Afrika aclığa və qıtlığa məhkumdurmu?


onursudan-(1)“Afrika” 60-cı illərdən indiyə qədər aclıq, səfalət, yoxsulluq və çətinlik anlayışları ilə eyni mənalı anlayışa çevrilib.

Halbuki, Afrika qitəsi həm yeraltı qaynaqları, həm də sahib olduğu bir çox imkan və zənginlik sayəsində xalqının çox rahat, özü də yüksək rifah içində yaşaya biləcəyi bir gücə sahibdir.

Lakin sənaye çevrilişindən sonra avropalıların həm təbii zənginlik, həm də insan gücü baxımından bu qitə ilə bağlı apardığı istismar siyasəti Afrikanı tamamilə yoxsulluq, qarışıqlıq və safələtin astanasında buraxdı. Çox sayda insan burada qıtlıq və aclıqdan əziyyət çəkir, yaşamaq uğrunda mübarizə aparır, işsizlik də həddindən artıq yuxarı səvəyyədədir.

Dünya Qida Təşkilatının açıqlamasına görə, Afrikada 38 milyon insan aclıq təhlükəsi ilə qarşı-qarşıyadır. Efiopiya, Eritreya və Sudanda 18 milyon insan, Afrikanın cənubundakı Zimbabve, Zambiya, Malavi, Lesoto, Svazilend və Mozambikdə isə 16.4 milyon insan aclıq problemi yaşayır.   Afrikada başda QİÇS olmaqla, yolxucu xəstəliklər geniş yayılıb. BMT-nin rəsmi nümayəndələrinin verdiyi açıqlamalara görə, qarşımızdakı 20 il ərzində 8 milyon afrikalının QİÇS səbəbindən dünyasını dəyişəcəyi güman edilir.

Müasir cəmiyyətlərdə sadə üsullarla müalicə oluna bilən xəstəliklər tibbi vəsait və müalicə çatışmazlığı səbəbindən Afrikada uşaqların dünyasını dəyişməsinə gətirib çıxarır.

Göstərilən humanitar yardımlar isə bölgədə mafiyalaşmış qəbilə nümayəndələri və bandalar tərəfindən ələ keçirilir.

Afrika su qaynaqlarına görə zəngin olmasına baxmayaraq, qitədə çox ciddi su problemi var. Böyük Səhrada dünyanın ən geniş və istifadəyə uyğun su yataqları mövcuddur. Lakin iqtisadi çatışmazlıqlar bu suyun istifadə edilməsinə mane olur.

Afrikada insanlar təmiz su içə bilmirlər. Bu da insanlar arasında bir çox xəstəliyin yayılmasına səbəb olur. Hər il on minlərlə afrikalı bu xəstəliklər nəticəsində dünyasını dəyişir.

Dünyanın ən uzun çayı olan Nilin suyu bölgədəki bütün xalqların su ehtiyacını ödəməyə kifayət edir. Lakin bölgə xalqları arasında artan qarşıdurma və düşmənçiliklərə görə bu su “müharibə ünsürü”nə çevrilir və insanlara çatmır.

Bütün dünyada olduğu kimi Afrikada da müsəlmanlara qarşı maddi-mənəvi çox ciddi təzyiqlər və hücumlar var. Məsələn, 2013-cü ilin mart ayında Orta Afrika Respublikasında baş verən inqilabdan sonra Fransanın da dəstək verdiyi 5 ayrı üsyançı bandanın birləşməsindən ibarət, qruplar müsəlmanlara ağır təzyiq və işgəncə siyasəti başlatdı. Bu assimilyasiya hələ də davam edir.

Eritreya və Efiopiyada müsəlmanlara qarşı törədilən vəhşiliklər yüz minlərlə insanı qaçqın olaraq ölkəsini tərk etməyə məcbur etdi.

Afrika üzərində planları olanlar yalnız müəyyən qərb ölkələr və güc mərkəzləri ilə məhdud deyil. Brazilia və Çin kimi ölkələr də bu “kökədən” pay götürmək üçün yarışa başladı. Hətta Çinin sürətli iqtisadi yüksəlişindən qaynaqlanan ABŞ-Çin rəqabətinin hər keçən gün artması ilə Afrika üzərində oynanılan oyunlar da artmağa başladı.

Bu qaranlıq görüntünü aradan qaldıra biləcək tək güc isə müsəlmanların öz aralarında quracaqları sevgi, qardaşlıq və həmrəylik ruhuna əsaslanan bir birlikdir. Bu birliyin təmin edəcəyi güc bu ölkələrə hakim olduqda və ölkələr arasındakı mənəvi əlaqə yarandıqda Afrikanın qurtuluş və xoşbəxtliyi də an məsələsi olacaq.

Bölgədə sülh və qardaşlıq mühiti hakim olsa, insanlar bir-birlərinin rahatlıq və xoşbəxtliyini istəsələr, mövcud imkan və zənginliklər insanlara ədalətli şəkildə çatdırılar, aclıq, susuzluq, yoxsulluq kimi problemlər də tamamilə aradan qalxar.

Əks təqdirdə on illərdir olduğu kimi, bir müstəmləkəçi güc gedib yerinə başqa biri gələcək və ya radikal qruplar xurafatçı fikirlərinin özlərini yönləndirdiyi hücumlara davam edəcəklər və yaşanan qarışıqlıq, səfalət, əzab və sıxıntılara hər keçən gün bir yenisi də əlavə olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma