Suriya, Şərqi Türkistan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…


439650_433468Hal–hazırda dünyanın demək olar ki, hər tərəfində böyük qarışıqlıq hökm sürür. Vəziyyətin nə qədər ciddi olduğunu mediada yer alan xəbərlərdən də görə bilərik. Hər gün yüzlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır, yüzlərlə insan qətlə yetirilir. Gənc qızlar, qadınlar zorakılığa, uşaqlar təcavüzə məruz qalır. Atılan zəhərli silahlar səbəbiylə körpə uşaqlar göz görə-görə can verirlər. Zülm elə bir həddə çatıb ki, hamilə qadınların qarınlarından uşaqları kəsilərək çıxarılır, insanlara tük ürpətici işgəncələr edilir. Bu sıxıntılı vəziyyət dünyanın demək olar ki, hər bölgəsində davam etdiyi halda, müsəlmanların üzərindəki təzyiq xüsusilə diqqət çəkir.

Bəzi ölkələr müsəlmanlara edilən bu zülmə və zorakılığa göz yumur. Sanki bu hadisələr yaşanmırmiş kimi onlara qarşı heç bir reaksiya da verilmir. Bu ölkələrin televiziya kanalları müsəlmanların insanlıqdan kənar işgəncə və zülmlərə məruz qaldıqlarını yayımlayıb insanları bu yöndən maarifləndirib ən azından öz vəzifələrini yerinə yetirmək əvəzinə bütün gün boyu faydasız proqram və seriallarla insanların vaxtını səmərəsiz şəkildə keçirmələrinə səbəb olurlar. Bəzi ölkələr bu yaşanan zülmü, haqsızlığı sadəcə günlük xəbərlər olaraq yayımlamaqla kifayətlənirlər.

Bəzi ölkələrdə səssizlik davam edərkən bir yandan da xarici qüvvələr günahlandırılır. Halbuki, hər şeyin səbəbkarı və gunahkarı olaraq xarici qüvvələri göstəmək və ya onları lənətləmək həll yolu deyil. Çünki heç bir halda məsələnin həll yolu ortaya qoyulmur. Heç kəs” nə edək ki, insanlıq bu zülmdən qurtulsun”- deyə cəhd göstərmir .

Bu hadisələr qarşısında müsəlmanlar əvvəlcə özlərinin harada yanlış etdiklərini araşdırmalıdırlar. Müsəlmanlar Suriya və digər ölkələrdə olduğu kimi, İslam tarixində hələ görülməyən bir qiyama məruz qalarkən, buna qarşı nə üçün heç bir reaksiyanın olmadığını çox yaxşı düşünməlidirlər…

“Qardaş və Ümmət “olmaq

Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!(Ənbiya surəsi, 92)

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10) ayələri ilə Rəbbimiz müsəlmanlar arasındakı birliyə diqqət çəkir.

Bir müsəlmanın əsl hədəfi Allah’ın rızasını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də Qurana və Peyğəmbərimizin (sav) göstərdiyi yola tabe olmaq lazımdır.

Qurana və hədislərə nəzər salsaq bir-birindən fərqli müsəlman qruplarından deyil, tək bir ümmətdən, qardaşlıqdan bəhs edildiyini görərik. Bu qardaşlığın, yəni birliyin pozulması və ayrılığın yaranması isə təbii ki, Qurana ziddir və Quranda bu təxribat olaraq bildirilir. Hal-hazırda dünyada yaşanan bu vəziyyət də elə Quranda bildirildiyi şəkildədir. Yəni müsəlmanlar arasında ixtilaf var. Dolayısilə müsəlmanların yenidən ümmət olmağa, qardaşlığa, birliyə niyyət etmələri və bu yöndən ciddi şəkildə cəhd etmələri lazımdır.

Müsəlmanların birlik olmalarının vacibliyini bildirən ayələrdən bəziləri bunlardır :

Kafirlər də bir-birinə dostudurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir… (Ənfal surəsi, 46)

Peyğəmbərimizin (sav) Müsəlmanların bir-birlərilə nəinki savaşmaq, bir-birlərinə buğz belə etməməsini, düşmənçiliklərini tez bir zamanda aradan qaldırılmasını tövsiyyə etdiyi bəzi hədislər isə bunlardır:

Bir-birinizə buğz etməyin. Bir-birinizə həsəd etməyin. Bir-birinizə arxa çevirməyin. Bir-birinizlə əlaqəni kəsməyin. Ey Allah’ın qulları qardaş olun… (Buxari- Müslim- Riyazüssalihn s. 930)

Bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və bir-birlərinə şəfqət xüsusunda möminlər adətən tək bir bədən kimidirlər. Ondan bir üzv şikayət edərsə, yuxusuzluq və atəşlə vücudun digər üzvləri də onunla iştirak edərlər. (Buxarî, Salât, 88; Müslim, Birr, 65)

Ayə və hədislərdəki hökm əslində çox aydındır. Müsəlmanlar hər nə olursa olsun, ayrılığa düşməkdən çəkinməli və hər zaman haqqın və ədalətin tərəfində olmalıdırlar. Nəticədə bu məzlumların qorunmasına və zülmə qarşı mənəvi birlik və həmrəyliyə, fikri mübarizə aparmağa səbəb olacaqdır.

Şəxsi mənfəətləri üçün Türk İslam Birliyini istəməyənlər böyük qəflətdədirlər

Türk İslam Birliyini istəməyənlər dünyada bu qədər zülm və işgəncə olduğu halda, ancaq öz rahatlığını düşünüb bu zülmə biganə yanaşanlardır. Məhz bu yanlış düşüncəni düzəltmək, İslam Birliyinin vacibliyini anlatmaq digər müsəlmanların məsuliyyətidir. Çünki Türk İslam Birliyini istəməyənlər:

-Öz ölkələrində təzyiq görmədən, maddi cəhətdən sıxıntı çəkmədən rahat yaşaya bilərlər, amma, Suriyada insanlar aclığa məhkum olunaraq şəhid edilirlər…

-O insanlar mənfəətlərinə zərər gələcəyini düşünərək “Türk İslam Birliyinə ehtiyac yoxdur” deyə bilərlər. Amma Arakanda müsəlmanlar öz evlərinin içində yandırılırlar. Şərqi Türkistandakı müsəlmanlardan heç bir xəbər yoxdur …

-O insanlar Türk İslam Birliyinin vacibliyinin nə qədər əsas olduğunu görməyə bilərlər. Amma məzlumlar “Rəbbim bizə bir qurtarıcı göndər” deyə sabah axşam dua edirlər …

Bax buna görə də Müsəlmanların şövqünü və həyəcanını qıran, Türk İslam Birliyinə yanaşmayan insanlara bu davranışın nə qədər yanlış olduğunu anlatmaq lazımdır. Türk İslam Birliyinin vacibliyini xatırlatmaqla müsəlmanların təkrar birlik halında olmaları üçün ciddi əmək sərf etmək həddən artıq əhəmiyyətlidir .

Bunu necə edə bilərik ?

Bu da təbii ki Quran əxlaqının öyrədilməsi ilə, elmi dəlillərlə sağlam bir imana səbəb olacaq işlər görməklə, yəni öyrətməklə mümkündür. İnsan yavaş-yavaş öyrəndiyi zaman şüuru açılar, eqoistlikdən qurtular, ayələri başa düşər və Quran əxlaqını yaşamağa başlayar.

Buna görə də hər tərəfli fikri mübarizə, televiziya, kitab və ya jurnallarla Türk İslam Birliyinin nəyə görə əhəmiyyətli və vacib olduğunun anladılması, müsəlman ümmətinin yenidən canlanması lazımdır. Bu birliyin qurulması sadəcə Müsəlmanlara deyil, eyni zamanda Türk İslam Birliyinin təməlini təşkil edən şəvqət səbəbiylə bütün dünyaya sülh və hüzur gətirəcəkdir. Çünki Türk İslam Birliyi dilindən, dinindən, inancından, irqindən asılı olmayaraq hər kəsi qucaqlayan və hər kəsin də bu birlik altında güvən içində yaşayacağı, dünyada ədaləti təmin edən bir birlik olacaqdır İnşaAllah .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma