Dövr: Kaynozoy erası, Miosen dövrü
Yaşı: 15 milyon il
Bölgə: Stuart Sprinqz, Nevada, ABŞ
Fosil qeydlərində canlıların bədənlərinin ancaq müəyyən hissələrinə rast gəlinir. Şəkildə 15 milyon illik alabalıq quyruğu görürsünüz. Göründüyü kimi, 50 milyon il əvvəlki, 15 milyon il əvvəlki və müasir dövrdəki alabalıq quyruqları arasında heç bir fərq yoxdur.

Qovaq yarpağı
Söyüdkimilər fəsiləsinə aid olan qovaq ağacları milyon illərdir heç bir dəyişikliyə məruz qalmadan yaşayırlar. Milyon illər əvvəlki üzvi və quruluş xüsusiyyətləri ilə dövrümüzdəki xüsusiyyətləri arasında heç bir fərq yoxdur. 15 milyon il əvvələ aid qovaq yarpağı fosili bu faktı sübut edir.

Çəmən ağcaqanadı
Bütün canlı növlərində olduğu kimi, çəmən ağcaqanadlarının da dəyişməməsi təkamülçülərin iddialarının doğru olmadığını göstərir. Təkamül XIX əsrin ibtidai elmi səviyyəsində irəli sürülmüş, cahillikdən qəbul edilmiş, ancaq XX və XXI əsrin elmi ilə təkzib edilmiş nəzəriyyədir.