Dövlətləri Aşındıran Qüvvə


indexBir çox mühəndislik layihəsinin uğuru ideal xammalın istifadəsindən asılıdır. İdeal xammal isə çəkmə, gərilmə, davamlılıq kimi bir çox fiziki sınaqdan uğurla çıxan xammaldır. Eynilə mühəndislik layihələrindəki xammal kimi dövlətlər də müəyyən dövlərdə müxtəlif sınaqlardan keçirlər. Bu sınaqlar bəzən təbii fəlakətlər, bəzən də müharibələrdir. Dövrümüzün ən populyar sınağı isə “iqtisadi böhran”dır.

2001-ci ildə baş verən iqtisadi böhranın Türkiyəni necə sarsıtdığı insanların zehnində hələ də qalıb. Bir cəmiyyət üçün böyük travma səbəbi olan bu böhran böyük sosial partlayışlar olmadan keçmişdi. Böhrandan hafizələrdə qalan ən əsas ictimai hadisə bir vətəndaşın artıq bir işə yaramadığını deyərək dövrün baş naziri Ecevitin qarşısına kassa aparatını atması idi.

Ancaq bir çox ölkədə iqtisadi böhranların nəticələri bu qədər yüngül olmur. Məsələn, həmin illərdə Türkiyə kimi iqtisadi böhran yaşayan Argentinada küçələrə axışan xalq mağazaları yarmış, varlı məhəllələrinə hücum etmiş, hər şeyi yandırıb dağıtmışdı. Dövrün qəzetləri Türkiyə ilə Argentinanı müqayisə etmiş və haqlı olaraq Türkiyədəki mənəviyyatın güclü olmasının sosial partlayışın qarşısını aldığını yazmışdılar.

Avropa indiki dövrdə iqtisadi böhrana görə ciddi sınaqdan keçir. Lakin Yunanıstan istisna olmaqla, Avropada böyük ictimai hadisələr baş vermir. Bəzi Avropa ölkələri isə sosial partlayış qədər təhlükəli təhdidlə üz-üzədir. Bu ölkələr suverenliklərini, dövlət quruluşlarını qorumaqda çətinlik çəkirlər.

Məsələn, İspaniya. Bu dəfə təhlükə İspaniyanın Bask əyalətindən qaynaqlanmır. Ölkənin ən varlılarının yaşadığı, sənaye və iqtisadiyyatın çox inkişaf etdiyi Kataloniya İspaniyanın bütövlüyünü təhdid edir. İspaniyanın Kataloniya bölgəsinə daha çox muxtariyyət tələb edən layihə parlamentin gündəliyinə gəldikdən sonra 1 milyon katalon “müstəqillik” üçün nümayişə çıxdı. Avropa Birliyi bu hadisələrdən çox narahatdır: Birlik Kataloniyanın ayrılması ilə İspaniyanın parçalanacağından, bunun da digər ölkələrə nümunə olacağından və nəticədə bütün Avropanın parçalanacağından qorxur.

İspaniyada katalonların ayrılma tələbinin səbəbi öz mədəniyyətləri ilə yaşamamaları və ya öz dillərində danışmamaları deyil. Ölkədə katalonların belə sıxıntısı da yoxdur. Ayrılma tələbinin əsl səbəbi Kataloniyanın gəlirinin milli gəlirdən 20% çox olmasıdır. Katalonlar çox işlədiklərinə görə qazandıqlarını, ancaq bundan Kataloniyadan kənar yerlərin faydalandığını düşünür. Odur ki, katalonlar öz limanlarını işlətmək, vergi toplamaq və bu vergilərdən istədikləri kimi faydalanmaq hüquqlarını tələb edirlər. Təbii ki, müstəqil məhkəmə, özlərinə xas xüsusi sistem də tələblər arasındadır.

Bənzər vəziyyət İtaliyada baş verir. Şimali və mərkəzi İtaliyada ortaya çıxan bir çox regional partiya birləşərək Padaniyanın müstəqilliyi üçün Şimal Birliyi Partiyasını qurdu. Partiyanın siyasi proqramı İtaliyanın şimal bölgələrinin lehinə İtaliyanın federal quruluşa keçməsi idi. İtaliyada da çox qazanan varlı şimal bölgəsi gəlirlərini eyni dildə danışan, eyni din və eyni etnik mənşədən olan, ancaq daha kasıb olan cənubi İtaliyadakı əhali ilə paylaşmaq istəmirdi.

İtaliya və İspaniiya bir az Avropa Birliyinin təsiri ilə, bir az da inkişaf etmiş demokratik mexanizmlər sayəsində bu əsaslı iqtisadi ayrılıq tələblərini nəzarətdə saxlayır kimi görünür. Ancaq iqtisadi səbəblərlə bütövlüyü İtaliya və İspaniyadan daha çox təhlükə altında olan ölkələr də var. İraq bunlardan biridir. Burada da problem şimali İraqla mərkəzi hökumət arasında neft gəlirlərinə görədir.

2014-cü il İraq büdcəsində Şimali İraqın mərkəzi hökumətə gündəlik 400.000 barel neft verməsini şərt qoyan maddə var. Bu maddədə “bir bölgədə çıxarılan neft mərkəzi hökumətə ayrılmasa, bu miqdarın pul məbləği həmin bölgəyə verilən büdcədən kəsiləcək” deyilir. Yəni Bağdad “əgər 400.000 barel nefti almasam, büdcədən verdiyim 17%-lik paydan bu məbləği kəsərəm” deyir. Bağdad Şimali İraqın Türkiyəyə ixrac edəcəyi neft ixracı ilə 17%-lik paydan artıq qazanmasından narahatdır. Mərkəzi hökumət şimali İraqın neft satışına mane olmasa, Bəsrə, Mosul və Kərkük də öz neftini satmaq üçün növbədə gözləyir. Onlar da çıxardıqları neftin gəlirlərini mərkəzi hökumət və ya İraqın mərkəzindəki yoxsul sünni bölgəsi ilə paylaşmaq istəmirlər. Odur ki, Bağdad hökuməti neft gəlirlərinin regional mənfəətə görə paylanmasını hökmranlığını itirmək kimi görür.

İqtisadi böhranların dövlətlərin siyasi sistemləri üçün ciddi sınaq olduğu aşkardır. Əslində Fransada krallığın ləvğ edilərək milli dövlətin qurulmasına səbəb olan 1789-cu il inqilabının ardında da iqtisadi faktorlar var. Baş verən 7 illik müharibənin əmələ gətirdiyi ağır iqtisadi böhran krallığı yerlə yeksan etmişdi. Ancaq istər dövrümüzdə, istərsə fransız inqilabında baş verən bu sınaqlarda yeganə faktorun iqtisadiyyat olduğunu demək doğru olmaz.

Böhran zamanları materialist anlayışla sintezləndikdə dünənə qədər eyni dildə danışan, hətta eyni torpağı, eyni bayrağı və eyni mədəniyyəti paylaşanlar belə bir-birlərinə tab gətirə bilmirlər. İqtisadi böhranların baş verdiyi ölkələrdə çarəsiz, yazıq, kimsəsiz, möhtac vəziyyətdəki insanlara rast gəlmək mümkündür. Çoxları bu insanların vəziyyətini görür, onlara yazığı gəlir. Ancaq bir müddət sonra bu insanların onların rifahını pozacağından narahat olurlar. Çoxları bu insanları həmin vəziyyətdən xilas etmək bir tərəfə, onları öz dünyasından çıxarmaq üçün çalışır və “öz var-dövlətimi bunlarla niyə paylaşım?” deyərək boynuna düşən məsuliyyəti inkar edir.

Halbuki, bu insanları xilas etmək, bütün dünyanın ədalət, sülh, əmin-amanlıq, rifah dolu, zəngin yer olmasını təmin etmək üçün var-dövlət və güc baxımından parçalanmaq fayda verməz. Çünki nə qədər varlı olsa da, bir çox ölkə böhran riski altındadır. İspaniya üçün böhran ehtimalı nə qədər realdırsa, Kataloniya üçün də realdır. Nəticə etibarilə o inkişaf etmiş sənayelərinə və gəlirlərinə baxmayaraq katalonlar da, şimali italiyalılar da kasıb deyə alçaltdıqları insanlar kimi bir boşqab yeməklə doyurlar. Bu, əslində var-dövlətin və qüvvənin təkbaşına bir etibar göstəricisi olmadığını göstərir.

Var-dövlətin və gücün yazıq, möhtac insanların faydasına istifadə edilməsi üçün, əvvəla, insanlar vicdan sahibi olmalıdırlar. Vicdanlı olmağın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar daima vicdanları ilə hərəkət edərlər.

Beləliklə, dünyadakı ədalətsizliyin, qarışıqlığın, terrorun, qırğınların, aclığın, yoxsulluğun və zülmün yeganə həll yolu var: Quran əxlaqı.

Dünyadakı problemlərə baxdıqda, bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətçilik, eqoistlik, laqeydlik, zalımlıq kimi hisslərin və ağılsızlığın səbəb olduğunu görərik. Bu problemləri həll edib tamamilə aradan qaldırmağın yolu isə sevgi, şəfqət, mərhəmət, qarşılıq gözləmədən xidmət etmək, həssas olmaq, fədakarlıq, dostluq, tolerantlıq və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqı ilə yaşayan insanlara məxsusdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma