Yaxın Şərqdə Bitməyən fırtına: Məzhəb münaqişələri


1517-ci ildə Almaniyada bir rahib xristianlara etdikləri günahların Allah tərəfindən bağışlandığını göstərən sertifikatlar satılmasınafft99_mf3292234 etiraz etdi. Həmin vaxt heç kim sürətlə yayılan bu etirazların bütün Avropanı məhv edən, kralları taxtlarından endirən, sərhədləri dəyişdirən hadisələrə səbəb olacağını bilmirdi. Lakin bu hadisə nəticəsində Katolik Kilsəsinə qarşı olan protestantlıq dediyimiz məzhəb ortaya çıxdı və bununla birlikdə Avropa müharibə meydanına çevrildi. 30 ildən çox davam edən bu müharibə dövlətlərin devrilməsi ilə yanaşı, qitədəki əhalinin üçdə birinin (!) yox olmasına səbəb oldu.

Tarixdə yaşanmış bu böyük qırğın məzhəb münaqişələrinin nə qədər böyük fəlakətlə nəticələnə biləcəyinin əhəmiyyətli bir örnəyidir və müsəlmanlar üçün böyük ibrətdir. İndi bu təhlükə bütün şiddəti ilə Yaxın Şərqdə yaşanır və eyni sarsıdıcı təsiri müsəlmanlar üzərində göstərir.

Məzhəb münaqişələrini qızışdıran terror təşkilatlarının fikri mənbəyi və İSİD nümunəsi

Səddam Hüseyin devriləndə başda ABŞ və İraq xalqı olmaqla, bir çox şəxs artıq vəziyyətin düzələcəyini düşünmüşdü. Lakin getdikcə artan məzhəb münaqişələri bütün bölgəni təhdid etməyə başladı.

Məzhəb münaqişələrini qızışdıran terror təşkilatlarından biri də “İraq-Suriya İslam Dövləti” (İSİD) təşkilatıdır. Özünü “islami təşkilat” kimi göstərən, ancaq İslamın daşıdığı yüksək əxlaqi dəyərlərdən uzaq olan bu təşkilat şiə müsəlmanlarına istiqamətlənən terrorist hücumları ilə tanınır. Lakin Əl-Qaidə ilə əlaqəsi olan İSİD-in iç üzü və terrorist hücumlarının əsl fikri mənbəyi İraq Daxili İşlər Nazirliyi tərəfindən təşkilatın lider heyətinin adlarının açıqlanması ilə aydın oldu.

Təşkilatın lider heyətini şəkilləri ilə birlikdə nəşr edən İraq Daxili İşlər Nazirliyi bu şəxslərin ortaq xüsusiyyətlərinin Səddam Hüseyn dövründə İraq ordusunda xidmət etmək olduğunu vurğuladı. Əbu Ayman Əl İraqi, əsl adı Vəlit Casim olan Əbu Əhməd Əl Əlvani və əsl adı Samir Muhamməd olan Hacı Bəkir bu liderlərdən bəziləridir… Hamısı da Səddam dövründəki BƏƏS rejiminin şiddət ənənəsi ilə inkişaf etmiş şəxslərdir.

BƏƏS partiyası, məlum olduğu kimi, sol partiyadır və Ərəb sosializmini müdafiə edir. BƏƏS-in İslamın yüksək dəyərləri ilə heç bir əlaqəsi yoxdur.

BƏƏS rejiminin, siyasətlərini tətbiq etmək üçün şiddəti siyasi vasitə kimi qəbul etməsi partiyanın marksizm və materializm ilə olan əlaqəsinə əsaslanır. Marksizm günahsız insanların zərər çəkdiyi şiddət və terror hadisələrini inqilab üçün lazım olan qarışıqlıq mühitini təmin etdiyi üçün faydalı və vacib bilir. İqtidarda olduğu müddətdə də marksist-sosialist rejimlərin iqtidarlarını qorumaq üçün öz vətəndaşlarına şiddət tətbiq etməyi normal bir üsul olaraq gördüyü bütün marksist mənbələrdə ifadə edilən bir həqiqətdir. BƏƏS də digər bir çox marksist partiya kimi sui-qəsdlər təşkil etmiş və bombardmanlardan, hətta kütləvi cinayətlər etməkdən çəkinməmişdir.

İslam adına hərəkət etdikləri iddiası ilə İSİD terror təşkilatının liderləri bu marksist şiddət təlqinləri içində yaşamış və marksist rejimə məxsus orduda xidmət etmiş şəxslərdir. İraqda hakimiyyət dəyişdikdən sonra da bu şəxslərin şiddətə meyilli düşüncələri heç dəyişməmiş, İslamın sevgi və şəfqəti ön planda tutan yüksək əxlaqını anlamağa və yaşamağa heç yanaşmamışlar.

Yəni Səddam dövründə bəzi əsgərlər, əyinlərindəki BƏƏS formasını çıxarıb bunun yerinə “islami” bir görüntüyə bürünərək yoğrulduqları şiddət mədəniyyətini eynilə tətbiq etməyə davam edirlər. Dünən BƏƏS üçün şimalda kürdləri öldürənlər bugün İSİD üçün din adına cinayət törədirlər.

Həmin təsiri bugün Suriyada da görmək mümkündür. Suriyada nüseyrilərdən ibarət bir rəhbərlik heyəti mövcuddur. Lakin Suriyada yaşananları sünnilərin nuseyrilərə qarşı çıxması olaraq qiymətləndirmək çox yanlış olar. Qarşı çıxmağın səbəbi rəhbərlərin məzhəbi deyil, xalqa zülm edən təzyiqçi bir rejimin tətbiq olunmasıdır. İraqda illərlə zülmü ilə inlədən Səddamın BƏƏS partiyası ilə Suriyada dövlət terroru əsdirən Əsədin BƏƏS partiyası ortaq bir ideologiyaya malik olan sosialist sol partiyalardır və xalqı əzmək üçün eyni marksist-leninist terror metodlarına üstünlük verirlər.

Əsəd rəhbərliyi şiə İslamının yüksək əxlaq xüsusiyyətlərini nümayiş etmək əvəzinə, BƏƏS-in zalım üsullarını istifadə edərək Suriya xalqının gözündə etibarını itirmişdir. Suriyada axan qanın nuseyrilik və ya şiəlik ilə əlaqəsi yoxdur. Çünki şiə, sünni, cəfəri, maliki.. hər İslam məzhəbində insan Allah’ın ruhunu daşıyan müqəddəs bir varlıqdır. Bunun əksini müdafiə edən, dində var kimi göstərilən bəzi xurafata əsaslanan həqiqətdən kənar izahlar isə İslam dininin insana münasibətini əsla təsvir etmir.

Göründüyü kimi, məzhəb ayrılıqlarının varlığı həm bölgədə qarışıqlıq və terror mühiti yaratmaq istəyən qüvvələrə şərait yaradır, həm də müsəlmanların müharibə, aclıq, soyuq kimi çox çətin şərtlərdə yaşamaq uğrunda mübarizə aparmasına səbəb olur.

Bəzi müsəlmanlar da təhriklərə aldanaraq məzhəb ayrıseçkiliyindən qaynaqlanan qırğınları dəstəkləyən xurafatçı izahlara və reallıqdan kənar hədislərə etibar edirlər. Belə ki, xurafatçı alimlər İslamda heç bir yeri olmadığı halda, fərqli məzhəb və dindən olanları öldürməyin doğru olduğu yönündə fətvalar veriblər.

Halbuki, hər hansı bir şəxsi fərqli düşünür, fərqli inanır deyə öldürməyin qətiyyən İslamda yeri yoxdur. Nəinki öldürmək, bu şəxsləri hüzursuz edəcək ən kiçik bir rəftardan belə uzaq durmaq İslam dininin qayda-qanunlarından biridir. Allah Quranda cihadın, yəni İslam əxlaqını yaymaq üçün mübarizə aparmağın qan tökərək deyil, sevgi və şəfqətlə ediləcək fikir mübarizə olduğunu açıqlamışdır. Möminlərin, aralarında əleyhdarlıq edən insanlara qarşı belə ən gözəl olan bir tərzdə cavab verməsi Quranda belə buyurulur:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (“Fussilət” surəsi, 34)

Quranın bu açıq əmrinə baxmayaraq, müsəlmanların bir-birlərinə qarşı qəzəb və nifrətlə hücum etmələri çox böyük bir zülmdür. Müsəlmanların dərhal məzhəb ayrıseçkiliyini tərk edərək bu xətadan uzaqlaşmaları və Allah’ın fərz etdiyi şəkildə birləşmələri lazımdır. Allah Quranda bütün müsəlmanlara “tək bir cəmiyyət” olaraq birlik içində hərəkət etmələri bildirmişdir:

Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (“Ali – İmran” surəsi, 103)

Hər anlaşmazlıq Quranda bildirildiyi kimi, ağıl və vicdan sahibi insanlar tərəfindən sülh, tolerantlıq, hüzur və şəfqət mühitində həll edilməlidir. Bugün sülh naminə cəhd edənlər Allah’ın diləməsi ilə müsbət dəyişikliyə səbəb olacaqlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma