Qadınları sosial həyatdan uzaqlaşdırmaq siyasətinin yanlışlığı


Qadın-kişi ayrıseçkiliyi geridə qalmış ölkələrdə olduğu kimi, inkişaf etmiş ölkələrdə də çox böyük biris_kadinlari_icin_stil_onerisi_h1374 problemdir. Bu problemin qəbul edilməsi isə daha da böyük problemə çevrilib.

 Bəzi cəmiyyətlərdə qadınlar kişilərin kölgəsi kimi qəbul edilir, özü də bu qəribə düşüncə təhsili olub-olmamasından asılı olmayaraq bütün dünyaya hakim olmuş vəziyyətdədir.

Cinsi ayrıseçkilik cəmiyyətdə qadınların əsas xidmətlərdən istifadə edə bilməməsi, kişilərlə bərabər olmayan şərtlərdə yaşaması, şiddətə məruz qalması, siyasətdə və iş həyatında az təmsil edilməsi şəklində təqdim olunur. 

Bu isə qadınların sosial həyatdan tamamilə uzaqlaşdırılması deməkdir. Bu bərabərsizliyin dəyişməsi üçün kişilər kimi qadınlar da məsuliyyət götürməli və ayrıseçkiliyin aradan qaldırılması üçün qadınlar da fəal olmalıdırlar.

Bunun üçün də demaqoq izahatlar tərk edilməli, dünyamiqyaslı təhsil imkanları artırılmalı, bərabərliyin, sevginin, insan olmağın əhəmiyyəti xatırladılmalıdır. Xüsusilə, İslam ölkələrindəki qadınların özlərinin belə qəbul etdiyi ayrıseçkiliyin yox edilməsi üçün Qurandakı din əxlaqı izah olunmalıdır.

Qadını yarımçıq hesab edən zehniyyətə qarşı Əsri-Səadət əxlaqı

Allah insanları bərabər yaratmışdır. Üstünlük ayələrdə və Peyğəmbərimizin (səv) hədislərində də bildirildiyi kimi, ancaq yaxşı xasiyyət və gözəl davranışlara, yəni təqvaya görədir. Xurafatçı düşüncəyə sahib olan insanlara görə isə qadın əskik, yarımağıllı, hətta lənətli və mütləq nəzarət altında saxlanılmalı bir varlıqdır.

Bu batil zehniyyət tərəfindən qadın bəzən elə bir təhlükə olaraq görünür ki, varlıqları belə təhdid kimi qavranılır. Ona görə evdə dustaq saxlanılmaları ən gözəl çıxış yolu olaraq düşünülür. Bəziləri bununla da kifayətlənmir, ağılın, məntiqin sərhədlərini aşacaq təkliflər irəli sürürlər. Belə ki, qadının evdən ətrafı görə biləcəyi pəncərələr, kiçik dəliklər belə tutulmalı, xarici dünya ilə bütün əlaqəsi kəsilməlidir.

Qadınlara yönəlmiş bu qatı, mühafizəkar mövqe öz mənbəyini Peyğəmbərimizə (səv) aid olmayan hədislərdən və bəzi alimlərin Qurana uyğun olmayan fətvalarından götürür. Elə bu vəziyyət İslam dünyasını yüz illlər boyu qaranlığa məhkum etmişdir.

Halbuki, Əsri-Səadət dövründə qadınlar və kişilər sosial həyatın hər mərhələsində birlikdə fəaliyyət göstəriblər. Qadın səhabələr arasında tacirlər, həkimlər, şairlər var idi. Xüsusilə, Mədinəyə hicrətin ardınca, qadın səhabələr də yeni İslam cəmiyyətinin quruluşu mərhələsində çox böyük xidmətlər və fədakarlıqlar göstərmişdilər.

Peyğəmbərimiz (səv) qadınların kişilərlə bərabərliyini vurğulamış, hətta qadınların bir çox mövzuda daha öndə olmasını təşviq etmişdir. Qadınların təhsilinə böyük əhəmiyyət vermişdir. Qadınlar məscidə gəlib Peyğəmbərimizin (səv) söhbətlərini dinləmiş, bayram namazlarında iştirak etmişdilər.

Əsri-Səadət dövründə qadınlara belə dəyər verilərkən dövrümüzdə xüsusilə də İslam ölkələrində baş verənlərin bunun tam əksi olması düşündürücüdür.

İslam ölkələrindəki qadınların vəziyyəti 

Hal-hazırda İslam ölkələrinin əksəriyyətində qadınlar sosial həyatdan tamamilə uzaqlaşdırılmış vəziyyətdirlər. Məsələn, Səudiyyə Ərəbistanında qadınların səs vermə və namizəd olmaq hüququ yoxdur, maşın istifadə etmələri qadağandır. Kitabxanalara girə bilmirlər, ancaq bir kişi onlar adına kitabxanadan kitab ala bilir, hətta qadınların bir çoxu şəxsiyyət vəsiqəsinə belə sahib deyil.

Yəmən adət-ənənələrinə görə bir qadın hərhansı bir səbəbdən həbsə düşsə, ailəsi onu rədd edir və maddi-mənəvi bütün əlaqələri kəsilir. Orada da qadınların maşın sürmələri və səs vermələri qadağandır.

Əl-Cəzairdə qadınlar sadəcə bir gözlərinin görülə bildiyi qəribə çarşab geyinirlər.

Pakistanın Hayber Pahtunva əyalətində qadınların yanlarında bir kişi olmadan bazarlıq etmələri qadağandır. Bunun səbəbi isə qadınların kişilərin diqqətini dağıdacağı qorxusudur.

Əfqanıstanda qızların təhsilinə mane olmaq məqsədi ilə məktəblər yandırılır, qız şagirdlər, müəllimlər hücumlara məruz qalır, öldürülürlər. Küçələrdə qızların məktəbə getməsinə mane olmaq üçün təhdidedici elanlar paylanılır. Əfqan qadınlarının təxminən 90%-i oxumaq, yazmaq bilmir. Qadınların mülkiyyət və miras hüququ konstitusion nəzarət altında deyil.

İordaniya, Tunis kimi bəzi ölkələrdə isə digərlərinə görə qadın hüquqları mövzusunda böyük irəliləyişlər qeydə alınıb.

Dünyamiqyaslı görülən işlərdə cinsi ayrıseçkilik sosial, psixoloji və daha bir çox yöndən tədqiq edilir, hesabatlar, statistik cədvəllər hazırlanır, vəziyyətin gərginliyi açıqlanır, lakin bu üsullarla nəticənin dəyişmədiyi və bundan sonra da dəyişməyəcəyi açıqdır.

Xüsusilə, İslam ölkələrindəki qadınlara aşağı statuslu insanlar kimi rəftar edilməsinə əngəl olmaq üçün heç şübhəsiz ki, ciddi təhsil lazımdır. Həm qadınların, həm də kişilərin Quran əxlaqı ilə təhsil alması və şüurlandırılması tək çıxış yolu olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma