Yaxın Şərqdə yenə də məzhəb qarşıdurmaları və vətəndaş müharibəsinin ayaq səsləri


Üç səmavi dinin yarandığı məkan və dünyanın qəlbi sayılan Yaxın Şərq ötən yüz ildən etibarən müharibələrin mərkəzinə çevrilmişdir.erebbahari Yaxın tarixdə bölgə istər ikili, istər çoxtərəfli dövlətlərarası bir çox qarşıdurma və vətəndaş müharibəsinə, etnik təmizləmələrə, işğal və sürgünlərə səhnə olmuşdur. Xüsusilə məzhəb fərqlərindən qaynaqlanan qarşıdurmalar bölgəni qana boyamışdır. Bu gün isə Suriya və İraqda baş verən məzhəb qarşıdurmaları bütün bölgəyə yayılmış vəziyyətdədir.

Yaxın Şərqdəki hadisələri, onların hər hansı bir səbəbdən baş verdiyini irəli sürərək tək bir başlıq altında toplamaq mümkün deyil. Siyasi problemlər, iqtisadi, təhlükəsizlik problemləri, xarici qüvvələrin etnik və məzhəb fərqlərindən istifadə edərək bölgə üzərində oynadıqları oyunlar, ən başda da regiondakı ölkələrin və xalqların eyni dinə mənsub olmalarına baxmayaraq, bir-birlərindən uzaq olmaları, bundan əlavə bir-birlərini düşmən kimi görmələri Yaxın Şərqin bugünkü atmosferini meydana gətirən ayrı-ayrı səbəblərdir.

 Ziddiyyət psixologiyası bölgəyə elə hakim olub ki, insanlar qardaşın qardaşı qırdığını dərk etmirlər, hətta qardaş olduqlarını belə unudurlar. Enerji mənbələri baxımından dünyanın ən zəngin məkanında yaşamalarına baxmayaraq, dünyanın ən yoxsul xalqlarından sayılırlar. Bir yerdə sülh, bolluq və bərəkət içində yaşaya biləcək ikən, torpaqlarının yeraltı qaynaqlarından, təbii gözəlliklərindən, tarixi zənginliklərindən faydalanmır, ölkələri, şəhərləri və ən vacibi qəlbləri parça-parça edilmiş, bir-biri ilə ixtilaf içində olan xalqlar olaraq yaşamaq məcburiyyətində qalırlar.

Məzhəb qarşıdurmalarının mənfəətçi mərkəzlər tərəfindən qızışdırıldığını müdafiə edənlərin sayı heç də az deyil. Bəzilərinə görə neft və digər enerji mənbələri səbəbkardır. Heç şübhəsiz ki, neft bugün də tarixdə olduğu kimi Yaxın Şərqin formalaşmasında ən mühüm ünsürlərdən biridir. 1800-ci illərdən indiyə qədər dünyanın ən mühüm ehtiyaclarından biridir və bölgə bu sərvətinə görə böyük əhəmiyyət daşıyır. 1800-ci illərin sonunda dünyanın beşdə birini əlində saxlayan Böyük Britaniya İmperiyasının nəzarət etdiyi dünya sistemi bölgənin Qərbin hakimiyyətində olmasını vacib sayırdı və bundan başqa bir ehtimal düşünülmürdü. 1-ci dünya müharibəsindən dərhal sonra Yaxın Şərq üzərində bir çox siyasi plan və layihə formalaşdı. Bugün Yaxın Şərqdə baş verən hadisələrin məhz bu plan və strategiyaların parçaları olaraq qarşımıza çıxdığı güman edilir.

 Lakin qarşıdurmanın daha çox xalqların bilavasitə özlərindən qaynaqlandığını müdafiə edənlər də çoxdur. Müstəmləkəçilərin inzibati bölgülərinə əsasən yaranan, sərhədləri stol üzərində cədvəllə çəkilən Yaxın Şərq ölkələrinin xalqları bütün bu mənfiliklərə əlavə olaraq ortaya çıxan məzhəb münaqişələrini sevgi ilə bir-birlərinə sahib çıxaraq və qardaşcasına bir-birlərinə dəstək olaraq aradan qaldırsalar, çox güclənəcəklər və ortada heç bir problem qalmayacaq. Əks təqdirdə asanlıqla dağıla biləcək bir dövlətə sahib olacaqları, beləliklə də rahatlıqla mənfəətçi mərkəzlərin hədəfi olacaqları göz qabağındadır. Elə Yaxın Şərqdəki bugünkü mənzərə bunun nəticəsidir.

Yaxın keçmişi xatırlasaq, 2012-cu ilin dekabrında Tunisdə baş verən və Ərəb Baharı olaraq adlanan üsyan və dirçəliş hərəkatları Yaxın Şərqin fərqli yerlərinə adətən bir domino təsiri ilə yayılmışdı.

Ərəb xalqlarının demokratiya və sosial ədalət, siyasi sabitlik, ictimai razılaşma kimi istəklərini əks etdirən bu yenilik diktator rejimin devrilməsi ilə birlikdə qısa müddətdə cəmiyyət içində təzyiq altında qalan qrupların ortaya çıxmasına, digər bir ifadə ilə yeni qeyri-qanuni hərəkatlara, yeni qarşıdurmalara şərait yaratmış və vəziyyət çox gərginləşmişdi. Bugünədək Suriyadakı qarşıdurmalarda ortaya çıxan ölü sayının 120 mini keçdiyi söylənilir. Digər tərəfdən kamikadzelərin sayında gündən günə ciddi bir artım olur. İraqdakı terrorist hücumlarında ilin əvvəlindən indiyə qədər ölənlərin sayı 7000-dir. Yaxın Şərqdə terror hücumları təşkil edən gənclərin açıq artırma ilə bazara çıxarıldıqları məsələsi artıq hər kəsə məlum olan acı həqiqətdir. Qonşu torpaqlarda hər gün məsum qanı axmağa davam edir. Məzhəblərin səbəb olduğu vətəndaş müharibələrinin yaranma riski getdikcə artır. Heç şübhəsiz ki, qarışıqlığı aradan qaldırmaq üçün ən böyük məsuliyyət tarix boyu şəfqət və tolerantlıq təməlli siyasi mövqeyi, dünyəvi və demokratik quruluşu ilə ən mühüm ölkə olaraq tanınan Türkiyənin üzərinə düşür.

Türkiyə Yaxın Şərqdə çox əhəmiyyətli bir ölkədir. Bölgə ölkələri ilə yaxın münasibətləri vardır. Digər tərəfdən sülh mühitinin yaranması üçün göstərdiyi cəhdlər Yaxın Şərq mərhələsinin ən qərarlı dəstəkləyicisidir. Bəşəriyyətə sülh, ədalət və hüzur gətirmiş, tarixə mühüm töhfə vermiş köklü və zəngin bir mədəniyyətin qurucusu olan Türkiyə keçmişdə olduğu kimi, bugün də sahib olduğu gözəl əxlaq ilə bölgədə sülh və təhlükəsizlik mühiti meydana gətirməyə böyük namizəddir və elə görünür ki, gələcəkdə Türkiyənin Yaxın Şərqdəki rolu getdikcə daha da artacaq.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma