Suriyada Müharibə Əvəzinə Sülh Əməliyyatı Keçirilsin


Günlərdir bütün dünya Bəşər Əsədin kimyəvi silahdan istifadə edib-etmədiyi ilə bağlı mübahisələrbeyaz_guvercinler aparır. Kimyəvi silahdan istifadə etdiyi artıq aydındır, ancaq daha önəmlisi budur ki, Suriyada iki ildən çoxdur davam edən müharibəyə dünyanın böyük əksəriyyəti səssiz qalır.

Bu səssiz əksəriyyət insanları hansı silahlarla öldürülməsi ilə maraqlanır. Ölkədə demək olar ki, daş daş üstündə qalmayıb, milyonlarla insan qonşu ölkələrdə qaçqın vəziyyətində yaşayır, işgəncələr, qırğınlar həyatın təbii mənzərəsinə çevrilib və BMT-nin məruzələrinə əsasən, 100.000-dən çox insan ölüb, ancaq səssiz qalan əksəriyyət bir dəfə olsun dönüb Suriyaya baxmır.

Bombardmanla, avtomatla insan öldürməyi, güllələməyi, işgəncə ilə insanları qətlə yetirməyi çox təbii hesab edir, ancaq məsələ kimyəvi silah olduqda: “İnsanlar ölür”, -deyə təəccüblənirlər. Halbuki, vicdan necə öldürülməsindən asılı olmayaraq, insan öldürməyin və buna səbəb olan müharibələrin qarşısını almağı tələb edir.

Sülh müharibə ilə bərqərar olmaz, müharibə ilə asayiş olmaz

Bunu da unutmaq olmaz ki, hərbi müdaxilə, xüsusilə də məhdud müdaxilə Suriyadakı müharibəni dayandırmağa kömək etməyəcək. Əvvəla, xilasetmə əməliyyatı keçirilməlidir. Müharibə üçün ayrılan fondlar qaçqın düşmüş əhalinin qorunması üçün istifadə edilməlidir.

Gəmilər, raketlər, reaktiv təyyarələr, bombalar üçün xərclənəcək milyonlarla dollar xalqın Suriyadan köçürülməsi və qonşu ölkələrə yerləşdirilməsi üçün istifadə edilə bilər. Bir cana belə zərər gəlməməsi üçün əhali mütləq köçürülməlidir.

Digər tərəfdən, Amerikanın hərbi müdaxilə etməsi daha çox zülmə səbəb olacaq. Bunu görmək lazımdır: Suriyada öz xalqını amansızlıqla əzən bir rejim var və bu rejim artıq üç ilə yaxındır ki, öz torpaqlarını hər gün bombalayır. İndi ABŞ-ın da Suriyaya bomba yağdırması heç nəyi dəyişdirməyəcək, əzilənləri xilas etməyəcək. Hətta daha böyük itkiyə, qırğına səbəb olacaq. Sadəcə bir müddətlik bombalayan tərəf dəyişmiş olacaq.

Hər gün demək olar ki, yüzlərlə insanın öldüyü Suriyada əsas hədəf Bəşər Əsədi cəzalandırmaq deyil, qırğını dayandırmaq olmalıdır. Cəzalandırma yenə də məsum vətəndaşların həyatını itirməsi ilə nəticələnəcəksə, belə bir metoda heç bir vicdanlı, sağlam düşüncəli şəxs dəstək olmamalıdır. Allah daha əvvəl Tövratda və İncildə olduğu kimi, Quranda da insan öldürməyi haram edib. Dinimizdə bir canın öldürülməsi bütün dünyanın öldürülməsinə və bir canın xilas edilməsi bütün dünyanın xilas edilməsinə bərabərdir. Məhz buna görə, bir insanın belə zərər çəkməyəcəyi metodla Suriyadakı zülm dayandırılmalıdır.

Suriyada iki əsas məsələ var: əvvəla, Bəəs rejiminin cinayətləri dayandırılmalıdır. İkincisi, zülmdən sonra bölgədə sülh və əmin-amanlığı dəstəkləyən müasir Suriya inşa edilməlidir. Hər ikisi də ancaq İslam ölkələrinin müdaxiləsi ilə həyata keçirilə bilər.

ABŞ nə qədər belə bir niyyəti olmadığını vurğulasa da, bölgədə bir çox qrup tərəfindən işğalçı kimi qəbul ediləcək və müəyyən reaksiya ilə qarşılanacaq. Üstəlik, məhdud müdaxilə Əsədin gücünü zəiflətməyəcək, tam əksinə, küncə qısılmış pişiyin daha da yuxarıya dırmaşması kimi, Əsədin daha da azğınlaşmasına səbəb olacaq. Onlarla, hətta yüzlərlə qrupun silahlı mübarizə apardığı Suriyada Amerikanın bu qrupları uzlaşdırması və asayişi bərpa etməsi mümkün görünmür.

Ancaq İslam ölkələri ortaq hərəkət etsə, bütün bunları asanlıqla həll edə bilərlər. Türkiyə, Pakistan, İndoneziya, Mərakeş, Əlcəzair, Tunis, Qətər, Səudiyyə Ərəbistanı kimi çoxlu sayda ölkədən və mütləq İrandan bir diviziya əsgər götürülərək sürətlə İslam Sülh Qüvvələri təşkil edilməli, lazım gələrsə, 70 ayrı tərəfdən Suriyaya girilməlidir. Bu, zülmə asanlıqla son qoyar. ABŞ, Avropa Birliyi və xüsusilə Rusiyanın dəstəklədiyi bu qüvvə qısa müddətdə Suriyadakı hadisələrə son qoyar.

İslam ölkələrinin əsgərlərindən təşkil olunmuş bu birlik sülh qüvvələri kimi hərəkət etməli, döyüşmək üçün deyil, mülki əhalini qorumaq üçün Suriyaya girməlidir. Tanklar güllə atmaq üçün deyil, sülhü bərqərar etmək üçün yeridilməlidir. Müsəlman xalq gələn əsgərlər müsəlman olduğuna görə rahat olacaq, müsəlman əsgərlər sevinclə qarşılanacaq. İranın da bu birlikdə yeri olacağı üçün məzhəblərarası çaxnaşmaların qarşısı alınacaq, Rusiya da dəstək olacağı üçün rejim qüvvələri asanlıqla təslim olacaq. Lazım gələrsə, 70 ayrı tərəfdən, yəni bir çox istiqamətdən eyni anda ölkəyə girilər, bu təqdirdə, Əsəd qüvvələrinin müqaviməti tez qırılar. İntiqam almaq üçün hərəkət edilməməli, məhv etmək hədəf olmamalı, sadəcə axan qanın dayandırılması hədəf olmalıdır.

Çaxnaşmalar dayandırıldıqdan sonra hər məzhəbdən, hər dindən, hər düşüncədən olan insanın bərabər təmsil olunacağı sistem qurulmalıdır. Bütün qruplar bu günə qədər baş vermiş zülmü, əziyyəti Allah`ın Quranda bildirdiyi “bağışlamaq sizin üçün daha xeyirlidir” hökmünü yerinə yetirərək bağışlamalı, tam demokratik Suriyanın inşa edilməsinə kömək etməlidirlər. Bir məzhəbin digərindən üstün olmadığı, xristian və yəhudilərin də qorunduğu, demokratik, insan hüquqlarını müdafiə edən, azadlıq tərəfdarı, müasir Suriyanın qurulması təkcə Suriya xalqı üçün deyil, bütün bölgə üçün nemət olar. Bu nəticə ancaq İslam ölkələrinin ortaq hərəkət etməsi ilə əldə oluna bilər.

Yenidən vurğulayırıq, bu məsələni sülh yolu ilə həll etmək var ikən bombalarla həll etməyə çalışmaq problemi daha da böyüdər. Köməyə möhtac Suriya xalqı həm Əsəd rejimi, həm də zalım fanatiklərin əməlləri ilə kifayət qədər əziyyət çəkib. Bombalar və raketlər nə qədər düzgün hədəflənsə də, mülki əhalidən itki olacağı labüddür. Qurana tam uyğun, ağıllı, qan tökmədən həll yolu var ikən qanlı metodun tətbiq edilməsi nə dərəcədə doğrudur? Ya bu qırğınlara göz yumacağıq – ki bu, çox pis seçimdir və vicdanlı insanlar kimi bunu əsla qəbul etmərik- ya da müsəlman ölkələr birləşərək Suriyaya girəcəklər. Müsəlman ölkələr belə davranarsa, ən az 24 saat ərzində bu məsələ həll olunar.

Gəlin, müharibənin deyil, sülhün tərəfdarı olaq, Allah`ın göstərdiyi asan, gözəl yola tabe olaq. Allah`ın istədiyi əxlaqla yaşadıqda, ən çətin görünən problemlərin belə sürətlə həll olunacağını görərik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma