Səbəb Həqiqətən də Məzhəb Fərqidirmi?


680-ci ildə hz. Əlinin oğlu hz. Hüseyn İraqın Kərbəla şəhərində şəhid edildi və bununla müsəlmanlarimg1513043 arasında sünni-şiə ayrılığı başladı.” Bu cümlə müsəlmanlar arasındakı məzhəb ayrılığından qaynaqlanan qanlı qarşıdurmaların mənbəyini araşdıranların başladığı ilk nöqtədir. Bəs bu cümlə vəziyyətin əsl səbəbini nə qədər açıqlayır?

İnsan yaradılan ilk nəsildən başlayaraq zorakılıqla imtahan olunmuşdur. Hz. Adəmin oğlu Qabil qardaşı Habili şəhid etmişdir. İslam dinindən əvvəl də dünyada müharibələr olub. Müasir dünyaya baxdıqda da həm İslam coğrafiyasında, həm də başqa yerlərdəki qarşıdurmaların müxtəlif səbəbləri olduğunu görürük. Məsələn, 1979-cu ildə baş verən İran İslam İnqilabı dövründə çoxlu sayda inqilab müxalifi edam edilmişdir. İranda baş verən bu qanlı hadisələrdə Şah Pəhləvi tərəfdarları ilə inqilab tərəfdarları arasında məzhəb fərqi yox idi. Qarşıdurmaların səbəbi də məzhəb fərqi deyildi. Yaxın zamanda vətəndaş müharibəsi baş verən Livanda da qarşıdurmalar məzhəblərarası anlaşılmazlıq səbəbi ilə başlamamışdı.

İraqda məzhəblərarası bombalama və silahlı hücumlarda həyatını itirənlərin ümumi sayı həddən artıqdır. Halbuki, bu qrupları bir-bir təhlil etdikdə öz aralarında da mübarizə apardığını görürük. Məsələn, şiə qrupun sünni qrupa və sünni qrupun şiə qrupa hücumlar etdiyi doğrudur, ancaq şiə iraqlılar da öz aralarında mübarizə aparırlar.

Bənzər vəziyyət Suriyaya da aiddir. Bir tərəfdən Bəəs rejiminə qarşı çıxan qruplar digər tərəfdən öz aralarında mübarizə aparırlar. Ancaq Suriyadakı hadisələr nə başlanğıc mərhələsində, nə də bu günkü mərhələdə məzhəb fərqindən qaynaqlanan qarşıdurma deyil. Doğrudur, Suriyanın Əsəd rejiminin icraedici heyəti Nusayri məzhəbinə mənsubdur, lakin xalqın qiyam etməsinin səbəbi hökümətin nusayri olması deyil, xalqı əzən təzyiq rejimidir. Əgər Əsəd höküməti şiə İslamının əxlaqi xüsusiyyətlərini nümayiş etdirsəydi, bütün Suriya xalqının baş tacı olardı. Əsas məsələ də elə budur. Uzun illərdir diktatura rejimi ilə idarə edilən Suriyada Bəəs məntiqi və ideologiyası hakimdir. Kommunist Bəəs ideologiyasının zorakılıq və materialist məntiqinə əsasən insana dəyər verilmir. Halbuki şiə, sünni, cəfəri, maliki olsun, hər İslam məzhəbində insan Allah`ın ruhunu daşıyan müqəddəs varlıq sayılır. Dində olduğu iddia edilən bəzi xurafatçı izahlar İslam dininin insana baxışını əks etdirmir.

Bu gün müsəlman dövlətlərin də problemi olan zorakılıq məntiqi fərqli səbəbdən qaynaqlanmır. Sovet Rusiyasında rejim müxaliflərinin amansızcasına qətlə yetirilməsi, nasist Almaniyasında ari olmayan irqlərin aradan qaldırılması, Balkan yarımadasındakı etnik təmizləmə hərəkatı, Amerikadakı təhsil müəssisələrində əlinə avtomat alan bir şagirdin yoldaşlarını güllələməsi, Ruandada hutuların tutsiləri qırmasının əsas səbəbi əslində eynidir. Əgər bir insana güclülərin gücsüzləri aradan qaldırmasının təbii proses olduğu öyrədilərsə, həmin insan üçün ölmək və öldürmək normal hal olacaq. Əgər bir gəncə qarışıqlıq, zorakılıq və müharibənin normal olduğu göstərilərsə, həmin gənc kütləvi ölümləri fəlakət deyil, statistika kimi qəbul edəcək. Syerra-Leone dağlarındakı partizan ilə Rusiyadakı hərbçi, Kambocadakı əsgərlə “İslam inqilabı” adı altında öz fikirlərinə zidd insanları öldürən əsgər ideoloji cəhətdən eyni mənbədən maariflənir: darvinizm və materializmin zərurəti olan qarşıdurma. İnkişaf etmək üçün qarşıdurmanın şərt olması fikri, yəni dialektikanın materialist şərhi, görünən səbəb nə olursa olsun, hər döyüşün, qarşıdurmanın kökündə dayanır.

Materializmə görə kainatdakı inkişafın yeganə təkanverici qüvvəsi ziddlər arasındakı qarşıdurmadır. Ziddlər mübarizə aparır, güclü olan həyatda qalır, zəif olan məhv olur. Bəşəriyyət tarixi də bu mübarizə sayəsində inkişaf etmiş, insan bu mübarizə sayəsində təkmilləşmişdir. Bu qanlı ideologiyanın doğurduğu nəticə daimi mübarizənin labüd olduğunu irəli sürür. Bu cür yanaşma sonu olmayan “qan tökmə duyğusu” meydana gətirir. Bu ideologiyalarla tərbiyə edilən hər kəs bir-biri ilə mübarizə aparır, bir-birinə zülm edir, hətta qan tökür. Allah`ın insanlara əmr etdiyi sevgi, hörmət, fədakarlıq, paylaşmaq kimi insanpərvər hisslər, sülh və əmin-amanlıq mühiti tamamilə aradan qalxar. Odur ki, problemləri şiddət yolu ilə həll etmə meylində olan bu inanca görə qarşıdurmanın səbəbi bir gün siyasi fərqlər, bir gün məzhəb fərqi, başqa gün də milli fərq ola bilər. Bəzi qərb icmalçılarının iddiasının əksinə, İslam dininə inanan, eyni Allah`a, eyni Peyğəmbərə, eyni Qurana iman gətirən insanların bir-birinə məzhəb fərqi adı altında zülm eməsinin heç bir dini təməli yoxdur, ola da bilməz.

Ziddiyyətlərin olması vəhşilik və qırğın etməyə səbəb ola bilməz. Ziddiyyətlər hər yerdə mövcuddur. Gecə ilə gündüz, işıqla qaranlıq, müsbətlə mənfi, soyuqla isti, yaxşı ilə pis həmişə var. Ancaq bu ziddiyyətlər gözəlliklərin vurğulanması, tolerantlıq, sülh və bağışlama kimi gözəl əxlaqi xüsusiyyətlərin ortaya çıxması üçün yaradılıb. Eyni vəziyyət ideologiyaya da aiddir. İnsanların fərqli düşündükləri üçün bir-birlərini öldürüb amansızcasına qətlə yetirmələri doğru deyil. Hər ziddiyyət, Quranda bildirildiyi kimi, ağıl və vicdan sahibi olan insanlar tərəfindən sülh, əmin-amanlıq və tolerantlıqla həll oluna bilər. Bu gün sülh üçün ayağa qalxıb irəli çıxanlar mütləq müsbət dəyişikliyə səbəb olacaqlar.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma