İslam Və Keyfiyyət


0_2c64d_cd4a1e01_XLİslamda keyfiyyət çox həyati məsələdir. Dövrümüzdə bir çox İslam ölkəsində sevgidən, tolerantlıqdan, incəsənətdən, gözəllik və estetikadan uzaq həyat tərzi hakimdir. Bu vəziyyət Allah`ın Quranda bizə tərif etdiyi gözəl, təmiz həyat tərzinə tamamilə zidd olmasına baxmayaraq, yenə də bu xalqlar tərəfindən doğru qəbul edilir. Halbuki, keyfiyyətsiz, estetikadan uzaq həyat tərzi müsəlmana əsla yaraşmaz.

Keyfiyyətdən uzaq həyat tərzi insanın düşüncə tərzindən həyatdan aldığı zövqə, hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, ədəb-ərkanından söhbətinə, süfrə davranışına qədər bütün həyatına təsir edir. Keyfiyyətə əhəmiyyət vermədikdə və insanların həyatında estetika, gözəllik kimi məfhumlar olmadıqda isə dünya bir növ cəhənnəmə çevrilir.

Bu kobud həyat tərzinin tam əksinə, keyfiyyət, təmizlik və etikanın əhəmiyyəti Quranda xüsusi vurğulanmışdır. Uca Allah bir ayəsində “Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!” (Muddəssir surəsi, 4-5) buyuraraq müsəlmanların bütün imkanlarından istifadə edərək tər-təmiz həyat yaşamalarını bildirmişdir. Ona görə də keyfiyyət müsəlmanların ən əsas xüsusiyyətlərindən biridir.

Hal-hazırda İslam aləminin ən böyük problemlərindən biri məhz keyfiyyətin bəzi müsəlman ölkələrdə çatışmamasıdır. Əlbəttə, İslam əxlaqını doğru anlayıb yaşayan, keyfiyyətə, incəsənətə, estetikaya lazımi qiymət verən çox səmimi müsəlmanlar da var. Ancaq bəzən informasiya və təhsil çatışmazlığına, bəzən də İslamı Quran əvəzinə adət-ənənələrdən öyrəndiklərinə görə dünyanın bir çox yerində bu cəhətdən geridə qalmış müsəlmanlar var. Müsəlmanlar əleyhinə propaqanda yaymaq istəyən kütlələr də əsasən keyfiyyət əksikliyinin olduğu ölkələri dünyaya “əsl müsəlman modeli” kimi tanıtmağa çalışırlar. Bu səbəbdən televiziyada, qəzetlərdə, internetə yüklənən şəkil və videolarda dünyanın bir çox yerindən olan müsəlmanlardakı keyfiyyət əksikliyini göstərən mənzərələrlə rastlaşırıq. Odur ki, İslamı yanlış anlayıb yanlış yaşayan müsəlmanlar bütün dünyanın İslamı yanlış tanımasına səbəb olurlar.

Bu yanlış nümunələrə görə bir çox insan “müsəlman” dedikdə qaba, sevgisiz, bədbin, incəsənətdən uzaq, elmə qarşı çıxan, zarafat anlayışı olmayan, gözəl və estetik geyinməyi bilməyən, müasirlikdən uzaq insan modeli təsəvvür edir. Musiqidən zövq almayan, şən insanlara müdaxilə edən, təmizliyə diqqət etməyən, nəzakətsiz, şəfqətsiz, qadınları ikinci, hətta üçüncü sinif varlıqlar kimi görüb onlara dəyər verməyən düşüncə tərzi dünyanın bir çox yerində müsəlmanların əsas xüsusiyyətləri kimi qəbul edilir. Bu isə, təbii olaraq, dünya ictimaiyyətində narahatlığa səbəb olur, insanlarda İslama qarşı əks-münasibət doğurur.

Bəzi müsəlman qardaşlarımız isə bunun əsl səbəbinin İslamı yanlış anlayıb, yanlış yaşayıb, dünyaya da yanlış tanıdan müsəlmanlar olduğunu dərk etmir, insanları “İslama qarşı çıxmaqla və müsəlmanlara düşmən olmaqla” təqsirləndirirlər. Halbuki, insanlar əsl İslama deyil, gördükləri yanlış müsəlman modelinə görə zehinlərində formalaşmış yanlış dinə- keyfiyyətsizliyə əks-münasibət bəsləyirlər. Bu əks-münasibətin digər səbəbi də həqiqi İslamla əlaqəsi olmayan keyfiyyətsiz, kirli, çirkin, baxımsız müsəlman modelini bəzi müsəlmanların israrla müdafiə etməsidir.

Halbuki, din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, rahatlıq, mehribanlıq, yoxsulları, yetimləri, ehtiyac içində olanları, yaşlıları, Allah`ın yaratdığı hər şeyi – insanları, bitkiləri, heyvanları, qısası, bütün varlıqları sevmək deməkdir. Bu cür üstün əxlaq anlayışı isə, əlbəttə, həyatın hər sahəsinə, insanların bütün düşüncə və davranışlarına keyfiyyət və kübarlıq qazandırır. Ona görə Qurandakı əxlaqla yaşayan müsəlmanlar yer üzünün ən keyfiyyətli, əsalətli insanları olurlar.

Bəzi müsəlman xalqlar keyfiyyətsiz həyat tərzindən xilas olmaq üçün, əvvəla, keyfiyyətin müsəlmanların əsas xüsusiyyəti və Quran əxlaqının tələbi olduğunu dərk etməli və qəbul etməlidirlər. Daha sonra bu müsəlman xüsusiyyətini ən gözəl şəkildə tətbiq etmək üçün keyfiyyəti həyatlarının hər sahəsinə aid etməli, keyfiyyəti rəhmani məqsədlə səbirlə və qətiyyətlə həyat tərzlərinə hakim etməlidirlər.

İncəsənətdə, elmdə, estetikada, siyasətdə, qısası, hər sahədə və hər yerdə keyfiyyət olduqda İslama qarşı insanlarda formalaşmış mənfi rəy də aradan qalxar. Qarşınızdakı insan dinsiz də olsa, ona “sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq, demokratiya, xoş niyyət, sosial ədalət, elmdə, incəsənətdə, estetikada irəliləyiş olan, xoşsöhbət mühit” təqdim edilsə, qəbul edər. Həqiqi İslam da belədir, bütün bu xüsusiyyətlər ən üstün səviyyədə İslam əxlaqında var.

Məsələn, Peyğəmbərimiz (səv) yaşadığı dövrün imkanları çox məhdud olmasına baxmayaraq, keyfiyyətə, estetikaya və gözəlliyə çox əhəmiyyət vermişdir. Yaşadığı dövrün çətin şəraitində səhra mühitində evinin ətrafında gül becərmişdir. Ən çətin şəraitdə belə ən gözəl, ən estetik, ən keyfiyyətli mühiti yaratmağa çalışmışdır. Peyğəmbərimizin (səv) özü, paltarları, evi həmişə tər-təmiz olmuşdur. O dövrün imkanları çərçivəsində ən keyfiyyətli, ən gözəl ətirdən istifadə etmiş, ən keyfiyyətli, görkəmli, yaraşıqlı paltarları geyinmişdir. Müraciət üslubu, seçdiyi cümlələr, nitq mədəniyyəti çox keyfiyyətli olmuşdur. Yerişi, oturuşu-duruşu, yemək ədəbi çox keyfiyyətli idi. Hər anına, hər halına keyfiyyət hakim olmuşdur.

Ona görə müsəlmanlar da əxlaq anlayışlarını və həyat tərzlərini müəyyən edərkən uca Allah`ın Quran ayələri ilə tərif etdiyi, insanlara nümunə göstərdiyi Peyğəmbərimizin (səv) gözəl əxlaqından nümunə götürməlidirlər.

Həqiqi İslam əxlaqını mənimsəmiş müsəlmanlar İslamı yanlış anlayaraq keyfiyyətsiz həyat tərzi yaşayan xalqlara bu əxlaqı təbliğ etməlidirlər. Keyfiyyətsiz, kirli, baxımsız, bədbin, müasirlikdən, incəsənətdən, estetikadan, əxlaq və ədəbdən uzaq modelin həqiqi İslamla əlaqəsi olmadığını bu xalqlara göstərməlidirlər.

Unutmaq olmaz ki, əks təqdirdə həm yaxşı niyyətli bir müsəlman həqiqi İslamdan uzaq əxlaq və həyat modeli ilə yaşayaraq Allah`ın rizasını qazanmaqdan məhrum olacaq, həm də qeyri-müsəlman xalqlar İslamı yanlış tanıyaraq İslama qarşı gərəksiz əks-münasibət bəsləyəcəklər.

Bunun qarşısı alındıqda isə dünya sülh və əmin-amanlığa qovuşacaq, müxtəlif inanclara, fikirlərə malik xalqlar belə tolerantlıqla birlikdə yaşamaq imkanı əldə edəcəklər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma