Maddə dediyimiz məfhumun nə olduğunu tam olaraq bilirikmi?


Bütün ömrümüz boyu xaricdə əsli var olan maddənin zehnimizdəki görüntülərini izləyirik. Xarici aləmdəvision əsli var olan maddə dediyimiz hər şey bizim üçün sadəcə bir hissdir. Hisslərimiz rəng, işıq, dad, qoxu kimi anlayışları meydana gətirir, lakin maddə haqqında məlumat çatdıra bilmirlər. Buna görə də biz xaricimizdəki dünyanın həqiqətdə necə olduğunu heç vaxt bilə bilmərik. Elmin gəldiyi nəticə də budur. Hər şeyin yalnız maddi varlıqlardan meydana gəldiyini iddia edənlərin isə bunu sübut etmək üçün verəcəkləri cavab yoxdur. Bütün ömrümüz boyu sadəcə zehnimizdəki görüntüləri izləyirik və bütün dünyamız bu görüntülərdən ibarətdir. Buna görə də maddə adı verilən və duyğularımızın xaricində olan hər hansı məfhumu təsvir və ya şərh etmək mümkün deyil. Çünki bu anadangəlmə kor olan insanın rənglər haqqında fikir söyləməsinə bənzəyir. Rəngləri heç vaxt görməmişdir, buna görə də təsvir də edə bilməz. Belə bir təsvirə cəhd edən insan yalnız  fərziyyələr irəli sürər.
Yolda gəzən bir insan həqiqətdə beyninin içindəki yolda gəzir, beyninin içindəki maşınlar yanından ötüb keçir. Əgər göz qapaqlarımıza yavaşca toxunsaq, bu həqiqət bizə daha yaxşı aydın olar. Belə ki, gördüklərimiz gözümüzdə titrəməyə başlayar. Televizorun antenasını tərpədəndə görüntünün əsdiyi kimi, burda da eyni hadisə baş verir. Beynimizin içindəki televizorun qarşısında oturub ona baxırıq, bizə nə göstərilirsə, onu izləyirik. Yeyib-içmək, yolda yerimək, məktəbə getmək, işdən qayıtdıqdan sonra dostlarla görüşmək, yəni bütün həyatımızı sanki video kasetdəki film kimi izləyirik. Təsvir, səs, qoxu, dad, toxunma duyğusu beyində hiss edilən duyğulardır. Yəni xarici dünyamızı daxili dünyamızda yaşayırıq. Bütün həyatımızı beynimizin içindəki kiçik evimizdə keçiririk. Oradakı televizordan ətrafa baxırıq. Bütün bunları beynimizdəki 1 sm3-lik hüceyrədə yaşayırıq. O hüceyrədən kənara çıxmadan həyat sürürük.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma