Yaxın Şərqdəki Kürdlərin Qurtuluşu


Suriyalı-kürdlər-19-kəndi-terrorçulardan-azad-ediblər-400x300“Bəşər tarixi boyu yer üzünün sosial və siyasi baxımdan ən qarışıq bölgəsi haradır?” deyə soruşulsa, şübhəsiz ki, bir çox insan bu suala “Yaxın Şərq” deyə cavab verəcək.

Yüz illərdir ki, Yaxın Şərqdə bir çox oyunçunun iştirak etdiyi şahmat yarışı davam edir. Hər oyunçu şahmat taxtasına öz mənfəətləri üçün müdaxilələr edir. Məqsəd şahmat stolundan qalib olaraq qalxmaqdır…

Lakin oyunçuların mənfəətləri bir-birindən o qədər fərqlidir ki, bir tərəf tam şah-mat edib stoldan qalxan zaman, başqa bir müdaxilə ilə oyun təkrar başa qayıdır.

Həqiqətən də Yaxın Şərqdə tarix boyu bir çox müharibəyə, inqilaba, siyasi hərəkata, sui-qəsdə, yəni bu zonaya hakim olmaq üçün hər cür üsula müraciət edilmişdir. Lakin bütün bunlara baxmayaraq, müvəqqəti dövrlər xaricində Yaxın Şərqdə siyasi sabitlik demək olar ki, təmin edilməmişdir.

Dövrümüzə nəzər salanda isə Yaxın Şərqdə vəziyyətin daha da pisləşdiyi görünür. Bugün Yaxın Şərq hələ də bölgədəki mövcud iqtidarlara tərk edilməyəcək qədər dəyərlidir. Yaxın Şərqdə atılan hər addım domino daşı təsiri kimi bütün dünyaya təsir edir. Böyük dövlətlərdən birinin bölgədə tək başına sülhü təmin etməsi mümkün görünmür. Çünki bu böyük dövlətlərin bölgə strategiyalarında iki əsas yanlış var. Birincisi, bölgədəki xalqların haqlarına və tələblərinə laqeyd yanaşmaq. İkincisi isə öz mənfəətlərini düşünüb hüzur və rifah təsis etməyi ikinci plana atmaq. Ədalətdən və insani dəyərlərdən uzaq, digər ölkələrlə əməkdaşlıq etməyən, tək tərəfli hərəkət edən, azadlıqları məhdudlaşdıran, xalqların mənəvi dəyərlərinə qiymət verməyən bu strategiyalar bölgədə qarşıdurmaya zəmin hazırlayır.

Yaxın Şərqdəki qarşıdurmalardan bəhs olunanda, kürd mövzusuna toxunmamaq mümkün deyil. Yaxın Şərqdəki kürdlər Türkiyə, İran, İraq, Suriya və hətta çox az da olsa İsraildə dağınıq halda yaşayırlar.

Kürdlər tarix boyu istər bölgədəki dövlətlər, istərsə də bu bölgə ilə bağlı planları olan digər dövlətlər tərəfindən mütləq istifadə edilmək istənilib. Kürdlərin dağınıq olması, bölgədə öz başlarına köməksiz və çarəsiz tərk edilmələri bölgədə planları olan dövlətlərin həmişə marağını cəlb etmişdir. Lakin bu dövlətlər kürdlərə ümumiyyətlə səmimi yanaşmamış, onlara ehtiyacları olanı yox, öz uyğun gördüklərini verməklə kifayətlənmişlər.

Hal-hazırda kürdlərdən bir hissəsi yaşadıqları cəmiyyətə tam adaptasiya olduqlarına görə özlərini o cəmiyyətin bir hissəsi olaraq görürlər. Lakin kürdlərdən bir hissəsi stalinist ideologiyların tələbi olaraq, bir hissəsi isə keçmişdə yaşadıqları əzab-əziyyətlərin təsiri ilə müstəqil dövlət qurmaq istəyirlər.

Böyük dövlətlərin Yaxın Şərqə olan marağı müstəqil və stalinist dövlət qurmaq xəyalını quran kürdlərə bəzi vədlər verməsinə yol açır. Kürdlərə müstəqil dövlət quracaqları ilə bağlı verilən saysız vəd vardır. Lakin indiyə qədərki mərhələdə bu vədlərin heç birinin yerinə yetirilmədiyi göz qabağındadır.

Bölgədə stalinist ideologiyaya əsaslanan müstəqil Kürd Dövlətinin qurulmasının nə qədər böyük fəlakətlərə yol açacağını düşünmək heç də çətin deyil. PKK, PJAK və DBT kimi təşkilatların hamısının məqsədlərinə qovuşmaqla istifadə etdikləri tək üsul “terror”dur. Belə ki, qurulması istənilən Kürd Dövlətində stalinist bir idarəçilik anlayışının hakim olacağı təqdirdə, Yaxın Şərqin bərpa olunmayacaq bir dərəcədə qarışacağı bugün də başa düşülən bir həqiqətdir.

Bəs kürdlərin yaşadıqları bütün sıxıntıların sona çatması mümkündürmü? Bəli, mümkündür. Lakin bunun üçün Yaxın Şərqdə nizam yaradılması üçün istifadə olunan üsullar dəyişməlidir. Yaxın Şərqdə hüzurun təmin edilməsinin və beləliklə də, kürdlərin rahatlığa qovuşmalarını ilk şərti bölgədə əsas rol oynayan dövlətlərin şəxsi mənfəətlərini bir kənara ataraq ortaq mənfəət ətrafında birləşmələridir. Bəs bir-birindən fərqli dövlətləri hansı ortaq mənfəət bir yerə gətirə bilər? Sülh və qardaşlıq…

Sülh və qardaşlıq ifadəsi əlbəttə ki, hər birimizə tanış olan ifadədir. Yaxın Şərqə müdaxilə edən bütün dövlətlər də sülhü və qardaşlığı təsis etmək istədiklərini iddia edirlər. Bunu iddia edirlər, lakin heç cür tətbiq edə bilmirlər. Çünki bunun üçün istifadə etdikləri üsullar doğru deyil. Doğru olmadığı üçün də Yaxın Şərqdə qan və gözyaşı dayanmır.

Yaxın Şərqdə qan və göz yaşını dayandıracaq tək çarə qarşıdurmanın müstəqillik gətirəcəyini önə sürən darvinist-materialist ideologiyaların etibarsızlıqlarının izah olunması və İslam əxlaqınnı bölgəyə hakim edilməsidir.

Nəticə olaraq, Yaxın Şərqdə İsrailin və müsəlman ölkələrin bir yerdə sülh şəraitində yaşamalarının tək yolu Quranda əmr edilən sevgi və tolerantlıq anlayışının bölgəyə yayılmasıdır. Terrorun, məzhəb münaqişələrinin və radikalizmin tüğyan etdiyi Yaxın Şərq terroru, məzhəb ayrılıqlarına əsaslanan qarşıdurmaları və radikalizmi lənətləyən əsl İslam anlayışı ilə qurtuluş tapa bilər. Başqa heç bir çıxış yolu Yaxın Şərqi xilas etməyə kifayət etməyəcək. Bu istiqamətdəki bütün cəhdlərə baxmayaraq, əldə edilən uğursuzluqlar bu həqiqətin göstəricisidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma