərə aiddir. Köhnə müstəmləkəçi dövlətlər 2000-ci ildən bəri diqqətini Afrikaya yönəltmiş Çin, Rusiya və ABŞ-ın varlığından çox narahatdırlar. Böyük güc mərkəzlərinin mənfəət münaqişələrinin hökm sürdüyü bölgələrdə isə əziyyət çəkən daima məzlum xalq olur. Myanmarda rohinca müsəlmanlarının yaşadığı soyqırımın əsas səbəbinin Çinə uzanan boru xətti olduğunu da xatırladaq:

Ötən ilki Mali hərəkatının nəticəsində köhnə müstəmləkələrin təhlükəli vəziyyətə düşdüyünü düşünən Fransa senatı “Afrika gələcəyimizdir” başlıqlı bir hesabat hazırladı. Hesabatda Çin və ABŞ-ın təsirinin hər keçən gün artdığı Afrika qitəsində münasibətlərin inkişaf etdirilməsi, Fransanın Mali əməliyyatını həyata keçirməsinin səbəbi kimi göstərilmişdi. Hesabatda Fransanın bu səbəblərlə Fildişi sahili, Mali, Qabon, Çad, Mərkəzi Afrika Respublikası, Somali və Nigeriyada hərbi gücünü qorumasının çox mühüm olduğu vurğulanırdı.

Bu hesabat analiz ediləndə aydın olur ki, Fransanın hal-hazırda Mərkəzi Afrika Respublikasında olmasının səbəbi öz hərbi gücünü və hegemonluğunu qorumaqdır. Belə ki, indi bölgədə reallaşan qırğınlardan dolayı Fransanı səbəbkar kimi görənlərin sayı az deyil. Bəs həqiqətən Fransa köhnə müstəmləkəçi dövlətlərdə yanlış siyasət yeridir? Hesabatda göstərilən “hərbi gücü qorumaq” ifadəsi Fransanın siyasətindəki yanlışlığın açıq ifadəsidir. Fikri, məzhəb, dini və ya irqi münaqişələr ideolojidir, bunlar əsla “hərbi güc”lə aradan qaldırıla bilməz. Avropa və ABŞ-ın hərbi investisiyası elə bu səbəbdən uğur qazana bilmir.

Fransız xalqı gözəl və dəyərli bir xalqdır. Avropanın müasir mədəniyyətini, keyfiyyətini və əsalətini çox gözəl yaşayır. Fransız xalqının ən böyük problemi isə yaşadığı və köhnə müstəmləkələrində də yaşatdığı materialist düşüncə tərzidir. “Güclünün zəifi əzdiyi” qanununa əsaslanan bu saxta materialist düşüncəyə görə, bilmədən də olsa faşist düşüncələrin bünövrəsi qurulmuşdur. Bu isə daima Afrikaya zərər vermişdir.

Halbuki, Fransa Afrikada qardaşlığı, sülhü, firavanlığı inkişaf etdirəcək bir siyasət izləyə bilər. İdeoloji münaqişələri ideoloji təlimlə yenə bilər. Materialist təlim yerinə, əsl İslam və xristianlığın qardaşlıq və bərabərlik qanunlarına əsaslandığını, insanların döyüşərək deyil, dostlaşaraq, birlik quraraq inkişaf edəcəklərini göstərə bilər. Avropanın seçmə mədəniyyətlərini bu bölgələrə daşıyaraq yeni müasir cəmiyyətlər meydana gətirə bilər. Özü inkişaf edərkən, oradakı xalqı da inkişaf etdirəcək və zənginləşdirəcək bir siyasət izləyə bilər. O zəngin torpaqlar şübhəsiz ki, hər kəsə kifayətdir.

Mərkəzi Afrika Respublikası müasirləşdikcə, sevgi və qardaşlığa əhəmiyyət verdikcə və daha çox firavanlığa qovuşduqca, Fransaya sadəcə iqtisadi deyil, mədəni əlaqə ilə də bağlanmış bir dost olacaq. Belə bir vəziyyətdə Fransa orada mədəniyyəti, sənayesi, sənəti və elmi ilə daha çox iştirak edəcək. Belə bir addım Fransaya da gözəllik və firavanlıq gətirəcək. Bu üslub Fransanın lehinədir.

Bu da unudulmamalıdır ki, müasir düşüncəyə və firavanlığa qovuşmuş xoşbəxt cəmiyyətlər əsla üsyan etməzlər və qəzəblənməzlər. Fransa nüfuzunu davam etdirdiyi Afrika ölkələri üçün silahlara pul yatırmaq yerinə, sülhü meydana gətirən və onları inkişaf etdirən bir ideoloji mübarizəyə pul sərf etməlidir. Dini ayrıseçkiliyin deyil, din birliyinin üzərində durmaq lazımdır. Bunun dəlillərini Qurandan və İncildən göstərməlidir. Əks təqdirdə Afrikada dini münaqişələr və dünyanın Fransanı hədəf götürmüş “zalım müstəmləkəçi” məfhumu dəyişməyəcək. Afrikada münaqişələrin sona çatması üçün bu həyati addım dərhal atılmalıdır.

Mərkəzi Afrika Respublikasında hal-hazırda yaşanan vəhşilik üçün isə BMT-nin fransız qüvvələri göndərmək əvəzinə, beynəlxalq təhlükəsizlik qüvvələrini bölgəyə göndərməsi daha məntiqlidir. Gecikdiyimiz hər gün minlərlə can ala bilər..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma