Ötən günlərdə Baş Nazir Ərdoğan və Şimali İraq Kürdistanı bölgəsinin rəhbəri Nəçirvan Bərzani arasında görüş oldu. Bu görüşün gündəmindəki ən mühüm mövzulardan biri Bağdad-Ankara ilə Ərbil-Bağdad xəttindəki münasibətləri gərginləşdirən kürd nefti idi. Digər mühüm mövzu da Suriyada da mövcud olan İraq Şam İslam Dövləti təşkilatının Kərkük-Bağdad arasındakı avtomagistralı ələ keçirməsi idi. Nəçirvan Bərzani bölgədəki təhlükəsizlik şəraitinin hansı vəziyyətdə olduğunu izah etdi və İŞİD-nin sadəcə İraq üçün deyil, bütün bölgə üçün təhdid olduğu mesajını verdi.İraqın təhlükəli bir vəziyyətdə olması hər kəsə məlumdur. Əslində İraqdakı vəziyyət ABŞ-ın işğalı ilə başlamışdı. Məlum olduğu kimi yüz minlərlə əsgər və tonlarla ağır silahla İraqı işğal edən ABŞ həmin il Səddam Hüseyn rejimini də devirmişdi. Amerikan işğalı vaxtı İraqda ölən müsəlmanların sayı isə 1.5 milyonu ötmüşdü. 4.5 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalmışdı. Bu insanların böyük qismi bugün də qaçqın vəziyyətindədirlər.
Lakin ABŞ İraqdan çəkildikdən sonra da burada vəziyyət düzəlmədi. ABŞ-ın işğalından özünə gəlməmiş İraq günü-gündən qızışdırılan məzhəb döyüşləri ilə qarşı-qarşıyadır. Heç cür təmin edilə bilməyən daxili sülh mühiti İraqı adətən qan quyusuna çevirmişdir. Hər gün ölkənin fərqli şəhərlərində partlayan bombalarla müsəlmanlar bir-birlərini öldürürlər. Qısası, İraqda hərhansı bir hüzur və təhlükəsizlik mühiti təmin edilmədi. Bunu təmin edəcək bir sistem də qurulmadı. Bu sistemin təsis edilməsində Türkiyə və İraq arasındakı bu yaxınlaşma olduqca əhəmiyyətlidir. Hətta bölgədə daxili hüzurun yaranması üçün Türkiyə sadəcə İraqla deyil, bölgədəki müsəlman ölkələrlə də yaxınlaşmalıdır. Bölgədəki müsəlmanlar və ölkələr arasında məzhəb ayrıseçkiliyi edilmədən yaranacaq qardaşlıq şüuru güclü bir birliyə səbəb olacaq. Ancaq bütün problemlərin həlli olacaq Türk İslam Birliyi hələ qurulmayıb. Bu səbəbdən başda İraq və Suriya olmaqla, İslam aləminin problemləri heç cür sona çatmır. İraqda embarqo və İŞİD təşkilatınını varlığına görə 300.000 nəfər insan bölgəni tərk etdi. İraqın digər bölgələrində də bu sıxıntılar davam edir. Bunun tək səbəbi isə təhlükəsizliyin olmamasıdır. İraq hökuməti isə bu təhlükəsizliyi təmin etmək üçün silah alır. Sadəcə Rusiya ilə bağladığı müqavilə nəticəsində bu ölkədən 4.2 milyard dollarlıq silah aldı. 4.2 milyard dollar İraq üçün çox yüksək məbləğdir. Özü də bu sadəcə Rusiyaya ödənilən miqdardır. Ölkə ABŞ, Çexiya və Koreya kimi başqa bir çox ölkədən də silahlar, vertolyotlar, F16-lar alır. Silaha bu qədər xərc qoymağın tək səbəbi isə qorunmaq arzusudur… Çünki ölkədə Əl-Qaidə, İŞİD kimi terrorist təşkilatlar hər cür şiddəti gözünü qırpmadan həyata keçirir. Lakin təşkilatların bu hücumlarından silahla qoruna biləcəyini düşünən hökumət sahib olduğu silahlara baxmayaraq, xalqını qoruya bilmir. Bu üsulun, problemləri əsla həll edə bilməyəcəyi indiyə qədər yaşanan hadisələrlə aydın olur. Heç kimin yaşamadan başa düşməyəcəyi bu hadisələr dəhşət verici ölçülərə çatmışdır.
İraqda bu təşkilatlar bombardmanlar və cinayətlərlə məsum vətəndaşların həyatına son qoymağa davam edir. Ölkədə hər gün təxminən 29 nəfər bu təşkilatlar tərəfindən qətlə yetirilir. 2013-cü ildən indiyə qədər ölənlərin sayı 10 min nəfəri keçib. Sadəcə yanvar ayında təxminən 1000 nəfər öldürülüb. Bu rəqəmlər bəlkə də yaşanan mühitin dəhşətini bir az da olsa anlaya bilməyimizə kömək edə bilər.
Buradakı vəziyyət göstərir ki, mütləq Türk İslam Birliyinə ehtiyac var. Silaha sərf olunan pulun orada yaşayan qardaşlarımızın bütün ehtiyaclarını təmin edə biləcəyi unudulmamalıdır. Belə ki, silahın çıxış yolu olmayacağı hər kəsə izah olunmalıdır. Bu mövzuda ən təəccüblü nümunə İŞİD-in ələ keçirdiyi Fəllucədir. Fəllucədə xalq silahların kölgəsi altında yaşamağa çalışır. Lakin embarqo, bombardman və qarşıdurmalar səbəbindən 9 min ailə Fəllucəni tərk etmək məcburiyyətində qalıb. Buradakı tək bir nümunə belə silahın sülhün yaranması üçün çıxış yolu olmayacağını göstərir.
İraqdakı bütün insanlar çox çətin vəziyyətdədirlər. Onları bu qədər çətin vəziyyətə salanlar isə radikal hərbçilərdir. Bu hərbçiləri belə qərarlı edən əslində sadəcə ələrindəki silah deyil, beyinlərindəki inancdır. Belə ki, onları məğlub etməyin tək yolu silahlanmaq və ya onlara silahla cavab vermək deyil, əsas olan beyinlərdəki yanlış inanca doğru inancla cavab verməkdir. Yanlış inancın doğru inanca çevrilməsi isə təlimlə olur. Xurafatçılığı və radikalizmi aradan qaldıran, müasirliyin, keyfiyyətin, gözəl əxlaqın öyrədildiyi bir təlim. Məzhəb qarşıdurmalarının sona çatdığı, neft böhranının olmadığı, tam əksinə hər kəsin həm ölkə içində, həm də qonşu ölkələrdə birlik içində qardaşca və dostca yaşamasının vacibliyini qavrayacaq, birliyin olması üçün fikri mübarizə aparan bir inancın inkişaf etdirilməsi… Əslində bu inancın yaranması və tətbiq olunması çox asandır. Çünki ruhumuzda və vicdanımızda onsuzda bu inanc mövcuddur. Sadəcə bunun dilə gətirilməsi İttihadi-İslamın tək həll yolu və mütləq şərt olduğunun təkrar xatırladılması lazımdır. Allah’ın nuru ilə nurlanmış, Quran əxlaqının tələbi olan sevgi və ədalətlə hökm edən bu birləşdirici ünsür əzilən, istismar edilən İslam ərazisinin tək ümididir. Türk İslam Birliyi bütün müsəlmanlara Peyğəmbərimizin (səv) də müjdələdiyi kimi “qardaş” olduqlarını təkrar xatırladacaq, müsəlman olmayan ünsürlərin hüzur və inam içərisində yaşaya biləcəkləri bir dünyanın təsisi üçün lazım olan zəmini hazırlayacaq. Dünyanın gözlədiyi hüzur, sevgi, sülh və qardaşlıq mühiti ancaq Türk İslam Birliyi çərçivəsində təmin edilə bilər.